Media
Mehman Əliyev ev dustaqlığına buraxılır
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə bağlı açıqlama verib. Sentyabrın 11-də AZƏRTAC-a danışan Əli Həsənov bildirib ki, Mehman Əliyevə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və o...
Lapşin özünə qəsd etmək istəyib
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sentyabrın 11-də AZƏRTAC-a bildirib ki, dövlət başçısı İlham Əliyev bloqçu Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb: “Sərəncama müvafiq olaraq Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad ...
İlham Əliyev bloqçu Aleksandr Lapşini əfv etdi
Sentyabrın 11-də prezident İlham Əliyev bloqçu Aleksandr Lapşini əfv edib. Sərəncam dərhal qüvvəyə minib. Aleksandr Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017-ci il hökmü ilə azadlıqdan məhrum olunmuşdu. Novator.az bildirir ki, Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub...
Nürnberqdə Azərbaycan tələbi
Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi sentyabrın 9-u Almaniyanın Nürnberq şəhərində “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsinə etiraz aksiyası keçirib. Mehman Əliyev avqustun 24-ü Bakıda tutulub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən s...
Prokuror Elçin İsmayıllıya 10 il həbs istəyib
Sentyabrın 8-də Şəki Ağır Cinayətlər Məhkəməsində jurnalist Elçin İsmayıllının işi üzrə növbəti proses keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, prokuror Elçin İsmayıllıya 10 il həbs cəzası verilməsini təklif edib. Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci...
Azərbaycan rəsmilərini ABŞ-a buraxmamaq təklif olunur
ABŞ senatoru Riçard Durbin jurnalist Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə sanksiyalar barədə düzəliş təqdim edib. “Amerikanın səsi” bildirir ki, düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinin ABŞ-a girişinə qadağa nəzərdə tutur. Dövlət katibindən ...
Mehman Əliyevə qadağalar
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüşünə məhdudiyyət qoyulub. Bunu Mehman Əliyevin vəkili Fariz Namazlı bəyan edib. Sentyabrın 7-də Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşən vəkil “Azadlıq” radiosuna deyib ki, məhdudiyy...
Məhbus jurnalistlər və Gözəl Bayramlı ilə bağlı araşdırma aparılıb
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq Təcridxanasına baş çəkib. Sentyabrın 7-si APA-da yayılan rəsmi məlumata görə, müəssisədə bir çox şəxslər, o cümlədən jurnalistlər Mehman Əliyev, Əfqan Muxtarlı, Əziz Orucov, AXCP sədrinin müavini Gözəl Bayramlı fərdi qəbul edilib, onla...
“Jurnalistin müttəhimi müqəssir adlandırması yolverilməzdir”
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ölkə mediasının kriminal mövzuları işıqlandırması problemlərinə toxunub. Novator.az-ın suallarını cavablandıran dekan bildirib ki, kriminal mövzuya dünyanın hər yerində auditoriyanın xüsusi diqqəti var, bu səbəbdən Azərbayc...
Girov üsulu da nəticə vermədi
Sentyabrın 6-da Yasamal Rayon Məhkəməsi “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə vəsatətə baxıb. Vəsatət təmin olunmayıb. Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə avqustun 24-də tutulub, qanunsuz sahibkarlıq, vergidən yayı...
Əziz Orucovun işi üzrə istintaq yekunlaşıb
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə istintaq yekunlaşıb. Jurnalistin vəkili Cavad Cavadovun yaydığı məlumata görə, artıq müdafiə tərəfi iş materialları ilə tanış olmağa başlayıb. Tanışlıq mərhələsi başa çatdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsi...
“Multikulturalizm” jurnalının yeni sayı işıq üzü görüb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün ikinci sayı işıq üzü görüb. Jurnal Azərbaycan prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbr...
Ziyalıların Mehman Əliyev istəyi
Bir qrup ziyalı prezident İlham Əliyevə müraciətlə jurnalist Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərilməsini xahiş edib. Müraciətdə deyilir: “Möhtərəm cənab prezident! Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, “Tura...
“Vaşinqton Post” yazdı, Əli Həsənov cavab verdi
ABŞ-ın aparıcı nəşrlərindən olan “Vaşinqton Post” qəzeti Azərbaycan mediası ilə bağlı yazı dərc edib. Azadliq.org-un məlumatına görə, yazıda bu ilin iyul ayında prezident İlham Əliyevin jurnalistlərə 255 mənzil hədiyyə etdiyi xatırladılır: “Dörd il öncə jurnalistlərdən ötrü ilk binanın açılışı olmuş...
8 ayda məhkum olunmuş və həbs edilmiş fəallar, jurnalistlər
Novator.az 2017-ci ilin 8 ayında (yanvar-avqust) məhkum olunmuş və həbs edilmiş ictimai-siyasi fəalların, jurnalistlərin siyahısını diqqətə çatdırır. Yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi AZEL.tv saytının baş redaktoru Əfqan Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov qəsdə...
Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi üçün vəsatət verilib
Sentyabrın 4-də vəkil Fuad Ağayev “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi üçün Yasamal Rayon Məhkəməsinə vəsatət verib. Vəkil “Amerikanın səsi”nə deyib ki, qanunvericiliyə əsasən məhkəmə üç gün ərzində vəsatətə baxmalıdır. Azərbaycan qanunvericiliyi az...
Mehman Əliyevin həyat yoldaşı: “Bunu gözləyirdim”
“Turan” informasiya agentliyinin məhbus direktoru Mehman Əliyevin həyat yoldaşı Zemfira Əliyeva “Azadlıq” radiosuna danışıb. O deyib ki, Mehmanın həbsinə hazır olub: “Bunu gözləyirdim. Onu həbs etməyə çalışanlar bunu çoxdan istəyirdilər. Qurduqları tələ alınmırdı, ya nə idisə, yubanırdı. Amma mən o...
Əfqan Muxtarlı hakimə nə deyib?
Avqustun 31-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının işindən şikayətə baxılıb. Novator.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Şikayət Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvə...
Adı siyasi məhbus siyahısında olan qələm adamları
Hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, hüquqşünaslar Ənnağı Hacıbəyli, Əsabəli Mustafayev, jurnalistlər Xədicə İsmayıl, Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu və başqalarının tərtib etdiyi 158 nəfərlik siyasi məhbus siyahısında 10 jurnalist və bloqçunun, 2 ədibin adı var. Novator.az həmin ...
Məhkəmə Mehman Əliyevlə bağlı müraciətə baxdı
Avqustun 31-də Yasamal Rayon Məhkəməsi “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbs qərarından öncə tutulmasının qanunsuz sayılması barədə müraciətə baxıb. Vəkilinin müraciətində bildirilib ki, Mehman Əliyev heç bir əsas olmadan özbaşına tutulub və saxlanma ciddi prosessual pozunt...