Cəmiyyət
Pensiya yenilikləri son oxunuşdan keçdi
Milli Məclisin 2 iyul iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik son oxunuşdan keçib. Novator.az bildirir ki, yeniliyə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötür...
Delta variantına ən çox kimlər yoluxur? – CNBC kanalı
ABŞ-ın CNBC kanalının internet səhifəsində “Gənclər, peyvənd olunmayanlar, 50 yaşdan yuxarı şəxslər, yaxud da peyvəndin yalnız birinci dozasını vurduranlar koronavirusun delta variantına yoluxma riski altındadırlar” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi kanalın əməkdaşı Holli Ellyatdır. No...
General poqonları, təltiflər
İyulun 2-si daxili işlər orqanı əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda daxili işlər orqanı 103 il əvvəl, 1918-ci il iyulun 2-də yaradılıb. Prezident İlham Əliyevin 2 iyul sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd polkovnikinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: Əlaslan Qaçay oğ...
Təqvimdə dəyişiklik
Nazirlər Kabineti şənbəyə düşən 17 iyulu iş günü elan edib. Həmin qərara görə, 19 iyul – bazar ertəsi qeyri-iş günü olur. Novator.az bildirir ki, 20-21 iyulda (çərşənbə axşamı, çərşənbə) Qurban bayramı qeyd olunacaq. 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri iş və istirahət günlərinin ar...
Şəhid və itkin hərbi qulluqçuların siyahısı
İyunun 30-da Müdafiə Nazirliyi 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş 2906 nəfər hərbi qulluqçunun və itkin düşmüş sayılan 8 nəfərin siyahısını yayıb. Məlumata görə, itkin düşmüş hesab olunan kapitan Pənahov Əkbər Bəylər oğlu, leytenant Vəlizadə İbrahim Səməd oğlunun, gizir İxtiyar İlqarın, əs...
Yoluxma və itkilər
Rəsmi hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 336047 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 4974 nəfərdir. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-...
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məhbus hüquqşünas, dövlət xadimi Eldar Həsənovdan yazıb. O qeyd edir ki, iyunun 27-si İstanbulda, “İlin adamı” mükafatlarının təqdimetmə mərasimində Rumıniyadan olan türk iş adamı, Rumıniya-Türkiyə Ticarət ...
Bizim tullantı
Rövşən Ağayev Bakını çıxsaq, Azərbaycanda məişət tullantılarının emalı üçün infrastruktur yoxdur: tullantılar açıq ərazilərə atılır, ciddi ekoloji və sağlamlıq problemi yaradır. Kəndlər bu baxımdan əsl fəlakət yaşayır. İki il əvvəl ekspert qrupumuz 10 kəndin timsalında bu problemi monitorinq eləyib....
Yenilənmiş karantin
Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimini yeniləyib. Novator.az bildirir ki, 2021-ci il avqustun 1-dək ölkə üzrə bu qadağalar var: – yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış; – “ASAN xidmət” və “DOST” mərkəzləri is...
Yeni mehmanxana
İyunun 29-u Azərbaycan paytaxtında “Courtyard by Marriott Baku” mehmanxanası açılıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər. Arayışa görə, mehmanxanada 365 otaq, iclas, idman zalları, restoran yaradılıb.
Şərti məhkumluğun şərtləri
Novator.az Cinayət Məcəlləsində şərti məhkum etmə qaydalarına nəzər salıb. Məcəllənin 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmənin həmin cəzanın şərti tətbiqi haqqında qərar çıxarmaq hüququ var. Şərti məhkum etmə təyin edilərkən altı aydan beş ilədək...
Valideynlərin onlayn təhsilə münasibəti – Yeni sorğunun nəticələri
Kanadanın “Global News” kanalının internet səhifəsində mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkətinin keçirdiyi yeni sorğunun nəticələri dərc olunub. Novator.az-ın məlumatına görə, sorğuda koronavirus pandemiyası dövründə valideynlərin onlayn təhsilə münasibəti öyrə...
Cərimələrə əfv
İqtisadçı alim Qubad İbadoğlu 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunun bir məqamına diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2020-ci ildə büdcədənkənar gəlirlərin məbləği 596,1 milyon manat məbləğində olub, bu da 2019-cu illə müqayisədə 17,2 milyon manat çoxdur: “...
Qlobal cəhalət
Azər Qaraçənli Koronavirus pandemiyası cəhalətin qlobal problem olduğunu üzə çıxartdı. Heç yerdə adamlara virusdan qorunmağın yollarını öyrətmək bəs eləmədi, hər yerdə kimlərisə virusdan qorunmağa məcbur eləmək də lazım gəldi. Bütün hökumətlər virusdan peyvəndlənməyi adamların öz ixtiyarına buraxdıl...
Yarım ilin və beş ilin populyar adları
Novator.az 2021-ci ilin ilk yarısının populyar adlarının siyahısına nəzər salıb. Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya görə, yanvar-iyun aylarında Azərbaycanda doğulmuş 717 qız Zəhra adı alıb. 565 qıza Zeynəb adı, 519 qıza Aylin adı verilib. Ən çox qoyulan digər qız adları belə sıralanır: ...
Yaxın ölkələrin itkiləri
İyunun 29-na olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 3 milyon 945 mindən çox adamın ölümünə səbəb olub. Novator.az yaxın ölkələr üzrə itkiləri təqdim edir: Rusiya – 133893 ölüm İran – 83985 Ukrayna – 52295 Türkiyə – 49634 Moldova ...
Vahid əlaqələndirmə mərkəzləri yaradılır
İyunun 25-də prezident İlham Əliyev “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılmasına fərman verib. Sənəd mərkəzlərdə göstərilən xidmətlərin və həmin xidmətləri gös...
25 gündə 54 ölüm
İyun ayının 25 günündə Azərbaycanda 1785 nəfər koronavirus infeksiyasına yoluxub, 54 nəfər xəstəlikdən vəfat edib. Novator.az bildirir ki, 2021-ci ilin əvvəlki aylarının göstəriciləri belə olub: yanvar – 11519 yoluxma, 491 ölüm; fevral – 4318 yoluxma, 88 ölüm; mart – 27176 yoluxma, 347 ölüm; aprel –...
Bloqer (9)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 Niyazi Mehdi Altıya on dəqiqə qalırdı və səhərdən Damlanın bir gözü, bir qulağı mobil telefonda idi ki, görəsən, Erkin zəng vuracaq? Demək olmazdı ki, hələ ondan zəng gəlməməsini özünə dərd etmişdi, ancaq yenə də «bu niyə belə edir» sorusu ondan əl çək...
Məhkəmədə rüsum məbləğləri yenilənir
Milli Məclisin 25 iyun iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər layihəsi ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, yenilənən 8-ci maddədə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üzrə dövlət rüsumunun məb...