Hüquq
Təltif olunan qadınlar
Prezident İlham Əliyev bir qrup qadını təltif edib. Sərəncamlar həmin şəxslərin mədəniyyət, təhsil, səhiyyə sahələrində, ictimai həyatda səmərəli fəaliyyətləri və martın 8-də qeyd olunan Beynəlxalq Qadınlar Günü ilə əsaslandırılıb. Hüseynquliyeva Nazlı Hüseynqulu qızı əməkdar artist, Qundorina İrina...
“Heç vaxt müstəmləkə olmamalıyıq”
“Ən ağır günlərdə heç kim bizə kömək etməyib”. Prezident İlham Əliyev martın 4-ü Tovuzdakı “ASAN Həyat” kompleksinin açılışında belə deyib. AZƏRTAC-ın arayışına görə, kompleks Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 18-ci mərkəzidir, əsasən Tovuz, Qazax, Ağstafa, Şəmkir,...
Sərhəddə yeni itki
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, martın 5-i saat 19:10 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan sərhədində atəşkəs rejimini pozub. Qazaxın Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd məntəqəsində xidmətdə olan əsgər Paşazadə Orxan Nazim oğlunun snayper atəşi ilə yaraland...
“Kabinetdə müxtəlif adamlardan rüşvət alınması biabırçı mənzərədir”
Martın 5-də prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. AZƏRTAC-ın məlumatına görə, prezident deyib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa ...
Milli Məclisin yeni deputatları
Martın 5-də Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının təqdimatına baxaraq parlament seçkisinin nəticələrini təsdiqləyib. Fevralın 9-da keçirilmiş parlament seçkisi 125 dairəni əhatə edib. Mərkəzi Seçki Komissiyasının qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 8...
Azərbaycanda cəza, ABŞ-da mükafat
“Bu gün bu mükafatı nəyə görə alıramsa, öz ölkəmdə ona görə cəzalandırılıram”. Azərbaycanda vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova “Turan”ın Vaşinqton müxbirinə müsahibəsində belə deyib. Martın 4-də Vaşinqtonda Şəhla Hümbətovaya ABŞ dövlət katibinin təsis etdiyi “Cəsarətli qadınlar” mükafa...
Arif Hacılı məhbuslara müvəqqəti azadlıq istəyir
Müsavat Partiyasının başqanı Arif Hacılı koronavirus xəstəliyi təhlükəsindən yayınmaq təklifi verib. Novator.az-ın məlumatına görə, 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatmış siyasətçi özünün “Facebook” səhifəsində yazır ki, cəzaçəkmə müəssisələri koronavirus infeksiyasının yayılması üçün ən tə...
“Kölgə iqtisadiyyatına yol vermək olmaz”
“Sahibkarlığın inkişafı ölkəmizin inkişafının əsas şərti olacaq”. Martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev belə deyib. AZƏRTAC-ın arayışına görə, layihənin ikinci mərhələsi tamamlanan kompleksdə paxlalı bitkilərin toxumu istehsalı zavodu, dənli bit...
Məhkəmə cəbhəçini buraxmadı
Martın 4-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Məmməd İbrahimin şikayətinə baxıb. Məmməd İbrahim fevralın 26-sı paytaxtda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəndən az sonra tutulub. Həmin vaxt o, partiyadaşı Asif Yusifli ilə bir yerdə olub. Hər iki fəal Xətai Ray...
Trampın rəqibləri: kim önə çıxıb?
2020-ci il noyabrın 3-ü ABŞ-da prezident seçkisi keçiriləcək. Respublikaçılar Partiyasının seçkiyə indiki prezident Donald Trampın namizədliyi ilə gedəcəyi gözlənir. Demokratlar Partiyasının namizədi isə iyun ayında keçiriləcək qurultayda müəyyənləşəcək. 3979 nümayəndəlik qurultayda namizəd statusu ...
Beynəlxalq hesabat: Azərbaycan qeyri-azad ölkə sayılır
Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” beynəlxalq insan haqları təşkilatı yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabat 195 ölkə və 83 ərazidə insan hüquqlarının durumuna qiymət verir. Estoniya, Litva və Latviya azad ölkələr arasında yer alır. Rusiya, Belarus, Azərbaycan, Qazaxıs...
Şəhla Hümbətova ABŞ dövlət katibinin mükafatına layiq görüldü
Azərbaycanda vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova ABŞ dövlət katibinin təsis etdiyi “Cəsarətli qadınlar” mükafatına layiq görülüb. 2007-ci ildə təsis olunan mükafat hər il dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda...
Narazılar işçi qrup yaradıb
Seçki saxtakarlığına qarşı mübarizə qrupu yaradılıb. Novator.az-ın məlumatına görə, fevralın 9-da keçirilmiş parlament seçkisinə qatılan Müsavat, Respublikaçı Alternativ partiyalarının, “Nida”, “D18” təşkilatlarının təmsilçiləri və ictimai sektor nümayəndələri martın 3-də belə qərar verib. Müsavat P...
Müsavatçılar aksiyanı dayandırıblar
Müsavatçı fəallar Elman Quliyev və Elşad İsrafil aclıq aksiyasını dayandırıblar. Onlar fevralın 9-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələrinin ləğv olunmasını tələb edirdilər. Seçkidə Elman Quliyev 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən, Elşad İsrafil 42 saylı Sumqayıt dairəsin...
Aksiyaçıların səhhəti pisləşir
Müsavatçı fəallar, fevralın 9-da keçirilmiş parlament seçkisində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən namizəd Elman Quliyev və 42 saylı Sumqayıt dairəsindən namizəd Elşad İsrafilin aclıq aksiyasından yeni xəbər var. Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən aksiya fevralın 27-də b...
Beş ay tez azadlığa çıxmaq cəhdi də baş tutmadı
Martın 3-də Ali Məhkəmədə AXCP üzvü Fuad Əhmədlinin şikayətinə baxılıb. 1990-cı il təvəllüdlü Fuad Əhmədli 2016-cı il avqustun 18-də tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Əhmədlini əməl...
Əməkdaşlıq komissiyaları necə yenilənib?
Prezident İlham Əliyev sərəncamlar imzalayaraq Azərbaycanla bir çox ölkə arasında əməkdaşlıq komissiyalarının tərkibini yeniləyib. Novator.az-ın məlumatına görə, Gürcüstanla iqtisadi əməkdaşlıq üzrə komissiyanın Azərbaycandan sədri postu baş nazirə həvalə olunub. Litva ilə ikitərəfli əməkdaşlıq üzrə...
Elmar Hüseynovun qətlindən 15 il ötür
Jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən 15 il ötür. 1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub. Elmar Hüseynov “Monitor” jur...
Tacikistan: seçkini prezident partiyası uddu
Tacikistanda parlamentin aşağı palatasına martın 1-də keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb. 63 yerlik parlamentin 22 deputatı partiya siyahıları üzrə seçilib. Novator.az bildirir ki, Mərkəzi Seçki və Referendum Komissiyası prezident İmaməli Rəhmanın Xalq Demokrat Partiyasının bu sistemlə 1...
Narkotik cinayətlərinin hesabatı
Narkotik vasitələrlə bağlı cinayətlərin hesabatı yayılıb. Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, 2019-cu ildə Azərbaycanda qeydə alınmış cinayət hadisələrinin 4383-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Cinayətlərin 5...