Rusiyanın Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyov aprelin 4-də həbs edilib. Novator.az-ın məlumatına görə, Rusiya İstintaq Komitəsi Solovyovu 140 milyon rubldan çox rüşvət almaqda şübhəli bilir.
İstintaqın ilkin araşdırmasına əsasən, Solovyov 2014-2016-cı illərdə körpü tikintisi aparan şirkətdən 139 milyon rubl rüşvət alıb və başqa bir iş üzrə 2,7 milyon rubl əldə edib.
Udmurtiya rəhbəri həbs edildikdən sonra Moskvaya aparılıb.
66 yaşılı Solovyov 2007-2013-cü illərdə Udmurtiya Dövlət Şurasının sədri olub, 2014-cü ildə bölgənin başçısı təyin edilib.