Hüquq
Xaçmazda çıxarış kampaniyası
Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 22-si Xaçmaz rayonunda yerləşən Qafqaz Konserv Zavodunda iş yerində çıxarış kampaniyası keçirib. Rəsmi məlumata görə, müəssisədə çalışan vətəndaşlara birbaşa iş yerlərində evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. 50-yə...
Qadın bir dəfə də ikinci şəxs olub
Fevralın 21-də birinci vitse-prezident təyin olunan Mehriban Əliyeva müstəqillik bərpa olunandan bəri Azərbaycanda dövlət başçısından sonrakı ən yüksək vəzifəni tutan ikinci qadındır. Novator.az bildirir ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə parlamentin – Ali Sovetin sədri v...
Nazir: “Bizim mövqeyimiz dəyişməzdir”
Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-si Türkiyənin paytaxtı Ankarada Türk Şurasının təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda çıxış edib. O deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanı...
“Amnesty İnternational” Azərbaycanda vəziyyətin pisləşdiyini bəyan edir
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı fevralın 22-də hesabat yayıb. Hesabatda 159 ölkədə insan haqlarının durumu qiymətləndirilib. Azərbaycanla bağlı hissədə ölkədə konstitusiyaya dəyişiklik edildiyi, prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırıldığı vurğulanır. ...
Mandat təhvil verilməlidir
Milli Məclisin deputatı Mehriban Əliyeva fevralın 21-də birinci vitse-prezident təyin edilib. Novator.az bildirir ki, konstitusiya görə, Mehriban Əliyeva mandatını təhvil verməlidir. Ana qanunun 85-ci maddəsinə əsasən, icra hakimiyyəti sistemində qulluq edən şəxs Milli Məclisə deputat seçilə bilməz....
İctimai fəal, inzibati həbs
Bu ilin əvvəlindən bir sıra müxalif fəala və ya onların yaxınına inzibati həbs cəzası verilib. Novator.az həmin şəxslərin siyahısını təqdim edir. Siyahıda adı olanların bir qismi cəza müddətini başa vuraraq azadlığa çıxıb. Rəhim Vəliyev – NİDA Vətəndaş Hərəkatının üzvü, yanvarın 16-da polisin...
Telefona görə öncədən ödəniş sisteminin detalları
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üzrə öncədən ödəmə sisteminin detallarını yayıb. Açıqlamaya görə, martın 1-dən sabit (stasionar) telefon istifadəçiləri hər ayın 5-dək telefon borcunu öncədən ödəməli olacaq. Ödəniş edilmədiyi təqdirdə ayın 6-dan 101,...
Gömrükdən yayınmaq cəhdləri: adlar açıqlanıb
Fevralın 21-də rəsmi açıqlama yayan Dövlət Gömrük Komitəsi bildirib ki, bəzi sahibkarların və müxtəlif şirkətlərin idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Ümumilikdə 384346,89 ABŞ dolları, 18855,18 avro ...
Birinci vitse-prezident ölkənin ikinci şəxsi deməkdir
Xəbər verdiyimiz kimi, fevralın 21-də prezident İlham Əliyev xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib. Beləliklə, Azərbaycan Konstitusiyasına əsasən, Mehriban Əliyeva ölkənin ikinci ali vəzifəli şəxsi statusu alıb. Novator.az xatırladır ki, vitse-prezidentlik institutu Azərbaycan...
Ukrayna ərazisinin 7,2 faizini itirib
Rusiyanın Ukraynaya hərbi təcavüzünün nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyi fevralın 21-də rəsmi bilgi yayaraq bəyan edib ki, ölkə ərazisinin 7,2%-i işğal olunub, dövlət sərhədinin 409,7 kilometrinə nəzarət itirilib. Nazirliyin hesabatına əsasən, silahlı...
Narkotik maddə: qanunda nə yenilik var?
Prezident İlham Əliyev “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Novator.az-ın məlumatına görə, siyahıların “Qanunsuz kultivas...
Ticarət festivallarında alınan malların ƏDV-si qaytarılacaq
Fevralın 20-də fərman imzalayan dövlət başçısı İlham Əliyev ticarət festivalları dövründə fiziki şəxslərin Azərbaycanda aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını təsdiq edib. Ticarət festivalları Mədəniy...
Prezident turizmlə bağlı yeni tapşırıqlar verdi
Prezident İlham Əliyev ölkəyə turist axınının sürətləndirmək tədbirlərinə sərəncam verib. Novator.az-ın məlumatına görə, fevralın 20-də imzalanan sərəncamla Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə Rusiya, Türkiyə, İran və Gürcüstanla dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin ...
Prezident hansı referendumu mümkün sayır?
Prezident İlham Əliyev fevralın 18-i Münhendə BMT-nin baş katibi Antonio Quterreşlə Qarabağ müzakirəsi aparıb. Baş katibin münaqişənin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə bağlı sualına dövlət başçısı belə cavab verib: “Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qa...
Jurnalistlər üçün ekoloji mövzuda seminar keçirilib
Fevralın 15-18-də Bakıda jurnalistlər üçün ekoloji mövzuda seminar keçirilib. Seminarda paytaxt və regionlardan televiziyaları, internet və çap mediasını təmsil edən 10 jurnalist iştirak edib. Tədbirdə ətraf mühitlə bağlı problemlərin dünya və yerli mediada işıqlandırılması, ətraf mühitə müasir baxı...
İqtisadiyyat Nazirliyi nə qədər müraciət qəbul edib?
İqtisadiyyat Nazirliyi 195-2 Çağrı Mərkəzi ilə bağlı hesabat yayıb. Rəsmi məlumatda qeyd olunur ki, yanvar ayında Çağrı Mərkəzinə 1300-ə yaxın müraciət daxil olub. 950-dən çoxu canlı rejimdə, 293-ü səsli menyu vasitəsilə cavablandırılan müraciətlər əsasən güzəştli kreditlərin əldə olunması, istehlak...
Qərar: məcburi köçkünlərə pulsuz işıq limiti müəyyənləşdi
Nazirlər Kabineti “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” qərar qəbul edib. Novator.az-ın məlumatına görə, limit adambaşına ayda 300 kilovat-saat müəy...
Ukrayna ordusu müharibədə 2 mindən çox hərbçi itirib
Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqində verdiyi itkilər açıqlanıb. Novator.az-ın məlumatına görə, Silahlı Qüvvələrin komandanı – Baş Qərargah rəisi Viktor Mujenko fevralın 17-də bəyan edib ki, 2014-cü ilin aprelindən bəri 2 min 197 hərbçi həlak olub, 8 min nəfər yaralanıb. 2014-cü ilin fevralı...
Əmlak qeydiyyatı iş yerlərinə də gəldi
Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində əhaliyə iş yerlərində də daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərəcək. Rəsmi məlumata görə, ilk belə kampaniya fevralın 17-də İmişli Şəkər Zavodunun işçiləri üçün keçirilib, 50-yə yaxın zavod işçisinə əmlaklarına dair h...
Ötən il 22 min kubmetrdən çox ağac qanunsuz kəsilib
Ötən il müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 154 min 619 manat ziyan məbləğində 22 min 253 kubmetr həcmində ağacların qanunsuz kəsildiyi aktlaşdırılaraq qanunauyğun tədbirlər görülüb. Aktlaşdırılan pozuntulara görə hesablanan ziyandan 62 faizi ödənilib, təqsirkar şəxslər barəs...