Ter-Petrosyanı gəzdirən “Mercedes” hərraca çıxarıldı
- 07 Sentyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Ermənistan hökuməti Levon Ter-Petrosyanın prezident olarkən istifadə etdiyi “Mercedes-Benz 500 SEL” avtomobilinin hərracda satılmasına qərar verib. Novator.az-ın məlumatına görə, dövlət əmlakında olan zirehli avtomobilə 17 milyon dram (35,5 min dollara yaxın) ilkin qiymət qoyulub.
Levon Ter-Petrosyan 1990-cı ildən Ermənistana rəhbərlik edib, 1991-ci ildən 1998-ci ilədək prezident postunu tutub.