Siyasət
Sənədlər, bəyanatlar
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 25 fevral iclası çərçivəsində hansı sənədlərin imzalandığı bəlli olub. Bakıda keçirilən iclasın protokolunu prezidentlər İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan rəsmiləşdiriblər. Digər sənədlər bunlardır: “Azərbaycanda İxracın və İnvestis...
121 qalibin adı Konstitusiya Məhkəməsinə göndərildi
Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələrini açıqlayıb. Fevralın 25-də qəbul olunan qərarla 121 qalib namizədin adı təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərilib. Novator.az həmin şəxslərin adlarını diqqətə çatdırır: 1 saylı Şərur-Sədərək dairəsi – Vas...
Parlamentdə neçə deputat olsun? (Namizədlərin rəyi)
Azərbaycan parlamenti – Milli Məclis 125 deputatdan ibarətdir. Zaman-zaman Milli Məclisdə deputat yerlərinin artırılması və ya azaldılması barədə təkliflər olur. Novator.az fevralın 9-da keçirilmiş parlament seçkisinin bir neçə namizədinə “Milli Məclisin neçə nəfərdən ibarət olmasını istərdiniz” sua...
Mübarək vəfat etdi
Misirin sabiq prezidenti Hüsnü Mübarək fevralın 25-i ölkəsindəki hərbi xəstəxanaların birində vəfat edib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən sabiq prezident bu ilin yanvarında mədəsindəki şişdən əməliyyat olunmuşdu. Novator.az bildirir ki, 1928-ci il təvəllüdlü Hüsnü Mübarək 1981-ci ildən Mi...
Ərdoğan Bakıdadır
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gəlib. Bakının əsas hava limanında prezidenti baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb. AZƏRTAC xəbər verir ki, bunun ardınca prezident İlham Əli...
Yazov öldü
SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov fevralın 25-i Rusiya paytaxtı Moskvada vəfat edib. 1924-cü il təvəllüdlü Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub. Onun nazir olduğu dövrdə, 1990-cı ilin yanvarında Sovet Ordusunun bölmələri xalq hərəkatını yatırtmaq üçün Bak...
Yeni orden
Prezident İlham Əliyev sabiq baş nazir Artur Rasizadəni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Sərəncam sabiq baş nazirin Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyəti ilə əsaslandırılıb. Novator.az bildirir ki, fevralın 26-da Artur Rasizadənin 85 yaşı t...
İşğalçı rejimin ordusunda yeni komandan
İşğalçı Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” (ordu komandanı) dəyişib. Novator.az-ın məlumatına görə, rejimin başçısı Bako Saakyanın 24 fevral fərmanı ilə Karen Abramyanı Cəlal Arutyunyan əvəzləyib. General-leytenant Karen Abramyan “müdafiə naziri” postunu 2018-ci ilin dekabr ayından tuturdu. C...
Yenə Vasif Talıbov
Fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Vasif Talıbov yenidən Ali Məclisin sədri seçilib. Novator.az bildirir ki, Vasif Talıbov 1960-cı ildə doğulub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fa...
Seçkinin ədəbiyyat havası
Sabir Rüstəmxanlı Neftçalanın tanınmış ziyalılarından söz düşəndə ilk növbədə şəxsən tanıdığım adamları, görkəmli qələm sahiblərini, indi artıq haqq dünyasında olan İmamverdi Əbilovu, Əjdər Ağayevi, Tofiq Abdini xatırlayıram. Çünki onların hər biri haqqında unudulmaz xatirələrim var. Köhnə iş yoldaş...
“Basta”nın bir problemi həll olundu
“Basta” saytına giriş bərpa olunub. Baş redaktor Mustafa Hacıbəyli Novator.az-a deyib ki, fevralın 24-dən redaksiya fəaliyyətini davam etdirir: “İndi əsas işlərimizdən biri arxivin bərpasına nail olmaqdır”. Yanvarın 31-dən davamlı haker hücumları ilə üzləşən “Basta” saytına giriş qısa fasilələrlə qa...
“İstənilən vaxt xarici borcu sıfırlaya bilərik”
Fevralın 22-də prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb. Həmin gün ölkə başçısı Vatikanda olub, katolik kilsəsinin rəhbəri papa Fransisk və dövlət katibi kardinal Pietro Parolinlə görüşlər keçirib. Fevralın 21-i Romada Azərbaycan-İtaliya biznes forumuna qatılan İlham Əliyev deyib ...
Neftçala həbslərindən rəsmi məlumat
Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidməti açıqlama yayıb. Açıqlamada deyilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanıb: “Toplanmış materiallarla Neftçala Rayon İcra Hakimiyyətinin ...
Seçkidə məğlub olan jurnalistin peşəsinə dönüşü etikdirmi?
Seymur Kazımov Fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkisində jurnalistlər də iştirak etdilər. İlkin rəsmi nəticələrə görə, onlardan heç biri qalib gəlməyib. Hələ ki, seçkinin rəsmi nəticələrini qəbul etməyənlər qərarı hüquqi müstəvidə mübahisələndirirlər. Bəs yekun qərar j...
Koronavirus Azərbaycanın Çinlə ticarətinə təsir edibmi?
Çində pnevmoniyanın təhlükəli növü olan koronavirus xəstəliyinin yayılması Azərbaycanın bu ölkə ilə ticarət əlaqələrinə təsir edibmi? Novator.az bu suala aydınlıq gətirmək üçün rəsmi göstəricilərə nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvarında Azərbaycanla Çin arasın...
“İddia tələbimi sona qədər davam edəcəm”
Bakı İnzibati Məhkəməsi AXCP sədri Əli Kərimlinin iddiası ilə bağlı qərarını elan edib. Novator.az bildirir ki, Əli Kərimlinin iddiasında cavabdehlər kimi Daxili İşlər Nazirliyi, bu qurumun Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, üçüncü şəxs kimi Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi ya...
Əməliyyat keçirilən rayonun başçısı postdan götürüldü
Prezident İlham Əliyev fevralın 20-də sərəncam imzalayaraq İsmayıl Məhərrəm oğlu Vəliyevi Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Novator.az bildirir ki, İsmayıl Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini 26 aprel 2011-ci ildən tuturdu. 1959-cu ildə Gənc...
Roma bəyanatları, sənədlər
“Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir”. Fevralın 20-si Romada İtaliya prezidenti Serco Mattarella ilə birgə brifinq keçirən dövlət başçısı İlham Əliyev belə deyib. İtaliya prezidenti qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüşdə Dağlıq Qarabağ m...
Dövlət Təhlükəsizliyi Xidmətindən Neftçala açıqlaması
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi fevralın 20-də məlumat yayıb. Qeyd olunur ki, Neftçala Rayon İcra Hakimiyyətinin vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanmış cin...
Prezidentlərin görüşləri
İtaliyada dövlət səfərində olan prezident İlham Əliyev fevralın 20-si paytaxt Romada rəsmən qarşılanıb. Romanın Kuirinale Sarayında İlham Əliyev İtaliya prezidenti Serco Mattarella ilə bir araya gəlib. Azərbaycan nümayəndə heyəti İtaliya prezidentinə, İtaliya nümayəndə heyəti Azərbaycan prezidentinə...