Hüquq
Sülh indeksi: İslandiya birinci, Suriya sonuncu
İqtisadiyyat və Sülh İnstitutu 2017-ci il üzrə Qlobal Sülh İndeksini açıqlayıb. Azərbaycan 163 ölkə arasında 132-ci yerdə qərarlaşır. Novator.az bildirir ki, Gürcüstan siyahıda 94-cü, Ermənistan 112-ci, İran 129-cu, Türkiyə 146-cı, Rusiya 151-ci sıradadır. Reytinq cədvəlinin son üç pilləsində İraq, ...
Nazirlik 142 və 190 mərkəzlərinə müraciətlərin statistikasını açıqlayıb
May ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 çağrı mərkəzlərinə 13505 müraciət daxil olub. Rəsmi hesabata görə, vətəndaşlar əsasən sosial təminat növləri, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazir...
Uşaqların durumu: Azərbaycan 172 ölkə arasında 87-cidir
Mərkəzi qərargahı Londonda olan “Save the Children” beynəlxalq xeyriyyə təşkilatı uşaqların durumuna dair yeni hesabat açıqlayıb. Azadliq.org-un məlumatına görə, hesabatda qeyd olunur ki, dünyada 700 milyon uşaq uşaqlıq illərinin səadətindən məhrum edilib. Bunun əsas səbəbləri kimi xəstəliklər, zora...
Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçildi
Mayın 31-də Səbail Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. “Report”un məlumatına görə, Əfqan Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 3...
Uşaqlarla bağlı hesabat
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Rəsmi hesabata görə, 2017-ci il aprelin 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və şəhid ailələrinin 17293 nəfər, I və II qrup Çernobıl əlillərinin 635 nəfər, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağını aylıq sos...
Əfqan məsələsi: Azərbaycan və Gürcüstanın hüquq mühafizə orqanlarından açıqlamalar
Mayın 31-də jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı müxtəlif bəyanat və açıqlamalar səslənib. Jurnalistin vəkili Elçin Sadıqov mayın 30-da bildirmişdi ki, Əfqan Muxtarlı Gürcüstan paytaxtında tutularaq Bakıya gətirilib. Vəkilin sözlərinə görə, Əfqan Muxtarlını mayın 29-u saat 18 radələrində namə...
Prezidentlik başladı
Mayın 31-də Serbiyanın yeni prezidenti Aleksandr Vuçiç səlahiyyətlərinin icrasına başlayır. Novator.az-ın məlumatına görə, bu səbəbdən ölkə parlamenti Aleksandr Vuçiçin baş nazir postundan istefasını qəbul edib. Yeni hökumət bir ay ərzində formalaşdırılacaq. Mayın 31-dək prezident postunu Tomislav N...
Yanvar-may aylarının populyar 20 adı
Novator.az Azərbaycanda bu il doğulmuş uşaqlara verilən populyar adların siyahısına nəzər salıb. 2017-ci ilin yanvar-may aylarının ən populyar üç qız adı Zəhra (846 uşaq), Nuray (684) və Zeynəb (509) olub. 501 qız Məryəm, 482 qız Fatimə adı alıb. Aylin və Dəniz adları populyarlıq sarıdan bərabərdir:...
Ermənistan hökumətində yeni təyinatlar
Ermənistanda yeni hökumətin yaradılması prosesi davam edir. Novator.az-ın məlumatına görə, prezident Serj Sərkisyanın sərəncamları ilə David Tonoyan fövqəladə hallar naziri, Qraçya Rostomyan gənclər və idman naziri, Armen Əmiryan mədəniyyət naziri, Levon Altunyan səhiyyə naziri təyin olunub. Onlar ə...
Rəsmilərin bölgələrdə qəbul günləri
Dövlət rəsmilərinin 2017-ci ilin iyun ayında vətəndaşları nə vaxt və harada qəbul edəcəyi açıqlanıb. Novator.az qəbul cədvəlini təqdim edir: Qəbul edən Gün Yer Əhatə olunan şəhər və rayonlar Təhsil naziri Mikayıl Cabbarov 5 Göyçay Göyçay, Ucar, Zərdab, Ağcabədi Gənclər və idman naziri Azad Rəhimov 7...
Əfqan Muxtarlının işi: nə baş verir?
Jurnalist Əfqan Muxtarlı Gürcüstanın paytaxtında tutularaq Bakıya gətirilib. Vəkil Elçin Sadıqov jurnalistlərə bildirib ki, Əfqan Muxtarlını mayın 29-u saat 18 radələrində naməlum şəxslər Tbilisidə saxlayıblar. Onu zorla maşına mindirib, gözlərini bağlayıblar. Əfqan Muxtarlı vəkilə yolda iki dəfə ma...
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun Gözəl Bayramlı haqda məlumatı
Mayın 30-da Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda AXCP sədrinin müavini Gözəl Bayramlının 25 may 2017-ci ildə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarəti məntəqəsini keçməklə Gürcüstandan Azərbaycana gələrkən 12 min ABŞ dolları məbləğində nağd pul vəsai...
MMC 872 min 500 manata satıldı
Əmlak Məsələləri Dövlət Komitəsi mayın 30-da hərrac keçirib. Novator.az rəsmi məlumata istinadla bildirir ki, hərracda 3 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri-yaşayış sahəsi, 3 nəqliyyat vasitəsi özəlləşdirilib. Ən yüksək qiymətə “Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti satılıb. Əmlaka 87...
Kulis.az-da yeni baş redaktor
Tanınmış yazar Şərif Ağayar Kulis.az saytının baş redaktoru təyin olunub. Xəbəri mayın 30-da Lent.az yayıb. “APA Holdinq”ə daxil olan Kulis.az-ın əvvəlki baş redaktoru Qan Turalı ötən həftə vəzifəsindən gedib. Şərif Ağayar 1976-cı ildə Laçın rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universi...
Şikayətlər verilib
AXCP sədrinin müavini Gözəl Bayramlının işi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə şikayətlər verilib. Novator.az bildirir ki, vəkil Elçin Sadıqov mayın 30-da bu haqda məlumat yayıb. Birinci şikayətdə Gözəl Bayramlı barədə həbs qətimkan tədbirinin ləğvi tələb olunur, onun mayın 25-də saxlanarkən ...
Gözəl Bayramlı: 3 aylıq həbs, evində axtarış
Səbail Rayon Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, mayın 25-i saat 22 radələrində Gözəl Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Döv...
Gözəl Bayramlıya qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb
Mayın 27-də Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, mayın 25-i saat 22 radələrində Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Döv...
Rəsmi saytın ana qanun xətası
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilib. Oktyabrın 12-də referendum aktı qüvvəyə minib. Referendumla konstitusiyanın 9, 56, 85-ci maddələri də dəyişib. Novator.az bildirir ki, dövlət başçısının rəsmi saytı President.az-da konstitu...
Lapşinin istintaqı yekunlaşıb
Azərbaycanda həbsdə olan bloqçu Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Mayın 26-da APA-ya danışan vəkil Eduard Çernin tanışlıq mərhələsindən sonra iş baxılmaq üçün məhkəməyə göndəriləcək. Novator.az bildirir ki, Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub....
Gözəl Bayramlı saxlanıb
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam Qazaxda, sərhəd məntəqəsində saxlanıb. Gürcüstandan qayıdan Gözəl Bayramlının çantasından iri məbləğdə qanunsuz ABŞ dollarının çıxdığı bildirilir. Rəsmi qurumların əməkdaşlarının Gözəl Bayramlını dindirdiyi, sonra onun Şəmkirə, Sərhəd Qoşunlarını...