Siyasət
Norveçdə seçkini hakim koalisiya uddu
Norveçdə sentyabrın 11-də keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir Erna Solberqin rəhbərlik etdiyi Mühafizəkar Partiya və müttəfiqləri önə çıxıb. Koalisiya 169 yerlik parlamentdə 89 mandat əldə edib. Müxalif Leyborist Partiya və müttəfiqləri 80 m...
Zakir Həsənov Holokost abidəsini ziyarət edib
İsrailə səfər edən müdafiə naziri Zakir Həsənov sentyabrın 11-i Tel-Əviv şəhərində həmkarı Aviqdor Libermanla görüşüb. Nazirlər əvvəl təkbətək bir araya gəliblər. Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə isə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki və digər qar...
İspanlar Kataloniyanın ayrılmaq niyyətinə nə deyir?
İspaniyanın “Siqma Dos” sorğu şirkəti əhalinin Kataloniya vilayətində təyin olunmuş müstəqillik referendumuna münasibətini araşdırıb. Sorğu sentyabrın 4-dən 7-dək min nəfər ispaniyalı arasında, “Mundo” qəzeti üçün aparılıb. Kataloniya hakimiyyəti oktyabrın 1-nə referendum təyin edib. Referendumda bö...
27 şəhərin 2-si əsir
Bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsindəki 32 komanda 27 şəhəri təmsil edir. Həmin şəhərlərin 2-si oyunlardan məhrumdur. Novator.az bildirir ki, Portuqaliya paytaxtı Lissabon, İngiltərənin paytaxtı London və Mançester şəhəri, Rusiya paytaxtı Moskva, İspaniya paytaxtı Madrid turnirdə iki...
Mehman Əliyev ev dustaqlığına buraxılır
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə bağlı açıqlama verib. Sentyabrın 11-də AZƏRTAC-a danışan Əli Həsənov bildirib ki, Mehman Əliyevə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və o...
Saakaşvili Ukraynada: cinayət işi qaldırılıb
Ukrayna Milli Polisi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ölkəyə keçidi ilə bağlı cinayət işi qaldırıb. Olay dövlət sərhədini qanunsuz keçmə ittihamı üzrə araşdırılır. Sentyabrın 10-da Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədin...
“Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”
AZƏRTAC prezident İlham Əliyevin sentyabrın 10-u Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya sammitindəki çıxışının mətnini yayıb. Sammitin keçirilməsini alqışlayan dövlət başçısı deyib: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Son bir neç...
Azərbaycan rəsmilərini ABŞ-a buraxmamaq təklif olunur
ABŞ senatoru Riçard Durbin jurnalist Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə sanksiyalar barədə düzəliş təqdim edib. “Amerikanın səsi” bildirir ki, düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinin ABŞ-a girişinə qadağa nəzərdə tutur. Dövlət katibindən ...
Ter-Petrosyanı gəzdirən “Mercedes” hərraca çıxarıldı
Ermənistan hökuməti Levon Ter-Petrosyanın prezident olarkən istifadə etdiyi “Mercedes-Benz 500 SEL” avtomobilinin hərracda satılmasına qərar verib. Novator.az-ın məlumatına görə, dövlət əmlakında olan zirehli avtomobilə 17 milyon dram (35,5 min dollara yaxın) ilkin qiymət qoyulub. Levon Ter-Petrosya...
İşğalçı liderin yeni dönəmi başladı
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Bako Saakyan sentyabrın 7-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. Novator.az-ın məlumatına görə, mərasim rejimin “parlamentində” keçirilib. Rejimin bu il qəbul etdiyi yeni “konstitusiya” ilə Dağlıq Qarabağ “prezident respubl...
Kataloniya müstəqillik referendumuna gedir, İspaniya razılaşmır
Kataloniya vilayətinin rəsmiləri İspaniyadan ayrılmaq referendumu yolunda daha bir addım atıb. Novator.az-ın məlumatına görə, muxtar vilayətin başçısı Karles Puçdemontun sentyabrın 6-da imzaladığı dekretlə referendum oktyabrın 1-nə təyin edilib. Hədəf Kataloniyanın müstəqil dövlət olmasıdır. Vilayət...
8 ayda məhkum olunmuş və həbs edilmiş fəallar, jurnalistlər
Novator.az 2017-ci ilin 8 ayında (yanvar-avqust) məhkum olunmuş və həbs edilmiş ictimai-siyasi fəalların, jurnalistlərin siyahısını diqqətə çatdırır. Yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi AZEL.tv saytının baş redaktoru Əfqan Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov qəsdə...
Çirkli pul qalmaqalı: rəsmi instansiyalar təkzib edir
Sentyabrın 5-də prezidentin mətbuat xidməti açıqlama yayıb. Açıqlama Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin hazırladığı yazı, həmin yazıya istinadla “BBC News” saytında dərc olunan “Azərbaycan 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Qardian” qəzeti...
Prezident yeni tapşırıqlar verib
Prezident İlham Əliyev sentyabrın 3-ü Lənkəran şəhərində keçirilən respublika müşavirəsində yeni tapşırıqlar verib: “Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaq. Eyni zamanda kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən b...
İşğalçılar bayramda
Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 1-də Dağlıq Qarabağa çəkilmiş yeni avtomobil yolunun açılışına qatılıb. Novator.az-ın məlumatına görə, Kəlbəcərdən keçən yeni yol Ermənistanın Vardenis rayonunu Azərbaycanın keçmiş Ağdərə rayonu ...
ATƏT Cənubi Qafqazdan tam çıxıb getdi
Avqustun 31-də ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırıb. Novator.az-ın məlumatına görə, 17 il əvvəl açılmış ofisdən ATƏT-in bayrağı endirilib. Beləliklə, Cənubi Qafqazda ATƏT-in heç bir ofisi qalmayıb. Gürcüstanda ATƏT-in missiyası 2008-ci ildə başa çatıb, Azərbaycanın paytaxtı Bakıdakı ofis is...
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Seymur KAZIMOV ABŞ-dan olan jurnalistika professoruna məqaləmin ilk qaralamasını elektron poçt vasitəsilə göndərdikdən sonra otağına getdim, “ingiliscə akademik səviyyədə yazmamışam, xahiş edirəm bu faktoru nəzərə alın” dedim. Eynəyini çıxardı və təbəssümlə cavab verdi: “Hələlik bu, çox xırda məsələ...
Ermənistanın müdafiə nazirinin müavini postdan getdi
Avqustun 29-da Ermənistan prezidenti Serj Sərkisyan Ara Nazaryanı müdafiə nazirinin müavini postundan azad edib. 52 yaşlı Ara Nazaryan həmin postu 2007-ci ilin iyun ayından tuturdu. Baş nazirin sərəncamı ilə Ara Nazaryan fövqəladə hallar nazirinin müavini təyin olunub. Novator.az-ın məlumatına görə,...
Qarabağ elçiləri (25 ildə neçə həmsədr olub?)
ABŞ-dan ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edildi: Endrü Skofer. O, müvəqqəti həmsədr Riçard Hoqlandı əvəzləyib. Novator.az bildirir ki, Endrü Skofer Minsk qrupunda ABŞ-dan 12-ci, ümumən 30-cu həmsədrdir. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan Minsk qr...
Yeni həmsədr fəaliyyətə başladı
ABŞ Dövlət Departamenti Endrü Skoferin ATƏT-in Minsk qrupunun yeni həmsədri təyin edilməsi ilə əlaqədar bəyanatla verib. Avqustun 28-də ABŞ-dan müvəqqəti həmsədr Riçard Hoqlandın səlahiyyət müddəti başa çatıb. Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, Endrü Skoferin Avropada və beynəlxalq t...