Sabiq nazir girov qoyub həbsdən çıxdı
- 10 Oktyabr 2022
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Yerevanın Antikorrupsiya Məhkəməsi Ermənistanın sabiq fövqəladə hallar naziri Andranik Piloyanı 15 milyon dram (36,5 min ABŞ dolları) girov müqabilində azadlığa buraxıb. Xəbər oktyabrın 10-da yayılıb.
Novator.az-ın məlumatına görə ki, fövqəladə hallar naziri vəzifəsinə 2020-ci il noyabrın 20-də təyin olunmuş Andranik Piloyan bu il martın 30-da tutulub, xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilinir.
1962-ci il təvəllüdlü Andranik Piloyan uzun illər Ermənistan Silahlı Qüvvələrində qulluq edib, hərbi hissənin kəşfiyyat xidmətinin rəisi, batalyon komandiri, hərbi hissə komandirinin müavini-qərargah rəisi, hərbi hissə komandiri, hərbi birləşmə komandirinin müavini-qərargah rəisi, hərbi birləşmə komandiri postları tutub.
Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, general-mayor, Ermənistanın Milli Qəhrəmanıdır.