Hüquq
“Facebook” məzmuna müdaxilədən şikayət orqanı yaradır
“Facebook” sosial şəbəkəsi istifadəçinin yerləşdirdiyi materialın (yazı, foto, video və s.) çıxarılmasından şikayətlərə baxan, məzmunun (kontent) bərpası tələbini araşdıran müstəqil müşahidəçi orqanın tətbiqinə hazırlaşır. Novator.az-ın məlumatına görə, 2020-ci ildən fəaliyyətə başlayacaq orqanın iş...
Ermənistan Polisinin rəisi postdan getdi
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti qarşısında Valeri Osipyanın Polis rəisi postundan çıxarılması üçün vəsatət qaldırıb. Xəbər sentyabrın 18-də yayılıb. Xəbər yayılandan bir neçə saat sonra Ermənistan prezidenti Armen Sərkisyanın vəsatəti qəbul etdiyi aydınlaşıb. Sərkisyan Osipyan...
İnquşetiya müftiliyinin qeydiyyatı ləğv olunub
İnquşetiya Müsəlmanlarının Ruhani Mərkəzinin – respublika müftiliyinin qeydiyyatı ləğv olunub. Novator.az-ın məlumatına görə, qərarı İnquşetiya Ali Məhkəməsi sentyabrın 16-da çıxarıb. İctimai təşkilat olan müftiliyin ləğvi barədə iddianı Rusiya Ədliyyə Nazirliyinin İnquşetiya Regional İdarəsi qaldır...
Gömrük pozuntuları statistikası
Gömrük pozuntularının hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi 2019-cu ilin yanvar-avqust aylarında 392 qaçaqmalçılıq faktı, 260 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 17 aksiz markası olmadan mal idxal etmə faktı, 9 gömrük ödənişindən ...
Köçəryan həbsdə qaldı
Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbsdən buraxılmayıb. Novator.az-ın məlumatına görə, paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə sentyabrın 17-də keçirilən prosesdə sabiq prezidentin vəkillərinin həbs qətimkan tədbirinin götürülməsi barədə vəsatəti rədd edilib. Konstitusiya ...
Nazirdən hesabat və tapşırıq
Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılmasının, həmçinin polis sahə rəisləri və inspektorlarının inzibati qanunvericiliyin tətbiqi sahəsində gördüyü işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə...
Müsavatçı cərimə edilib
Sentyabrın 13-də tutulan müsavatçı İlqar Mahmud səhəri gün Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimə edilərək sərbəst buraxılıb. İlqar Mahmud Müsavat Partiyası Laçın rayon təşkilatının üzvü, “Laçına qayıdış” hərəkatının fəallarındandır. O, sentyabrın 13-ü Bakı-Sumqayıt yolundakı ekolog...
Milli Şura mitinq meydanı istəyir
Demokratik Qüvvələrin Milli Şurası Bakıda mitinq keçirməyə qərar verib. Aksiya sentyabrın 28-nə təyin edilib. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə mitinqin yeri kimi üç ünvan göstərilib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman ...
Baş redaktor nazirliyi məhkəməyə verib
Arqument.az saytının baş redaktoru Şəmşad Ağa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verib. Toplum.tv-nin məlumatına görə, baş redaktor bildirib ki, şikayətə səbəb bu ilin aprelində heç bir xəbərdarlıq edilmədən 2 gün ərzində Arqument.az saytına girişə məhdudiyyət qoyulması...
Xədicə İsmayılın şikayəti üzrə hazırlıq iclası keçirilib
Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın şikayəti üzrə hazırlıq iclası keçirilib. 1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zer...
Azərbaycana giriş yasağı: 799 qərar çıxarılıb
Dövlət Miqrasiya Xidməti 2019-cu ilin avqust ayının hesabatını verib. Rəsmi məlumata görə, ay ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 81 min 861 müraciət qeydə alınıb. Ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbu...
İqtisadi azadlıq reytinqi
İqtisadi azadlıq reytinqi açıqlanıb. Novator.az-ın məlumatına görə, Kanadanın Freyzer İnstitutunun və 100-dən çox ölkəni əhatə edən İqtisadi Azadlıq Şəbəkəsinin birgə hazırladığı reytinq hökumətin həcmi; hüquq sisteminin durumu və mülkiyyət hüququnun müdafiəsi; yerli valyutanın möhkəmliyi; xarici ti...
Bakıdan Yerevana xəbərdarlıq
Sentyabrın 13-də Xarici İşlər Nazirliyi mətbuat açıqlaması yayıb. Qeyd olunur ki, Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud vəziyyətin möhkəmlənməsinə yönələn addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar bölgədə ...
Köçəryanla bağlı qərarın vaxtı bəlli olub
Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenə həbsdən buraxıla bilər. Novator.az-ın məlumatına görə, sabiq prezidentin vəkilləri paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə sentyabrın 12-də keçirilən prosesdə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Məhkəmə...
AŞPA prezidentinin yeni görüşləri
Azərbaycana səfər edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori-Paskye sentyabrın 12-si Bakıda dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib, Azərbaycanın Avropa Şurası konvensiyalarına qoşulmas...
Ermənistanda hansı cinayətlər artıb?
Ermənistanda yanvar-iyul ayları üzrə cinayət statistikası açıqlanıb. Novator.az xəbər verir ki, rəsmi hesabata əsasən, 2019-cu ilin 7 ayında ölkədə 14 min 238 cinayət hadisəsi qeydə alınıb. Bunun 7 min 429-u paytaxt Yerevanın payına düşür. Yanvar-iyul aylarında quldurluq cinayətlərinin 2018-ci ilin ...
“Azadlıq” qəzeti bəyanat yayıb
“Azadlıq” qəzetinin redaksiyası bəyanat yayıb. Bəyanatda deyilir ki, sentyabrın 11-i Yasamal Rayon Məhkəməsində AXCP fəalı Ruslan Əmirlinin məhkəməsi keçirilib: “Həmin vaxt məhkəmə binası qarşısında toplaşanlara, o cümlədən hadisə yerində olan jurnalistlərə polis zor işlədib”. Bəyanatda deyilir ki, ...
Avropalı qonağın Bakı təmasları
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori-Paskyenin Bakıda Milli Məclisin sədri Oqtay Əsədovla keçirdiyi görüşdən rəsmi məlumat yayılıb. 1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Üzv ölkələrin parlament üzvlərindən ibarət AŞPA qurumun əsas institutlarınd...
“Demokratiya: gediləsi uzun bir yol”
“Qanun” Nəşrlər Evi Hikmət Hacızadənin “Demokratiya: gediləsi uzun bir yol” antologiyasını çap edib. Antologiyanın böyük hissəsi ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmiş 60-dan çox məqalədən ibarətdir. Bu məqalələr oxucuları çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan başlayar...
Əli Kərimlinin mühafizəçisinə həbs cəzası verildi
AXCP üzvü Ruslan Əmirli həbs edilib. Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası kəsib. Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələblərinə qəsdən tabe olmama maddələri ilə təqsirli bilinib. Ruslan Əmirli həm də AXCP sədri Əli Kər...