Nə qədər ödəmə təmin edilib?
- 13 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin yeni hesabatını yayıb. Rəsmi məlumata görə, bu ilin birinci rübündə 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 51,1 faizi əməkhaqqı, 43,9 faizi zərərə görə ödənclər, qalan hissəsi sosial müavinət və kompensasiyalar olub.