Siyasət
Avropa Məhkəməsi Tofiq Yaqublunun işi üzrə qərarını açıqladı
Noyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun işi üzrə qərarını açıqlayıb. Novator.az xəbər verir ki, Avropa Məhkəməsi Tofiq Yaqublunun hüquqlarının pozulduğu qənaətinə gələrək şikayəti təmin edib. Məhkəmənin qərarına görə, məhbus müsavatçı də...
Deputatların ixtisas dairəsi
Noyabrın 1-də keçirilmiş parlament seçkisinin YAP-çı qalibləri arasında bir neçə hüquqçu var. Transparency.az/cnews bildirir ki, Əli Hüseynli, Ziyafət Əsgərov hüquq təhsili alıblar. Vasif Talıbov, Siyavuş Novruzov, Bahar Muradova, Məlahət İbrahimqızının isə ikinci ixtisas üzrə hüquqçu sayılırlar. Şə...
Nazir kabinetində rüşvət alarkən tutulub
Monqolustanda anti-korrupsiya xidmətinin əməkdaşları ölkənin idman və səhiyyə naziri Qanhuyaqiyn Şiyleqdambanı həbs edib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 40 yaşlı nazir kabinetində iri məbləğdə – 500 milyon tuqrik (250 min dollar) rüşvət alarkən tutulub. Nazirlə ...
“Sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır”
Prezident İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edib. Transparency.az çıxışı ixtisarla diqqətə çatdırır: – Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusil...
Azərbaycanın müdafiə naziri Qazaxıstanda hərbi bazaya baş çəkib
Qazaxıstana rəsmi səfər edən müdafiə naziri Zakir Həsənov noyabrın 4-də hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub. Yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə t...
Prezident Zaqatala və Şəkidə açılışlar edib
Prezident İlham Əliyev noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət ...
Yeni parlamentdə ən populyar soyadlar hansılardır?
Noyabrın 1-də Azərbaycan parlamentinə seçilmiş şəxslər arasında ən populyar soyad Əliyevdir. Novator.az bildirir ki, yeni seçilmiş deputatlardan 8 nəfəri Əliyev, 1 nəfəri Əliyeva soyadı daşıyır. Daha 1 nəfərin soyadı Əlizadədir. Yeni Milli Məclisdə ikinci populyar soyad Quliyevdir. 7 deputatın soyad...
Yeni parlamentin vəzifəli deputatları
Azərbaycan Konstitusiyasına görə, icra və ya məhkəmə hakimiyyətində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməz. Seçki Məcəlləsində isə deyilir ki, deputat seçilmiş şəxs ən geci 60 gün müddətində ...
Rumıniyanın baş naziri istefa verdi
Rumıniyanın baş naziri Viktor Ponta noyabrın 4-də istefa verib. Novator.az-ın məlumatına görə, Ponta paytaxt Buxarestdəki “Colectiv” gecə klubunda 32 nəfərin ölməsi, 200-ə qədər adamın yaralanması ilə nəticələnən yanğın fonunda istefaya məcbur olub. Oktyabrın 31-nə keçən gecə baş verən hadisədən son...
İŞİD sıralarında 25-30 min əcnəbi döyüşür
İŞİD sıralarında 25-30 min əcnəbi, o cümlədən Rusiyadan və Asiya-Sakit okean bölgəsi ölkələrindən yaraqlılar döyüşür. Novator.az xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Cənub- Şərqi Asiya Ölkələri Assosiasiyasının müdafiə nazirlərinin üçüncü iclasında belə deyib. A.Antonov b...
Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri oldu
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri postuna gətirilib. Xəbəri yayan AZƏRTAC qeyd edir ki, AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir, Azərbaycan nümayəndələrinin çoxu Avropa Konservatorlar Partiyasının...
Qarabağ separatçıları Amsterdamda seminar keçirməyi planlaşdırır
Azərbaycan diasporu Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz bəyanatı ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən noyabrın 3-də Novator.az-a daxil olan məlumata görə, Azərbaycan-Türk Kültür Mərkəzi Amsterdam Azad Universitetində erməni lobbisinin p...
Rəsmi Bakı seçki bəyanatı yayıb
Noyabrın 3-də Xarici İşlər Nazirliyinin mətbuata açıqlaması yayılıb. Açıqlamada deyilir ki, yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının müşahidə heyəti Azərbaycan parlamentinə 1 noyabr seçkisinin azad, demokratik və şəffaf şəkildə keçirildiyini, seçicilər...
MSK yenidən formalaşacaq
Milli Məclisin yeni tərkibinin müəyyənləşməsi Mərkəzi Seçki Komissiyasının da yenidən formalaşdırılmasını diktə edir. Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların...
1 noyabr seçkisində lider elan olunanların siyasi mənsubiyyəti
Transparency.az/cnews 1 noyabr parlament seçkisində dairələr üzrə lider elan olunmuş şəxslərin siyasi mənsubiyyət üzrə siyahısını hazırlayıb. İlkin nəticələrə görə, Milli Məclisə 12 partiyadan 83 deputat düşür. Onların 71-i YAP-ı, 12-si digər 11 partiyanı təmsil edir. Parlamentin potensial deputatla...
Əli Həsənov ABŞ-ın seçki iradlarına cavab verib
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkiyə dair münasibətini AZƏRTAC-a şərh edərək deyib: “Milli Məclisə seçki demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks ...
Müxalif qüvvələr təkrar seçki istəyir
Müsavat Partiyası 1 noyabr parlament seçkisi (Namizədlərin səs faizləri) ilə bağlı ilkin rəyini açıqlayıb. Qeyd olunur ki, seçki demokratik, azad və ədalətli seçkilər üçün qanunvericilik bazasının olmadığı, azad siyasi rəqabət şəraitinin və bərabərhüquqlu təbliğat imkanları prinsipinin təmin edilməd...
Avropa Şurasının müşahidə missiyası 1 noyabr seçkisinə müsbət rəy verdi
Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası 1 noyabr parlament seçkisi ilə bağlı rəy yayıb. “Azadlıq” radiosunun məlumatına görə, rəydə qeyd olunur ki, səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu müşahidə edilib: “Səs verənlərin seçki məntəqələrinə g...
Parlamentə hansı partiyalar düşdü?
Hakim Yeni Azərbaycan Partiyası 1 noyabr seçkisinin ilkin nəticələrinə görə, parlamentə 71 deputat keçirib. Transparency.az xəbər verir ki, Milli Məclisə düşən digər partiyalardan yalnız Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat ala bilib. Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, D...
Milli Məclisin 27 yeni deputatı var (Siyahı)
1 noyabr parlament seçkisinin ilkin nəticələrinə görə, Milli Məclisdə 27 yeni deputat var. Transparency.az siyahını təqdim edir: 6 saylı Culfa–Babək seçki dairəsi: Ülviyyə Həmzəyeva 9 saylı Binəqədi ikinci seçki dairəsi: Kəmaləddin Qafarov 11 saylı Qaradağ seçki dairəsi: Aydın Hüseynov 17 saylı Yasa...