İş yerindən arayış xidmətinə nə qədər müraciət olunub?
- 11 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi “İş yerinə dair arayış” xidmətinə iyun ayında 23 min 314 müraciət qeydə alınıb. Rəsmi hesabata görə, ümumilikdə 2017-ci ilin 6 ayında bu elektron xidmətdən 134 min 835 dəfə istifadə edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çoxdur.
2014-cü ilin dekabr ayından istifadədə olan “İş yerinə dair arayış” e-xidməti vətəndaşların real vaxt rejimində öz iş yerləri haqqında e-arayış əldə edə bilmələrinə imkan verir. Onlar həmin arayışı aidiyyəti quruma elektron şəkildə göndərə və ya çap edərək kağız şəklində təqdim edə bilirlər.
2014-cü ilin dekabrından 1 iyul 2017-ci ilədək “İş yerinə dair arayış” elektron xidmətinə 587 min 706 dəfə müraciət olunub.