AXCP fəalı həbs olunub
- 14 İyul 2020
- comments
- Novator.az
- Posted in Xəbər
AXCP fəalı Arif Paşayev həbs olunub. İyulun 13-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.
Arif Paşayev İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib.