![]({"full":{"0":"2018\/02\/Fettah-Heyderov-2.jpg","1":750,"2":475,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2018\/02\/Fettah-Heyderov-2.jpg"}})
Fəttah Heydərov yenidən sədr seçilib
- 27 Fevral 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib.
APA-nın məlumatına görə, qurultayda deputat Fəttah Heydərov yenidən şuranın sədri seçilib.
Fəttah Heydərov 2013-cü ildən Azərbaycan Ağsaqqallar Şurasının sədridir.
2018-ci ilin fevralında Fəttah Heydərovun 80 yaşı tamam olub və o, ölkə prezidentinin sərəncamına əsasən “İstiqlal” ordeni ilə təltif edilib.
1995-ci ildən Milli Məclisin deputatı olan Fəttah Heydərov hazırda parlamentdə 116 saylı Qəbələ dairəsini təmsil edir, partiyasızdır.