Prezident İlham Əliyev sərəncamlar imzalayaraq Azərbaycanla bir çox ölkə arasında əməkdaşlıq komissiyalarının tərkibini yeniləyib. Novator.az-ın məlumatına görə, Gürcüstanla iqtisadi əməkdaşlıq üzrə komissiyanın Azərbaycandan sədri postu baş nazirə həvalə olunub.
Litva ilə ikitərəfli əməkdaşlıq üzrə komissiyaya, İsveçrə ilə ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyaya, Azərbaycan və İsrail hökumətləri arasında birgə komissiyaya iqtisadiyyat naziri həmsədrlik edəcək.
Misirlə iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədrliyi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə, İordaniya ilə ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə komissiyanın həmsədrliyi maliyyə nazirinə, Tacikistanla ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə komissiyanın həmsədrliyi kənd təsərrüfatı nazirinə, İtaliya ilə iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədrliyi energetika nazirinə, Xorvatiya ilə iqtisadi əməkdaşlığı təşviq komissiyasının həmsədrliyi mədəniyyət nazirinə verilib.