Hüquq
Sabiq nazir girov qoyub həbsdən çıxdı
Yerevanın Antikorrupsiya Məhkəməsi Ermənistanın sabiq fövqəladə hallar naziri Andranik Piloyanı 15 milyon dram (36,5 min ABŞ dolları) girov müqabilində azadlığa buraxıb. Xəbər oktyabrın 10-da yayılıb. Novator.az-ın məlumatına görə ki, fövqəladə hallar naziri vəzifəsinə 2020-ci il noyabrın 20-də təyi...
Yolların qorunmasına məsul qurum yeniləndi
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkilinə fərman verib. Oktyabrın 10-da imzalanan fərmana görə, Avtomobil Yollarının Mühafizə Xidməti agentli...
İran yeni düşmənlə üz-üzə – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyi bir aya yaxındır İranda davam edən iğtişaşlarla bağlı məqalə yayıb. “İranın lideri yeni qorxunc düşmənlə – məktəbli qızlarla üz-üzə qalıb” başlıqlı məqalənin müəllifi “Bloomberg”in yazarı Bobbi Qoşdur. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxuculara təqdim...
Ali Məhkəmə müsadirədən şikayətə baxacaq
Oktyabrın 20-si Ali Məhkəmədə məhbus dövlət xadimi Eldar Həsənovun işi üzrə proses keçiriləcək. Vəkil Valeh Mehralıyevin Novator.az-a verdiyi məlumata görə, Ali Məhkəməyə şikayətdə Eldar Həsənova məxsus olduğu bildirilən əmlakların müsadirəsinin qanunsuz sayılaraq sahiblərinə qaytarılması istənib. P...
Avstriya prezidenti kürsüsünü qorudu
Avstriyada oktyabrın 9-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 8 namizədin yarışdığı marafonda dövlət başçısı Aleksandr Van der Bellen 54,6 faiz səslə önə çıxıb. 1944-cü il təvəllüdlü Aleksandr Van der Bellen iqtisadçı alimdir. Yaşıllar Partiyası...
Şəxsən tanıdığım Nobel mükafatçısı
Soldakı ağsaçlı Ales Belyatskidir. Dünən Nobel sülh mükafatı alan adam. O indi həbsdədir. Ötən ilin yayında Belarus hökuməti vergidən yayınmaq kimi ənənəvi qondarma iddia ilə özünü həbsə salıb, təşkilatını ekstremist elan edib. Ales Belyatski Belarusun məşhur “Vyasna” hüquq müdafiəsi təşkilatının qu...
Ukrayna: ilhaq olunmuş torpaqların sahəsi
Ukraynada işğalçı müharibə aparan Rusiya 2014-cü ildə bu ölkənin 2 bölgəsini, 2022-ci ildə 4 bölgəsini özünə birləşdirdiyini bəyan edib. Novator.az bildirir ki, Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin birlikdə ərazisi 27,1 min kvadrat kilometr, Donetsk vilayətinin ərazisi 26,5 min kvadra...
7 oktyabr aksiyası
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının bir qrup üzvü oktyabrın 7-si Bakıda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi aksiyaya toplaşan partiya funksionerləri və fəallar Rusiya hərbi kontingentinin Qaraba...
Nobel sülh mükafatı üç yerə bölündü
2022-ci ilin Nobel sülh mükafatı belaruslu hüquq müdafiəçisi Ales Belyatski, Rusiyanın “Memorial” Mərkəzi və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinə verilib. Qərarı oktyabrın 7-si Osloda Norveç Nobel Komitəsi açıqlayıb. Ales Belyatski 1962-ci ildə doğulub. Filoloqdur. Əsası 1996-cı ildə qoyulmuş “...
ADR israr edir
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Bakıda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında (Bakıxanov küçəsi, 17) piket keçirməkdə israrlıdır. Bakı Şəhər İcra Hakimiyyəti oktyabrın 7-si saat 14-ə təyin olunan piketə razılıq verməsə də, aksiya təxirə salınmayıb. Partiya sədri Qubad İbadoğl...
Ermənistanla yeni razılaşma
AZƏRTAC Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 6-sı Praqada keçirdiyi ikinci görüşdən bilgi yayıb. Xəbərə görə, görüşün sonunda qəbul edilmiş bəyanatda qeyd olunur ki, Erm...
Putini vaxtında dayandırmaq lazımdır – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “Putin nüvə müharibəsi ilə hədələyir. Qərb fəlakətin qarşısını almalıdır” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Ukraynanı qırıb-çatmaq fikrinə düşmüş Rusiya prezidenti Vladimir Putin son v...
Evdən işləməyə kim necə baxır?
İşçilər ofisdən kənarda, yəni məsafədən işləməyin yetərincə məhsuldar olduğunu iddia edir, rəhbər şəxslər isə əksini düşünürlər. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Microsoft” şirkətinin öz əməkdaşları arasında keçirdiyi sorğu göstərib. Sorğu “Microsoft”un 11 ölkədə çalışan 20 min əməkdaşı a...
Avropa Məhkəməsindən Azərbaycana yeni cərimələr
Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 6-da Azərbaycana yeni cərimələr elan edib. Aihmaz.org xəbər verir ki, müxalifətçilər Mustafa Hacıbəyli, Hüseyn Məlikov, Rafiq Daşdəmirov, Tofiq Yaqublu, Rafiq Manaflı və Gülağa Aslanlının ümumilikdə üç şikayəti Bakıda kütləvi aksiya keçirmələrinə imkan yara...
Möcüzələrin təməli
Novator.az iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərlinin oktyabrın 5-də – Beynəlxalq Müəllimlər Günündə paylaşdığı qeydləri diqqətə çatdırır: “Yaponiya və Cənubi Koreya iqtisadi möcüzələrinin təməlini müəllimlər inşa edib. Bu gün də Yaponiyada ən nüfuzlu peşələrd...
Müəllim günündə
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu oktyabrın 5-də qeyd olunan Beynəlxalq Müəllimlər Günündə status paylaşıb: “Müəllim ailəsində böyümüşəm. Anam 45 il dil-ədəbiyyat müəllimi, atam vəfat edənə qədər 20 il kimya-biologiya müəllimi olub. Özüm 1996-cı ildən pedaqoji fəaliyy...
Ermənistanın ədliyyə naziri istefa verib
Ermənistanın ədliyyə naziri Karen Andreasyan oktyabrın 5-i axşam istefa verib. Novator.az bildirir ki, 1977-ci il təvəllüdlü Karen Andreasyan 2021-ci il avqustun 3-dən nazir idi. İstefa onun Ali Məhkəmə Şurası üzvlüyünə namizəd olması ilə bağlıdır. 2018-ci il mayın 8-dən baş nazir olan Nikol Paşinya...
Cəbhəçinin cəzası bir az dəyişib
Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Pünhan Kərimovun həbs cəzasını 5 ilə endirib. “Turan”ın məlumatına görə, qərar oktyabrın 3-də çıxarılıb. Pünhan Kərimov 2018-ci il oktyabrın 8-də mühacirətə gedib, ancaq sığınacaq ala bilməyib, 2021-ci il noyabrın 24-də Almaniyadan Azərbaycana qaytarılıb. 2022-ci...
Uyğurlar məyusdur, amma vəziyyət dəyişə bilər – “Forbes”
ABŞ-ın “Forbes” jurnalında Çində uyğurlara qarşı aparılan soyqırımı siyasətinə beynəlxalq ictimaiyyətin reaksiyasından bəhs edən məqalə dərc olunub. “Beynəlxalq ictimaiyyət uyğurları məyus edir, lakin irəlidə dəyişikliklər baş verə bilər” adlı məqalənin müəllifi hüquq müdafiəçisi, Soyqırımına Cavab ...
Sülh çağırışı, xəbərdarlıq
Oktyabrın 5-i Ağdamda, Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayırıb: “İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək i...