Xəbər
Sərkisyan bir mərhələni də keçdi
Serj Sərkisyanın Ermənistanın baş naziri postuna gətirilməsi üçün daha bir addım atılıb. Novator.az-ın məlumatına görə, hakim Respublika Partiyasının İcra Orqanı və Şurası aprelin 14-də birgə iclas keçirib. İcra Orqanı aprelin 11-də baş nazir postuna partiya sədri Serj Sərkisyanı namizəd göstərmişdi...
MSK İlham Əliyevin qələbəsini rəsmiləşdirdi
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda 11 aprel prezident seçkisinə yekun vurulub və nəticələrə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi qərara alınıb. Rəsmi məlumata görə, prezident seçkisində dövlət başçısı İlham Əliyev 86,0...
Müxalifətin 14 aprel mitinqi
Aprelin 14-ü Milli Şura və Müsavat Partiyası paytaxtda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiya Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olub. Milli Şura və Müsavat Partiyası bu il martın 10-da və 31-də də h...
“Facebook” və stress: psixoloqlar nəyi üzə çıxarıb?
Avstraliyanın Kvinslend Universitetinin psixoloqları “Facebook” sosial şəbəkəsinin insanlara təsirini öyrənmək üçün tədqiqat aparıblar. Novator.az xəbər verir ki, tədqiqatın nəticəsi “Journal of Social Psychology” (“Sosial psixologiya jurnalı”) nəşrində dərc olunub. Tədqiqata “Facebook” şəbəkəsinin ...
Yeni püşk, yeni cütlüklər
Aprelin 13-də UEFA Çempionlar Liqasının yarımfinal raundunun püşkü atılıb. Novator.az-ın məlumatına görə, cütlüklər belə müəyyənləşib: “Bavariya” – “Real” “Liverpul” – “Roma”. “Real” 12 dəfə Çempionlar Liqasının qalibi olub. 1955-ci ildə yaradılmış, 1992-1993 mövsümünədək Çempionlar kubo...
Nə qədər ödəmə təmin edilib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin yeni hesabatını yayıb. Rəsmi məlumata görə, bu ilin birinci rübündə 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 51,1 faizi əməkhaqqı, 43,9 faizi zərə...
İstehlak: vəsaitin 45,7 faizi ərzağa gedir
2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 milyard manata bərabər olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ticarət dövriyyəsini...
Sənaye və sərmayə göstəriciləri açıqlanıb
2018-ci ilin yanvar-mart aylarında 11,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 9,9 faiz, neft sektorunda 0,9 faiz artıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bel...
Orta əməkhaqqı nə qədərdir?
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə rəsmi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2018-ci il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 516,5 min nəfər olub, onların 887,9 min nəfəri dövlət sektorunda, 62...
Məhkəmə sabiq nazirə bircə güzəşt elədi
Moskva Şəhər Məhkəməsi Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin şikayətini qismən təmin edib. Aleksey Ulyukayev 2017-ci il dekabrın 15-də paytaxtın Zamoskvoretski Rayon Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib və həbs olunub. Ona 130 milyon rubl cərimə də kəs...
YAP-a 8,3 milyon manat, Müsavata 6,8 min manat gəlib
Aprelin 1-də siyasi partiyaların 2017-ci illə bağlı maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün nəzərdə tutulmuş müddət başa çatıb. Novator.az-ın məlumatına görə, aprelin 13-dək 55 rəsmi siyasi partiyadan 19-u MSK-ya hesabat təqdim edib. “Siyasi partiyalar haqqında” qanuna əs...
Ticarət tərəfdaşları: rüblük hesabat yayılıb
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ilin ilk rübündə əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət ümumi dövriyyənin 12,9 faizi həcmində göstərilir. Türkiyə 10,3 faizlə ikinci, Rusiya 8,9 faizlə üçüncüd...
Azərbaycan xaricə nə satır?
2018-ci ilin yanvar-mart aylarında Azərbaycanın ixracının 90 faizə yaxını neft-qaz sektoruna aid olub. Novator.az bildirir ki, ixracın 80,6 faizini xam neft, 4,05 faizini neft məhsulları, 5,02 faizini təbii qaz təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatında ixracın 2,41 faizinin meyvə-tərəvəz, 1...
Gömrük pozuntularının statistikası
Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-mart ayları üzrə hüquqpozmaların statistikasını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, üç ayda gömrük orqanları 118 qaçaqmalçılıq faktı, 39 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 6 aksiz markası ...
Üç ayın ixrac-idxal hesabatı
2018-ci ilin ilk rübündə Azərbaycanın ticarət əməliyyatlarının həcmi 5 milyard 546,1 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin üç aylıq hesabatında ixracın həcmi 3 milyard 355 milyon dollar, idxalın həcmi 2 milyard 191,1 milyon dollar göstərilir. İxrac idxalı 1,2 m...
Nə tərpəniş var?
Aprelin 13-də bir çox valyutanın rəsmi kursu dəyişib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronun məzənnəsini 2,0958 manata, gürcü larisini 0,7025 manata endirib. Bahalaşan Rusiya rublu banklara 0,0275 manata, türk lirəsi 0,4131 manata təklif olunur. İngilis funt sterlinqinin də kursu yuxarı...
Dördlük müəyyənləşdi
UEFA Avropa Liqasının 1/4 finalına yekun vurulub. Novator.az-ın məlumatına görə, aprelin 12-də keçirilən cavab oyunlarından sonra Fransanın “Marsel” , İngiltərənin “Arsenal”, İspaniyanın “Atletiko” və Avstriyanın “Zalsburq” komandaları yarımfinala adlayıblar. Bu komandalardan yalnız birinin turnirdə...
Prezident: “Daha güclü Azərbaycan qurmalıyıq”
“Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə səs verdi”. Aprelin 12-si Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən konsert proqramında çıxış edən prezident İlham Əliyev belə deyib. Proqram 11 aprel prezident seçkisində İlham Əliyevin qələbəsinə həsr olunub. AZƏRTAC xə...
ATƏT missiyası rəyini açıqladı
11 aprel prezident seçkisini müşahidə etmiş ATƏT və AŞPA missiyalarının nümayəndələri aprelin 12-si Bakıda mətbuat konfransı keçiriblər. Azadliq.org-un məlumatına görə, mətbuat konfransına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçisi Korin Yonker, ATƏT Parlament Assambleyasınd...
Ukrayna MDB-dən rəsmən çıxmaq istəyir
Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinə ölkənin Müstəqil Dövlətlər Birliyindən rəsmən çıxması proseduruna başlamaq göstərişi verib. Novator.az-ın məlumatına görə, aprelin 12-si paytaxt Kiyevdə keçirilən təhlükəsizlik forumunda çıxış edən Pyotr Poroşenko ölkə parlamentinə Rusiya ilə do...