Xəbər
Azərbaycana idxal rəqəmlərdə
Yanvar-sentyabr arası Azərbaycana idxal ötən ilin 9 ayına nisbətən 0,38% artıb. MDB ölkələrindən idxalın 10,29% artdığı, Avropa İttifaqından idxalın 22,62% düşdüyü açıqlanıb. Digər ölkələr üzrə göstəricidə 8,45% yüksəliş var. Novator.az ayrı-ayrı ölkələr üzrə göstəricilərə nəzər yetirib. MDB ölkələr...
Yenə tətil, yenə eyni tələb
Oktyabrın 24-də Yunanıstan mediası həmkarlar təşkilatlarının qərarı ilə iki günlük tətilə çıxıb. Novator.az-ın məlumatına görə, oktyabrın 26-sı səhərə qədər davam edəcək tətil əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarını qorumaq tələbi ilə keçirilir. Təti...
10 əmlak özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsinin oktyabrın 24-də keçirdiyi hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Rəsmi məlumatda bildirilir ki, özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtda, kiçik dövlət müəssisələri Sumqayıt və Naftalan şəhərlərində yerləşir.
8 ayda əhali 8500 ev tikib
Bu ilin 8 ayında (yanvar-sentyabr) vətəndaşların vəsaiti hesabına 8500 fərdi yaşayış evi istifadəyə verilib. Həmin evlərin ümumi sahəsi 1 milyon 228 min kvadratmetrdən çox edir. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, fərdi yaşayış evlərinin 448 min kvadratmetrə yaxını və ya 3...
Cinpin yenidən Çin lideri olur
Çin Kommunist Partiyasının 19-cu qurultayı başa çatıb. Qurultayın son günü – oktyabrın 24-də Mərkəzi Komitənin yeni tərkibi formalaşıb. Partiyanın baş katibi, Çin Xalq Respublikasının sədri Si Cinpin də Mərkəzi Komitə üzvü olub. Çin Kommunist Partiyasının qurultayı oktyabrın 18-dən Pekindəki Xalq Yı...
Müsavat növbəti aksiyaya qərar verib
Müsavat Partiyası noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək barədə qərar qəbul edib. Partiyanın başqanı Arif Hacılı Toplum.Tv-yə deyib ki, meriya Müsavatın oktyabr 21-nə təyin etdiyi yürüşə razılıq verməyib və beləliklə, “Sərbəst toplaşma azadlığı haqqında” qanunu...
Rublda yüksəliş, avroda ucuzlaşma
Oktyabrın 24-də Rusiya rublunun rəsmi məzənnəsi 0,0295 manatdan 0,0296 manata qalxıb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7001 manat səviyyəsində saxlayıb. Avro isə ucuzlaşıb. Novator.az-ın məlumatına görə, ötən gün banklara 2,001 manata təklif olunmuş avro indi 1,9997 manata satılır. Gürcü la...
Yenə Ronaldo…
FİFA İspaniyanın “Real” (Madrid) klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldonu dünyanın ən yaxşı futbolçusu seçib. 2016-2017-ci il mövsümündə Kriştiano Ronaldo “Real”ın heyətində İspaniya çempionatının, klublar arasında dünya çempionatının, UEFA Çempionlar Liqasının, UEFA ...
Məlumat və xəbərdarlıq
Müdafiə naziri Zakir Həsənov oktyabrın 23-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib. Mod.gov.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Zakir Həsənov səfirə ...
Səyahət neçəyədir? (Yeni statistika)
Oktyabrın 24-də Dövlət Statistika Komitəsi səyahət agentlikləri və turizm operatorlarının fəaliyyəti haqqında yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-iyun aylarında agentliklər və operatorların gəlirləri əvvəlki ilin ilk 6 ayı ilə müqayisədə 13...
Partiyadakı sözçüsü Sərkisyanın gələcəyindən danışıb
Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov prezident Serj Sərkisyanın gələcəyi ilə bağlı sualı cavablandırıb. Novator.az-ın məlumatına görə, “Azatutyun” televiziyasına danışan Şarmazanov deyib: “Serj Sərkisyan bizim komandanın şəksiz lideridir. Bi...
Daşınmaz Əmlakın Reyestri Xidmətində yeni rejim
Əmlak Məsələləri Dövlət Komitəsi yeni qərar qəbul edib. Oktyabrın 23-də yayılan rəsmi məlumata görə, Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib: bazar ertəsi də iş günü olub. Komitə bildirir ki, vətəndaşlar həftənin birinci günləri də ərazi ofislərində əmlakın qeydiy...
Separatçılar Senatı qabaqlamaq istəyir
İspaniyanın Kataloniya vilayətində yerli parlamentin Rəyasət Heyəti oktyabrın 26-na plenar iclas təyin edib. Həmin iclasda vilayətin müstəqil dövlət elan olunması gözlənir. Novator.az xatırladır ki, ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya muxtar vilayətində oktyabrın 1-də keçirilmiş refere...
Şəhid əsgər torpağa tapşırıldı
İşğalçı erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Cabbar Zeynalov oktyabrın 23-də Saatlı rayonunun Heydərabad kəndində dəfn edilib. Dəfn mərasiminə şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Saatlı Rayon İcra Hakimiyyətinin rəhb...
Milli çempionatlarda durum
Avropada milli futbol çempionatları davam edir. Novator.az bildirir ki, İngiltərə çempionatında 9 turun ardından “Mançester Siti” 25 xalla öndə gedir. Onu 20 xalla “Mançester Yunayted” və “Tottenhem” təqib edir. 9 turdan sonra Almaniya çempionatında “Borussiya” (Dortmund) və “Bavariya” 20 xalla lide...
Səfir azərbaycanlı jurnalistlə bağlı baş prokurora müraciət edib
Niderland Krallığının Kiyevdəki səfiri Keys Yan Rene Klompenhauver azərbaycanlı jurnalist Fikrət Hüseynli ilə bağlı Ukraynanın baş prokuroru Yuri Lusenkoya rəsmi müraciət göndərib. “Amerikanın səsi” xəbər verir ki, səfirin məktubunda Ukrayna ərazisində tutulan Fikrət Hüseynlinin taleyindən narahatlı...
Vergilər Nazirliyində təkrar çəkişmələr
Vergi Apellyasiya Şurasına daxil olan müraciətlər haqqında hesabat açıqlanıb. Rəsmi məlumata görə, 2017-ci ilin 9 ayında Vergilər Nazirliyinin Apellyasiya Şurasının icraatında 67 müraciət olub. Müraciətlərin 10-u əvvəlki ildən qalıb, 57-si isə cari ilə aiddir. İcraata götürülmüş müraciətlərin 16-sı ...
Narazılar milyarderi başa çıxarır
Keçmiş maliyyə naziri, “Agrofert” aqrar-sənaye konserninin sahibi, 4,1 milyard dollarlıq sərvətin sahibi Andrey Babiş Çexiyada hakimiyyətə gəlir. Novator.az-ın məlumatına görə, milyarderin başçılıq etdiyi ANO (Narazı Vətəndaşlar Aksiyası) hərəkatı ötən həftənin cümə və şənbə günləri keçirilmiş parla...
Prezidentlik marafonu ikinci tura qaldı
Sloveniyada oktyabrın 22-də keçirilmiş prezident seçkisi qalibi müəyyən etməyib. 9 namizədin heç biri 50 faizlik həddi keçə bilmədiyi üçün noyabrın 12-nə ikinci tur təyin olunub. Novator.az-ın məlumatına görə, indiki prezident Borut Pahor 47,07% səslə ilk turu lider kimi bitirib. Kamnik şəhərinin me...
Azərbaycan əsgəri şəhid olub
Oktyabrın 22-də Ermənistan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazirliyin bununla bağlı məlumatında deyilir: “Son günl...