Hüquq
İlk dəfə: iki qadın prokuror təyin olundu
Baş Prokurorluğun mətbuat xidmətinin 19 iyun məlumatına görə, müstəqil Azərbaycanın tarixində ilk dəfə xanım əməkdaşlar rayon prokuroru vəzifələrinə təyinat alıblar: Səadət Rüstəmova Qobustan rayon prokuroru, Lalə Hüseynova Zəngilan rayon prokuroru vəzifəsinə gətiriliblər. Xəbərdə qeyd olunur ki, ba...
Fransa saytı cəbhə fəalından yazıb
Fransanın “Les nouveaux dissidents” (“Yeni dissidentlər”) portalı AXCP fəalı Aqil Hümmətovla bağlı məqalə dərc edib. Xəbəri AXCP sədri Əli Kərimli yayıb. Novator.az bildirir ki, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan AXCP fəalı Aqil Hümmətov bu il martın 30-da tutularaq Bakını...
Barışıq qanunu gələn ilə qaldı
Parlamentin 19 iyun iclasında “Mediasiya haqqında” qanuna dəyişiklik edilib. Novator.az bildirir ki, qanunun qüvvəyə minməsi tarixi 2020-ci il iyulun 1-dən 2021-ci il yanvarın 1-nə keçirilib. Qanunla mediasiya bunlar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisəl...
Məhkəmə qərar verdi
İyunun 19-da paytaxtın Nizami Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun həbs qətimkan tədbirini iki ay uzadıb. Novator.az-ın məlumatına görə, qərar Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevin vəsatəti əsasında çıxarılıb...
Təzəxanın mümkün cəzası
Xətai Rayon Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmlinin cinayət işi üzrə proses başa çatmaq üzrədir. 18 iyun iclasında çıxış edən prokuror məhkəmədən Təzəxan Mirələmliyə 1 il azadlığının məhdudlaşdırılması cəzası verilməsini istəyib. Məhkəmə prosesi iyunun 25-də davam e...
Ödəniş kartlarının istifadə müddəti artdı
Mərkəzi Bank əmək pensiyaları, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, ünvanlı dövlət sosial yardımları üzrə ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci ilədək artırılması təşəbbüsü ilə çıxış edib. Rəsmi məlumata görə, müvəkkil banklara bu istəklə müraciət olunub. Məqsəd b...
Borclunun əmlakı: qanun dəyişikliklərində nələr var?
Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” qanunlarda dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, Vergi Məcəlləsində yeniliyə görə, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə t...
Köçəryanla bağlı qərar etiraz doğurub
Ermənistanın Apellyasiya Məhkəməsi iyunun 18-də sabiq prezident Robert Köçəryanın 2 milyard dram (7,1 milyon manata yaxın) girov müqabilində azadlığa buraxılması barədə qərar verib. Novator.az-ın məlumatına görə, vəkillərin vəsatəti əsasında çıxarılan qərar Baş Prokurorluğun narazılığına səbəb olub,...
Yenə karantin, yeni karantin
Azərbaycanda daha 338 nəfər koronavirus infeksiyasına yoluxub, 117 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 6 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 18 iyun məlumatında belə deyilir. Rəsmi hesabata görə, ölkədə 11329 nəfərin koronavirusa yoluxması bilinib, 6192 nəfər müalicə ...
İşsizə pul vermək qaydaları yenilənir
2018-ci il yanvarın 1-də qüvvəyə minən işsizlikdən sığorta qanununa əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğvi və ya işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş, işsiz kimi qeydiyyata alınmış şəxs sığorta ödənişi ala bilər. Bunun üçün azı 3 il sığo...
Sərhəddə insident
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 17-si saat 21:40 radələrində Sərhəd Qoşunlarının Cəlilabadın Kürünc kəndi yaxınlığındakı zastavasının xidməti ərazisində 3 şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub: “Sərhəd pozucularının silah və gecə görmə cihazla...
Həbs müddəti uzanır
Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun həbs qətimkan tədbirinin iki ay uzadılması barədə vəsatət verib. Novator.az-ın məlumatına görə, vəsatətə iyunun 19-u Nizami Rayon Məhkəməsində baxılaca...
Əminə Rüstəmzadə: “Zəif anıma təsadüf etdi”
Gənc fəal İlkin Rüstəmzadənin həyat yoldaşı Əminə Rüstəmzadə iyunun 17-də xəstəxanadan buraxılıb. “Facebook”da yaydığı açıqlamada İlkin Əminənin evdə olduğunu, özünü yaxşı hiss etdiyini vurğulayıb. İyunun 17-də Əminənin çoxlu yuxu dərmanı içərək intihara cəhd etdiyi, Bakıdakı Kliniki Tibbi Mərkəzə y...
Media fondunun işi 4 maddə ilə araşdırılır
Baş Prokurorluğun mətbuat xidmətinin 17 iyun məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundakı qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Araşdırma zamanı fondun vəzifəli şəxslərinin...
İlkin Rüstəmzadə yoldaşının intihara cəhd etdiyini bildirir
Gənc fəal İlkin Rüstəmzadə iyunun 17-si özünün “Facebook” səhifəsində açıqlama yayaraq həyat yoldaşı Əminə Rüstəmzadənin intihara cəhd etdiyini bildirib. Onun sözlərinə görə, yoldaşı çoxlu yuxu dərmanı içib. Bakıdakı Kliniki Tibbi Mərkəzə aparılan Əminə Rüstəmzadənin reanimasiyaya yerləşdirildiyi bi...
Kimyəvi silah: yasaqlar və nəzarət qaydası müəyyənləşdi
Prezident İlham Əliyev kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiqinin qadağan olunması və onun məhvi qanununu imzalayaraq tətbiqinə fərmanlar verib. Novator.az bildirir ki, qanuna əsasən, kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanması, artırılması ...
Sarukyanın deputat toxunulmazlığı götürüldü
Ermənistan parlamenti iyunun 16-da baş prokurorun vəsatətinə baxaraq Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyanın deputat toxunulmazlığını götürüb. Novator.az-ın məlumatına görə, qərar 87 səslə qəbul edilib. Gizli səsverməyə yalnız hakim blokun deputatları qatılıb. Milli Təhl...
Gömrük: pozuntu və cəzalar
Gömrük pozuntularının beş aylıq hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2020-ci ilin yanvar-may aylarında 100 qaçaqmalçılıq faktı, 63 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 6 aksiz markası olmadan mal idxal etmə faktı, 3 g...
Dövlət qulluqçuları barədə hesabat açıqlanıb
Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə hesabat açıqlanıb. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2020-ci il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,4 min nəfər olub, onların 29 faizini qadınlar təşkil edib. Hesabata əsasən, d...
Qanunçuluğun böhranı
Hüquqşünas Ənnağı Hacıbəyli Konstitusiya Məhkəməsinin 31 may 2020-ci ildə çıxardığı qərarı qınayıb. Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan hüquqşünas qeyd edir ki, son illər Azərbaycanda beynəlxalq qurumların təkidli tələbləri ilə mülkiyyətin müdafiəsinə yönələn qanu...