Hadisə
Zəlzələ qurbanları artır
Meksikada zəlzələ qurbanları artır. Milli Qəza-Xilasetmə Xidmətinin son açıqlamasına görə, ölənlərin sayı 216-ya çatıb. Novator.az bildirir ki, sentyabrın 19-da (Bakı vaxtı ilə saat 22:14-də) Meksikanın cənub-şərqində 7,1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca azı 10 silkələnmə qeydə alınıb. 4...
Partlayışın terror aktı olduğu bildirilir
London metrosundakı partlayış terror aktı motivi ilə araşdırılır. Sentyabrın 15-i səhər saat 8:20-də Böyük Britaniya paytaxtının metrosunda, “Parsons-Qrin” stansiyasında vaqonların birində partlayış baş verib, 18 nəfər xəsarət alıb. Novator.az-ın məlumatına görə, rəsmilər metro vaqonunda vedrəyə qoy...
London metrosunda partlayış
Sentyabrın 15-i səhər Böyük Britaniya paytaxtı Londonun metrosunda partlayış baş verib. İlkin xəbərdə bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir. Novator.az-ın məlumatına görə, London polisi partlayışın “Parsons-Qrin” stansiyasında, vaqonların birində baş verdiyini bəyan edib.
Bakıdakı “26” kafesi bağlandı
Bakının mərkəzində “26” adlı kafe açanları cinayət məsuliyyəti gözləyir. “Trend”in 8 sentyabr məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Hacıbala Abutalıbov xatırladıb ki, 1918-ci ildə Stepan Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı soyqırımı təşkil...
Ziyan 160 milyard dolları haqlayıb
ABŞ-da Harvi qasırğasının vurduğu ziyanın 160 milyard dolları haqladığı açıqlanıb. Bu, ölkənin ümumi daxili məhsulunun 1 faizinə bərabərdir. Avqustun 29-dan bəri qasırğa və leysan Texas ştatında böyük daşqınlar yaradıb. Novator.az-ın məlumatına görə, Texas ştatının ardınca Luizianada qeydə alınan fə...
ABŞ-da fəlakət
ABŞ-ın Texas ştatında Harvi qasırğasının doğurduğu daşqının fəsadları açıqlanıb. Novator.az-ın məlumatına görə, təbii fəlakətdə azı 30 nəfər həlak olub. Ümumilikdə 1 milyon 700 min insanın yaşadığı bölgələrdə evakuasiya tədbirləri görülüb. 20 minə yaxın şəxs sığınacaqlarda yerləşdirilib. Təbii fəlak...
Zakir Həsənov əraziyə baxıb, toplantı keçirib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib. Xəbəri avqustun 28-də Mod.gov.az yayıb. Ərazidə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib, d...
Təbriz ətrafında zəlzələ
Avqustun 28-i səhər İranda Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ olub. Novator.az-ın məlumatına görə, zəlzələ saat 3:44 radələrində Şərqi Azərbaycan əyalətində, Təbrizin 100 kilometrliyində yerləşən Şərəbyan şəhəri və onun ətrafında baş verib. Şərqi Azərbaycan əyalətinin böhran və təbii fəlakə...
Yaralanan sonuncu şəxs də evə buraxılıb
Xızıda, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarındakı yanğın və partlayışda yaralanan sonuncu şəxs də evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, avqustun 27-də baş verən hadisə nəticəsində yüngül bədən xəsarətləri alan 6 nəfər Siyəzən Regi...
Yanğın və partlayış barədə rəsmi bilgi
Avqustun 27-si səhər saat 9 radələrində Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin utilizasiya üçün hazırlanmış silah-sursat anbarında yanğın və partlayışlar baş verib. Hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər, yaxınlıqda olan Sitalçay, Giləzi, Məmmədhəsən, Şurabad kəndl...
Bayram Kürdəxanılı: doğumu, ölümü, DİN-in məlumatı
Tanınmış meyxanaçı Bayram Kürdəxanılı 56 yaşında faciəli şəkildə dünyasını dəyişib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir ki, Bayram Kürdəxanılını avqustun 23-ü gecə saat 2 radələrində yolu piyada keçərkən avtomobil vurub. Hadisə Sabunçu rayonunun Kürdəxan...
Terror aktlarının nəticələri
İspaniyanın Barselona şəhərində törədilmiş terror aktının məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Avqustun 17-si axşam Barselonada mikroavtobusun yüksək sürətlə kütlənin üzərinə sürülməsi 13 nəfərin ölümü, 120-yə yaxın şəxsin xəsarət alması ilə nəticələnib. Olayda 18 ölkənin vətəndaşları ...
Cəbhə xəttində qanlı təxribat
Ermənistan silahlı qüvvələri iyulun 4-ü saat 20:40 radələrində Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Rəsmi məlumat yayan Müdafiə Nazirliyi bəyan edib ki, bu təxribat nəticəsində kənd sakinləri, 1966-cı il təvəllüdlü Allahver...
Londonda yanğın: ölən və yaralananlar haqda ilk məlumatlar
Böyük Britaniyanın paytaxtı Londonda çoxmərtəbəli yaşayış binasındakı yanğın hələ tam söndürülməyib. Yanğın iyunun 14-ü gecə saat 1-də başlanıb. Novator.az-ın məlumatına görə, hüquq mühafizə orqanları 120 mənzilin olduğu 24 mərtəbəli binada baş verən yanğında an azı 6 nəfərin həlak olduğunu bəyan ed...
Rauf Əliyev vəfat edib
Bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyev vəfat edib. Rauf Tofiq oğlu Əliyev 1947-ci ildə Şuşada anadan olub. Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1973-cü ildən Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasınd...
Yanğın
Böyük Britaniyanın paytaxtı Londonda çoxmərtəbəli yaşayış binasında iyunun 14-də baş vermiş yanğında həlak olanlar var. 120 mənzilin olduğu 24 mərtəbəli binada yanğın gecə saat 1-də başlayıb. Novator.az-in məlumatına görə, hüquq mühafizə orqanları yanğında ölənlərin olduğunu bəyan edib, ancaq say aç...
Natiq Əliyev vəfat etdi
Azərbaycanın energetika naziri Natiq Əliyev iyunun 9-u Türkiyənin İstanbul şəhərindəki “Florence Nightingale” klinikasında vəfat edib. Natiq Əliyev iyunun 4-də ürəyində problemlər üzündən Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, iyunun 5-də Türkiyəyə aparılmışdı...
Tehrandakı terrorda ölənlərin sayı artıb
Novator.az xəbər verir ki, İranın paytaxtı Tehranda baş verən terror aktlarında ölənlərin sayı 17-yə çatıb. Terror aktları iyunun 7-si saat 10:30 radələrində baş verib. Həmin gün İran parlamentinə və İran İslam Respublikasının qurucusu Xomeyninin məqbərəsinə silahlı hücum olub. İran parlamentinə tap...
Xamneyi: “Bunların da kökü kəsiləcək”
GünAzTV-nin məlumatına görə, İranın dini lideri Əli Xamneyi iyunun 7-i axşam bir qrup tələbə ilə görüşərək ölkə parlamentinə və ayətullah Xomeyninin məqbərəsinə silahlı hücumlara münasibət bildirib. İyunun 7-si saat 10:30 radələrində Tehranda İran parlamentinə və İran İslam Respublikasının qurucusu ...
Qəzada 122 nəfər həlak olub
Qəzaya uğrayan Myanma hərbi təyyarəsində 122 nəfər həlak olub. İyunun 7-də ölkənin cənubundan Yanqon şəhərinə uçan təyyarə Andaman dənizinə düşüb. Novator.az-ın məlumatına görə, iyunun 8-də təyyarənin qalıqları dənizin Tavoy şəhərinə yaxın hissəsində tapılıb. Göyərtədə 12 ekipaj üzvü ilə birgə 122 n...