Hüquq
11 sentyabr hərracında
Sentyabrın 11-də Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə hərracı keçirib. Rəsmi məlumata görə, Bakının Nizami rayonundakı 446,8 kvadratmetrlik qeyri-yaşayış sahəsi 90 min manata satılıb. “VAZ” markalı avtomobil 1000 manata, “Mersedes Benz” markalı nəqliyyat vasitəsi 15 min 300 manata özəlləşdi...
Fəxrəddin Abbasov Rusiyada tutulub
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov sentyabrın 6-da Rusiyanın Moskva vilayətində tutulub. Sentyabrın 7-də Lübertsi Şəhər Məhkəməsi onun haqqında 1 aylıq həbs qətimkan tədbiri seçib. Fəxrəddin Abbasovun Azərbaycana təhvil verilməsi məsələsinə baxılacağı açıqlanıb. Virtualaz.org...
İlqar Məmmədov baş prokurora müraciət edib
Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədov baş prokuror Zakir Qaralova müraciət edib. İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Uz...
Yalçın İmanovun şikayətinə bu ay baxılacaq
Ali Məhkəmə hüquqşünas Yalçın İmanovun şikayətinə sentyabrın 26-da baxacaq. Novator.az-ın məlumatına görə, iş İnzibati-İqtisadi Kollegiyanın hakimi Nigar Rəsulbəyovanın icraatındadır. Vəkillik fəaliyyəti dayandırılmış Yalçın İmanov Ali Məhkəməyə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından şikayə...
Xəzərin sahilində: monitorinqlərin hesabatı yayılıb
Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində apardığı monitorinqlərin hesabatını yayıb. 10 sentyabr məlumatına görə, komitənin məhkəmələrə göndərdiyi işlərdən 5-i haqqında qərarların icrasına başlanıb: “Dövlətin müstəsna mülkiyyə...
Moskvadan Yerevana növbəti təzyiq
Rusiya dövləti paytaxt Moskvada yaşayan general-polkovnik, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyanın ölkə ərazisində axtarışına xitam verib. Novator.az-ın məlumatına görə, sentyabrın 7-də Ermənistan Polisinin mətbuat xidməti Moskvadan bu barədə rəsmi bilgi alındığını açıqlayıb. Ermənistan...
4 vəkilin fəaliyyəti dayandırıldı
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. Sentyabrın 7-də yayılan rəsmi məlumata görə, iclasda vəkillər barəsində 24 intizam icraatı üzrə İntizam Komissiyasının rəylərinə baxılıb. 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Vəkil etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tu...
Ekoloji yoxlamaların nəticələri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni hesabat yayıb. Rəsmi məlumata əsasən, Ətraf Mühitin Mühafizəsi Departamentinin 16-31 avqust arası apardığı yoxlamalarda atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə məişət və istehsalat tullantı...
Hesablama Palatasının yeni statusu rəsmiləşdi
Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanunu imzalayaraq onun tətbiqinə fərman verib. Novator.az-ın məlumatına görə, qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət mal...
Vizasız səfər reytinqi
İsveçrənin yaşayış yeri planlaşdırılması üzrə ixtisaslaşan “Henley & Partners” şirkəti vizasız səfər reytinqi açıqlayıb. Novator.az xəbər verir ki, 199 ölkənin yer aldığı siyahıya görə, Azərbaycan pasportu ilə 66 ölkəyə vizasız səfər etmək mümkündür. Latviya və Litva pasportları ilə 179, Estoniy...
ABŞ-a nota verildi
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Sentyabrın 5-də yayılan rəsmi məlumata görə, müvəqqəti işlər vəkilinə ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası təqdim olunub. Notada bildirilir ki, ABŞ vətəndaşı Den Bilzeryan Azərbaycanın işğal o...
Köçəryanın ölkədən çıxması yasaqlandı
Ermənistanın Xüsusi İstintaq Xidməti sentyabrın 4-də sabiq prezident Robert Köçəryan barəsində başqa yerə getməmək tədbiri seçib. Novator.az-ın məlumatına görə, Robert Köçəryanın ölkədən çıxmasının yasaqlandığı bəyan edilib. Onun sənədlərinin istintaq orqanında olduğu bildirilir. Xüsusi İstintaq Xid...
“Azərenerji”nin rəhbəri niyə dəyişdi?
Sentyabrın 4-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayaraq Etibar Pirverdiyevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edib. Digər iki sərəncamla Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyətin...
“Hakimiyyətə alternativ təqdim edəcəyik”
Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədov sentyabrın 4-də mətbuat konfransı keçirib. Azadliq.org-un məlumatına görə, partiya sədri vəkillərinə təşəkkür edib, həbsdən çıxmasında onların böyük xidmətlərinin olduğunu vurğulayıb. İlqar Məmmədov ona görə vəkil Xalid Bağırov...
Ukraynada 1,5 milyon məcburi köçkün var
Ukraynada 1 milyon 519 min 132 məcburi köçkün qeydə alınıb. Novator.az-ın məlumatına görə, Sosial Siyasət Nazirliyi belə açıqlama yayıb. Sentyabrın 3-nə aid rəsmi bilgidə qeyd olunur ki, onlar Donetsk, Luqansk vilayətlərindən və Krım yarımadasından didərgin düşüblər. Rusiya 2014-cü ildə Ukraynanın K...
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Seymur Kazımov Gürcüstan İctimai İşlər İnstitutunda (GIPA) diplom müdafiəm üçün seçdiyim mövzu Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazi kompleksi ilə bağlı idi. Mövzuya yanaşma ənənəvi diplom işi yox, jurnalist araşdırması tələb edirdi və mütləq hər iki ölkənin rəsmi şəxslərinin də rəyləri ...
Narkotik cinayətləri
Narkotik vasitələrlə bağlı cinayətlərin statistikası açıqlanıb. Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, 2018-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 12844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyə...
İlqar Məmmədov şərti cəza çəkəcək
Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədovun azadlığa buraxılmasına hökm verib. Novator.az-ın məlumatına görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İlqar Məmmədovun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti...
Qəza statistikası
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında 806 və ya 2017-ci ilin ilk yarısı ilə müqayisədə 5 faiz az qəza baş verib, hadisələrdə zərər çəkən şəxslərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub. Dövlət Statistika Komitəsi 311 nəfərin həlak olduğunu, 763 nəfərin yaralandığını b...
Gömrük Komitəsinin 7 aylıq hesabatı
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 16 milyard 524,5 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin 7 aylıq hesabatında ixracın həcmi 10 milyard 748,3 milyon dollar, idxalın həcmi 5 milyard 776,2 milyon dollar göstərilir. Hesab...