Siyasət
İlk namizəd qeydə alındı
Hakim Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyev prezidentliyə namizəd kimi qeydə alınıb. Qərarı Mərkəzi Seçki Komissiyası fevralın 27-də qəbul edib. Prezidentin namizədliyinin müdafiəsi üçün 40 mindən az olmayan seçici imzası toplanması əsas götürülüb. 11 aprel seçkisinə daha 1...
Cenevrədə Qarabağ tələbi
Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 27-si Cenevrədə BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, nazir Qarabağ münaqişəsinə də toxunub: “Dünyada insan hüquqlarını pozuntusu haqqında danışarkən ölkəmin üzləşdiyi ən dəhşətli faciəni vurğulamaya...
Şirvan yollarında (3)
İlham İSMAYIL 1994-cü ildə Qarabağ cəbhəsində döyüşlər əsasən Tərtər istiqamətində gedirdi. Ağdərəni geri alan düşmənin planında Dağlıq Qarabağ ətrafındakı bütün rayonların, o cümlədən Tərtərin işğal edilməsi vardı. Tərtərin başını alan təhlükəni ən birinci duyan, bilən, dərk edən elə tərtərlilər id...
Fəttah Heydərov yenidən sədr seçilib
Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda deputat Fəttah Heydərov yenidən şuranın sədri seçilib. Fəttah Heydərov 2013-cü ildən Azərbaycan Ağsaqqallar Şurasının sədridir. 2018-ci ilin fevralında Fəttah Heydərovun 80 yaşı tamam olub və...
“Azərbaycan dövləti bütün vasitələrdən istifadə edəcək”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin “TRT World” kanalına müsahibə verib. AZƏRTAC-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov deyib ki, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır: “İşğal nəticə...
Prezident: “Bunu heç vaxt unutmayacağıq”
“Bu faciənin təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır”. Prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində belə deyib. Müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar reportajında yer alıb. Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət edən prezidentlə görüşən...
Arif Hacılı: “İsa bəyin səhhəti qaydasındadır”
Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 26-da Mərkəzi Klinik Xəstəxanada Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə baş çəkib. Novator.az-a açıqlamasında Arif Hacılı bildirib ki, İsa Qəmbər özünü yaxşı hiss edir: “İsa bəyin səhhəti qaydasındadır, həkimlərin qərarı ilə bu gün xəstə...
Akif Nağı MSK-dan cavab gözləyir
11 aprel prezident seçkisində iştirak üçün Mərkəzi Seçki Komissiyasına üz tutan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı müraciətinə cavab gözləyir. Fevralın 26-da Novator.az-a danışan Akif Nağı bildirib ki, namizədlik sənədlərini MSK-ya fevralın 19-da təqdim edib: “Qanunla MSK 5 gün ərzində mür...
Hakim fraksiya Sərkisyanın namizədliyini rəsmiləşdirdi
Ermənistan parlamentindəki hakim fraksiya Armen Sərkisyanı rəsmən prezidentliyə namizəd irəli sürüb. Novator.az bildirir ki, fraksiyaya Respublika Partiyası (105 mandatdan 58-nə sahibdir) və Daşnaksütun Partiyası (7 mandatı var) daxildir. Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. 1992-1995...
Baş nazir 83 yaşa çatdı
Fevralın 26-da Azərbaycanın baş naziri Artur Rasizadənin 83 yaşı tamam olur. Novator.az bildirir ki, 1935-ci ildə Gəncədə anadan olan Artur Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft və Sənaye Universiteti) bitirib. 1973-cü ilədək Azərbaycan Neft-Maşınqayırma İnstitutunun mühən...
Ərdoğana zəng
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev fevralın 26-da türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng edib. İlham Əliyev Rəcəb Teyyub Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb. Prezidentə minnətda...
Avropa Parlamentində ilk dəfə: Xocalı bəyanatı qəbul edilib
Avropa Parlamentində yeni yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatı 13 ölkəni (Latviya, Rumıniya, İspaniya, Çexiya, Finlandiya, Sloveniya, İtaliya, Belçika, Slovakiya, Estoniya, Bolqarıstan, Avstriya, Litva) təmsil ...
Yeni artımların detalları
Prezident İlham Əliyev bir çox sosial müavinəti artıran sərəncamlar imzalayıb. Novator.az-ın məlumatına görə, bir neçə müavinətin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır. Bura aylıq müavinətlərdən yaşa görə müavinət (60 manatdır); əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövrün...
Rəsmi iddiaçıların sayı 15-ə yüksəlib
Prezidentliyə rəsmi iddiaçıların sayı 15-ə yüksəlib. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Vətəndaş və İnkişaf Partiyasından Əli Əliyevin, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Qərarlar fevralın 24-də qəbu...
Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Bakıdakı Mərkəzi Klinik Xəstəxanadadır. Fevralın 23-də Novator.az-a danışan həyat yoldaşı Aida Qəmbər deyib ki, İsa Qəmbər xəstəxanaya dünən müraciət edib və bu gündən müayinələr təyin olunub: “Belə müayinələrin olacağı 20 gün əvvəldən bəlli idi, on...
Şirvan yollarında (2)
İlham İSMAYIL 1993-cü ilin sonu, 1994-cü ilin əvvəli cəbhənin Füzuli istiqamətində nisbətən uğurlu döyüşlər oldu, bir neçə kənd qaytarıldı. Heydər Əliyev Gəncədə respublika müşavirəsi çağırdı. Göyçaydan icra başçısı olmadığından mən getmişdim. Bu, Surət Hüseynovun 1993-cü ilin avqustunda Gəncədə keç...
Rusiya: namizədlərin nə qədər xərci çıxıb?
Rusiyanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin fevralın 20-dək kampaniyaya ümumilikdə 781 milyon rubldan bir qədər çox sərf etdiyini açıqlayıb (1 milyon rubl 30 min manatdır). Novator.az xəbər verir ki, seçkiqabağı kampaniyaya ən çox Liberal Demokrat Partiyasının namizədi Vladimir Ji...
ABŞ prezidentlərinin ən yeni reytinqi
Novator.az ABŞ prezidentlərinin ən yeni reytinqini təqdim edir. Reytinq politoloqlar arasında keçirilmiş rəy sorğusuna əsaslanır, 100 ballıq cədvəl üzrə hazırlanıb: Avraam Linkoln (1861-1865 illərdə prezident olub) – 95 bal Corc Vaşinqton (1789-1797) – 93 bal Franklin Ruzvelt (1933-1945) – 89 bal Te...
52 faiz Avropa İttifaqına, 43 faiz NATO-ya hə deyir
Ukraynanın “Reytinq” sosioloji qrupu ölkənin Avropa İttifaqı və NATO-ya üzv olmaq niyyətinə münasibəti araşdırıb. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mümkün referendumda respondentlərin 52%-i bu təşəbbüsü dəstəkləməyə hazırdır. Sorğu ...
Seçkiyə getməyənlərin planı
Azərbaycanın bir qrup müxalif təşkilatı aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkisinə qatılmır. Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Müsavat, Liberal partiyaları, REAL Hərəkatı və başqa bir neçə qurum seçkidə iştirakdan imtina edib. Bu təşkilatların...