Cəmiyyət
Sabiq icra başçısı koronavirusa yoluxub?
Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus iş adamı Saleh Rüstəmovun koronavirus infeksiyasına yoluxduğu iddia olunur. AXCP sədri Əli Kərimli məhbusun həyat yoldaşına istinadla yazır ki, Saleh Rüstəmovun yüksək hərarəti var, o, iy və dad bilmir, ancaq koronavirus testindən keçirilməyib,...
Peyvənddən kimlər və niyə imtina edir? – “Forbes”
ABŞ-ın “Forbes” jurnalında “Koronavirus peyvəndindən kimlər və niyə imtina edir?” başlıqlı məqələ dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, hazırda ABŞ-ın yüz mindən çox sakini COVİD-19 infeksiyası səbəbindən xəstəxanadadır və virusdan hər gün mindən çox adam həyatını itirir. ...
Yoluxma, ölüm, peyvəndlənmə
Rəsmi hesabata görə, 2021-ci il sentyabrın 13-dək Azərbaycanda 460092 nəfər koronavirus infeksiyasına yoluxub, onların 6103-ü vəfat edib. Novator.az bildirir ki, ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, il 218700 yoluxma, 2641 ölümlə bitib. 2021-ci ilin statistikası belədir: yanvar...
Bloqer (16)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15 Niyazi Mehdi Damlanın qavrayışında Marişanın qısa donlu toppuş ayaqları ilə cin kimi qığılcım səpələyən gözləri onun dediklərinə ordan-burdan Facebook-dakı günəşli gülüş nişanlarını vururdu. Yəqin bu, hamının qavrayışında ...
“Kəlbəcər” tankeri istismara verildi
Sentyabrın 10-da prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda neftdaşıyan yeni tankerin istismara verilməsi mərasimində iştirak edib. AZƏRTAC bildirir ki, tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə 2 il əvvəl başlanıb. Prezidentin təşəbbüsü...
Uşaqların peyvəndlənməsi: Avropa statistikası
Avropanın hansı ölkələrində 12 yaşdan yuxarı uşaqlar koronavirus infeksiyası əleyhinə peyvəndlənirlər? Novator.az-ın məlumatına görə, “Euronews” kanalının internet səhifəsində bununla bağlı yazı dərc edilib. Yazıda bildirilir ki, bu ilin may ayında Avropa Dərman Agentliyi 12-15 yaş arası uşaqların “...
Azərbaycan Avropanın qara siyahısında
Azərbaycanın və daha 5 ölkənin (Ermənistan, Albaniya, Serbiya, Bruney, Yaponiya) ərazisindən Avropa İttifaqına səfər yasaqlanır. Novator.az-ın məlumatına görə, Avropa İttifaqı Şurasının sentyabrın 9-da verdiyi rəsmi tövsiyə Azərbaycan, Ermənistan, Albaniya, Serbiya, Bruney və Yaponiyada koronavirus ...
Bənzəri olmayan “oxşarlar” taktikası – “The Guardian”
Böyük Britaniyanın “The Guardian” qəzetində Rusiyada seçkilərə müdaxilənin özünəməxsus üsullarından bəhs edən məqalə dərc olunub. “Sankt-Peterburqda seçki bülletenləri – üç oxşar Boris Vişnevski” başlıqlı məqalənin müəllifi Endryu Rotdur. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Rus...
“Nə qədər ki, belə xaos olacaq…”
Sentyabrın 7-də yeni gənclər və idman naziri Fərid Qayıbovu video formatında qəbul edən prezident İlham Əliyev idman sahəsində buraxılan nöqsanları ciddi araşdırmağı tapşırıb: “Xüsusilə olimpiya oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub. Mövcud vəziyyət ciddi təhl...
Yaxın ölkələr və Azərbaycanda xəstə sayı
Sentyabrın 9-na olan beynəlxalq statistikaya görə, 211 ölkə və ərazidə 18,8 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, İranda 644897, Rusiyada 555810, Türkiyədə 483158 nəfər müalicə altındadır. Digər yaxın ölkələr koronavirus xəstələri üzrə belə sıralanır: Qazaxıstan –...
Vətən naminə – Vətən uğrunda
1993-cü il iyulun 23-ü – Ağdamın işğal günü yaddaşımda əbədi donub qalıb: həm də həmin mənzərəni canlı deyil, dövlət televiziyasının ekranından qəlbimə, yaddaşımın dərinliyinə köçürmüşəm. O vaxt televiziyalar hadisələri istədikləri yerdən birbaşa reportaj kimi yayırdılar: AzTV ilə də belə olmu...
Pandemiya yüz illik uğurun üstündən xətt çəkə bilər
ABŞ-ın “Vaşinqton Post” qəzetində pandemiyanın əmək bazarında qadınlara təsirinə dair məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, pandemiyanın ilk ilində bütün dünyada 54 milyon qadın işsiz qalıb. Nəticədə məşğulluq sahəsində gender fərqi güclənib. Qəzetin yazdığına görə,...
Kabinetdə gənclər və başqaları
Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov 1979-cu il təvəllüdlüdür. Novator.az bildirir ki, o, Nazirlər Kabineti üzvləri arasında ən gənc altı nəfərdən biridir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da 1979-cu ildə anadan olub. Ən gənc hökumət üzvü 1982-ci il təvəllüd...
“Vaşinqton Post”: Putin daha sərt diktaturaya keçir
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Apple” və “Google” Aleksey Navalnının susdurulmasına ortaq olmamalıdır” başlıqlı redaksiya məqaləsi dərc edilib. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. “Apple” və “Google” texnologiya nəhəngləri xarici hökumətlərin tələbləri ilə qarşılaşanda ...
Konstitusiya Məhkəməsindən əmək mübahisələri şərhi
Bakı Apellyasiya Məhkəməsinin müraciətini nəzərə alan Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsini, 294-cü və 296-cı maddələrini şərh edib. Novator.az bildirir ki, 3-cü maddənin 1-ci hissəsinə görə, müəssisə dedikdə mülkiyyətçinin Azərbaycan qanunvericiliyinə mü...
Rusiyalıların neçə faizi paketdə maaş almağa hazırdır?
Rusiyanın Superjob.ru portalı nəzdindəki Tədqiqat Mərkəzi əhalinin qeyri-rəsmi yolla verilən maaşlara (paketdə maaş) münasibətini öyrənib. Novator.az-ın məlumatına görə, sorğunun nəticələri göstərib ki, rusiyalıların 39%-i maaşların bu üsulla verildiyi yerlərdə işə düzəlməyə hazırdır. Məlum olub ki,...
Kəlbəcərin Laçın kəndi
Kəlbəcər rayonunun Laçın kəndi. Düşmənin 30 ilə yaxın sürən işğal dövründə viran qoyduğu yurdlarımızdan biri. Həm də hazırda həbsdə olan dövlət xadimi Eldar Həsənovun doğulub boya-başa çatdığı kənd. Əməkdar jurnalist Əlövsət Ağalarov Laçın kəndində olub, foto və videolar çəkib. Bu çəkilişləri o, məh...
Fəxrinin uğurlu adı haqqı
İmdad Əlizadə Həyatı dərk etmək yolunda səndələyə-səndələyə addım atmağa, getdiyim cığırın hansı yola çıxdığını öyrənməyə çalışdığım zamanlarda ilk mərhələ doğmaları ayırd etmək kimi qalıb yaddaşımda. O doğmaların bir hissəsi ən yaxşı halda bir əldəki barmaqların sayı qədəri MÜQƏDDƏSLƏR sırasında id...
Siyasətçilərdən təhsil şərhləri
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul hesabatı yayıb. Rəsmi məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsinə 66464 nəfər qatılıb, onların 44861 nəfəri uğur qazanıb: 21856 nəfər dövlət sifarişi əsasında, 23005 nəfər ödənişli əsaslarla təhsil hüququ əldə edib. Novator.az-ın məlu...
Yoluxma və itki statistikası
Son rəsmi hesabata görə, Azərbaycanda 442872 nəfər koronavirus infeksiyasına yoluxub, onların 5842-si vəfat edib. Ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il 218700 yoluxma, 2641 ölüm olub. Novator.az bildirir ki, 2021-ci ilin göstəriciləri belədir: yanvar – 11519 yoluxma, 49...