Siyasət
Virus dönəminin dərsləri
Natiq Cəfərli Niyə ABŞ, Yaponiya, Avropa ölkələri operativ, effektiv iqtisadi qərarlar alaraq biznesə dəstək ola bilir, xalqa birbaşa yardımlar edir, Azərbaycanda isə bu mümkün olmur? Birincisi, həmin ölkələrdə seçki var deyə hökumətlərin xalq qarşısında məsuliyyəti də var – bu, fundamental və əsas ...
“Koronavirus demokratiyanı öldürə bilməz”
Koronavirus pandemiyası Avropada böhran yaradıb. Siyasətçilər virusla mübarizə məqsədilə tətbiq edilən xüsusi rejimləri, fövqəladə vəziyyətləri araşdırarkən nə qənaətə gəlirlər? Avropa Birliyinin üzvü olan ölkələrdə hakim partiyalara böyük səlahiyyətlər verilib. İnternetlə yayılan dezinformasiyaları...
Fövqəladə görüş. İlham Əliyev bəzilərinin çaşqın qaldığını vurğulayıb
Aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirilib. Dünya Səhiyyə Təşkilatının baş direktorunun da qatıldığı zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. 2019-cu ilin dekabrında Çində üzə çıxan,...
Milli Şura bəyanat qəbul edib
Demokratik Qüvvələrin Milli Şurası bəyanat qəbul edib. Bəyanatda Azərbaycan hakimiyyətinin koronavirus pandemiyası dövründə repressiyaları gücləndirdiyi vurğulanır: “Aprelin 8-də AXCP sədri Əli Kərimlinin ictimai əsasla köməkçisi və “Azadlıq” qəzetinin əməkdaşı, keçmiş siyasi məhbus Faiq Əmirli fakt...
Siyasi qurumların operativ qərargaha təklifləri var
Bir qrup siyasi təşkilat Nazirlər Kabineti yanında operativ qərargaha koronavirus pandemiyasının fəsadlarını azaltmaq təklifləri verib. Novator.az-ın məlumatına görə, müraciətdə əhalinin sağlamlığının qorunması sahəsində bu kimi işləri görmək təklif olunur: virusun aşkarlanması və ona qarşı tədbirlə...
Virusun hədəsi altında
Yalçın İmanov Təhlükə vaxtı insanların davranışında qəribə yeniliklər və təzadlar üzə çıxır. Koronavirusun hədələyici fonunda birgəyaşayış qaydalarında yeni, əvvəllər rast gəlmədiyimiz maraqlı dəyişikliklər baş verir. Məsələn, adamlar çoxdan unutduqları tanışlarını yada salıb uzun-uzadı hal-əhval tu...
İlham Əliyev fövqəladə zirvə görüşü çağırdı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) aprelin 10-da videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirəcək. Təşəbbüsü Türk Şurasına sədrlik edən Azərbaycanın prezidenti İlham Əliyev irəli sürüb. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq. Türk Şurası...
Faiqə bir ay verdilər
Aprelin 9-da Səbail Rayon Məhkəməsi AXCP sədrinin köməkçisi Faiq Əmirliyə bir aylıq inzibati həbs cəzası kəsib. Novator.az-ın məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə karantin rejiminin pozulmasında təqsirli bilinib. Faiq Əmirlini aprelin 8-i axşamüstü Bakıda, 20-ci sahəd...
Deputata yaşıl işıq
Deputatın statusunu tənzimləyən qanun yenilənir. Parlamentin 9 aprel iclasında qəbul olunan dəyişikliyə əsasən, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir. İclasda Milli Məclisin...
Faiq Əmirli tutulub
AXCP sədrinin köməkçisi Faiq Əmirli aprelin 8-i Bakıda, evinin yanında tutulub. Onu mülki geyimli şəxslər axşamüstü maşınla aparıblar. Novator.az bildirir ki, Faiq Əmirli “Azadlıq” qəzetinin maliyyə direktoru vəzifəsini tutan zaman həbsdə yatıb. 2016-cı il avqustun 20-də tutulan Faiq Əmirli Səbail R...
İlkin Rüstəmzadəni polisə çağırırlar
Gənc fəalları birləşdirən “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bəyan edib. İlkin Rüstəmzadə “Turan”a deyib ki, aprelin 7-də Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları qeydiyyatda olduğu mənzilə gedərək onu soruşublar: “Evdən cava...
Müxalif siyasətçilər əfvi yarımçıq sayır
Aprelin 6-da əfv sərəncamı imzalayan prezident İlham Əliyev azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfəri cəzanın çəkilməmiş hissəsindən azad edib. Sərəncam koronavirus infeksiyası ilə əlaqəlidir. 2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yo...
Prezident əfv sərəncamı imzalayıb
Aprelin 6-da prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Nəticədə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bu sərəncam koronavirus infeksiyası ilə əlaqəlidir. 2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yen...
İnformasiya qanunvericiliyinə əlavələr ifadə azadlığını təhdid edir
Ələsgər Məmmədli Bu il martın 17-də Milli Məclis bir neçə qanunla birlikdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik və əlavə etdi. Yeni əlavə olunan 13-2.3.10-1-ci maddə daha çox diqqət çəkdi. Həmin maddəyə əsasən, “insanların həyat və sağlamlığına z...
“Niyə maska taxmamısan?”
Hikmət Nazim Aprelin 5-dən koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanıldı. Xüsusi karantin rejimində jurnalistləri...
Həbslərə etiraz
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətinin koronavirus pandemiyası dövründə repressiyalar apardığını bəyan edib. Qurumun bəyanatında qeyd olunur ki, martın 22-də müxalifətin tanınmış simalarından biri, keçmiş siyasi məhbus, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ş...
Uniformologiya və uniformalı dövlət strukturlarımız haqqında
Qabil Məmmədov, general-mayor Uniformologiya – xidməti (xüsusi) və əsasən də hərbi geyim formalarının yaranma tarixi və inkişafından, onların özünəməxsus xüsusiyyətlərindən bəhs edən köməkçi elmi-tarixi fəndir. Uniformologiya bu gün digər elmi fənlərlə (heraldika, veksillologiya, faleristika, emblem...
Köçəryan həbs yerinə qaytarıldı
Ermənistanın sabiq prezidenti Robert Köçəryan aprelin 3-də paytaxt Yerevandakı “Erebuni” Tibb Mərkəzində müalicəsini başa vurub və “Kentron” cinayət-icra müəssisəsinə qaytarılıb. Novator.az bildirir ki, Robert Köçəryan martın 7-də Yerevandakı “Nairi” Tibb Mərkəzinə aparılmış, martın 8-də “Erebuni” T...
Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu
Nazirlər Kabineti yanında operativ qərargah ölkədə hərəkət məhdudiyyətləri tətbiqi ilə bağlı qərar qəbul edib. Hərəkət məhdudiyyətləri koronavirus infeksiyası yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində müəyyən olunub. Hərəkət məhdudiyyətləri aprelin 5-i ...
Qarabağdakı seçki tamaşasından ilkin məlumat
Azərbaycanın işğaldakı torpaqlarında qurulan Dağlıq Qarabağ rejiminin martın 31-də keçirdiyi “prezident və parlament seçkilərinin” nəticələri hesablanır. Novator.az-ın məlumatına görə, 14 namizədin qatıldığı “prezident seçkisində” Araik Arutunyan 49,6% səs toplayaraq önə çıxıb. Masis Mailyanın 26,4%...