Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkilinə fərman verib. Oktyabrın 10-da imzalanan fərmana görə, Avtomobil Yollarının Mühafizə Xidməti agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edir.
Agentliyə xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əmək haqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini iki ay müddətində təsdiqləmək tapşırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 18 oktyabr 2017-ci ildə yaradılıb. Qurumun İdarə Heyətinə Saleh Məmmədov sədrlik edir.