Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 4-də növbəti hərrac keçirib. Rəsmi məlumata görə, hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 8-i nəqliyyat vasitəsi olub.
Ən yüksək qiymətə Sumqayıt şəhərindəki 1 saylı Stomatoloji Poliklinika özəlləşdirilib. Əmlaka 350 min 200 manat təklif edilib.