Əli Kərimlinin mühafizəçisinə həbs cəzası verildi
- 11 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
AXCP üzvü Ruslan Əmirli həbs edilib.
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası kəsib.
Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələblərinə qəsdən tabe olmama maddələri ilə təqsirli bilinib.
Ruslan Əmirli həm də AXCP sədri Əli Kərimlinin mühafizəçisidir. O, sentyabrın 10-da tutulub.