Xəbər
“Yanardağ”da tapşırıq
Prezident İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib. 21 min nəfər əhalinin yaşadığı yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-...
Silahlı Qüvvələr qanunu qəbul olundu
Milli Məclisin 29 dekabr iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qəbul olunub. Qanun Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. ...
Bələdiyyə torpaqları ilə bağlı yenilik parlamentdən keçdi
Dekabrın 29-da Milli Məclis “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlarda dəyişiklik edib. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəc...
Rusiyada ən aşağı maaş 280 manat olur
Rusiya prezidenti minimum əməkhaqqı ilə bağlı qanun imzalayıb. Novator.az-ın məlumatına görə, qanun 2018-ci il yanvarın 1-dən minimum əməkhaqqını 9 min 489 rubla (279,9 manat) yüksəldir. İndi Rusiyada minimum əməkhaqqı 7 min 800 rubldur (230,1 manat). Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği ...
Yanvarın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayının hava proqnozunu açıqlayıb. Rəsmi məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 8-13, bəzi günl...
Alpinistlərin axtarışına əlavə qüvvə cəlb olunub
Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama yayıb. Açıqlamada deyilir: “23 dekabr 2017-ci ildə Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatza...
42,6 milyard dollarlıq ehtiyat var (Mərkəzi Bankın bəyanatı)
Mərkəzi Bank 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyyə balansı tarazlaşıb, valy...
Məzənnələrin 2017-ci il nöqtəsi
2017-ci ilin sonuncu iş gününə olan rəsmi məzənnələr açıqlanıb. Novator.az-ın məlumatına görə, dekabrın 29-da avro 2,0307 manata, türk lirəsi 0,4499 manata yüksəlib. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7001 manat saxlayıb. Rusiya rublu (0,0295 manat) və gürcü larisində də (0,6514 manat) sabitlikdi...
İqtisadiyyat nazirinin statusunda yenilik rəsmiləşdi
Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında 5 sentyabr 2017-ci il fərmanının tətbiqi ilə əlaqədar sənəd imzalayıb. Dekabrın 28-də imzaladığı fərmanla prezident İqtisadiyyat Na...
Neft Fondunun 2018-ci il büdcəsi
Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2018-ci il büdcəsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, gəlir proqnozu 11 milyard 559 milyon 956,2 min manat, xərc proqnozu 9 milyard 730 milyon 221,8 min manat məbləğində rəsmiləşib. Gəlirdə əsas mənbə ölkənin payına düşən karb...
Prezident yeni agentliyin yaradılmasına fərman verdi
Dekabrın 28-də prezident İlham Əliyev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması barədə fərman imzalayıb. Agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda olacaq. Novator.az-ın məlumatına görə, fərmanda deyilir ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı A...
Azərbaycanda yeni televiziyanın sahibi bilindi
Azərbaycanda yeni televiziya kanalının açılması üçün elan edilmiş müsabiqənin qalibi bəlli olub. Müsabiqəni Milli Televiziya və Radio Şurası keçirirdi. Novator.az-ın məlumatına görə, dekabrın 28-də şura müsabiqədə “Türkel TV” MMC-nin qalib gəldiyini bəyan edib. “Türkel TV”yə 31-ci TV yayım kanalında...
Əfqan Muxtarlının məhkəməsi: şahidlər nəyi bilmirlər?
Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının məhkəməsi davam etdirilir. İşə hakim Hümbət Səlimov baxır. Dekabrın 28-də keçirilən prosesdə şahidlər Qoşqar Muradov, Azər Bayramlı və Dövlət Xanbabayev ifadə veriblər. Vəkil Nemət Kərimlinin “Amerikanın səsi”nə dediyinə görə, şahidlərdən biri Ə...
2017-ci ilin populyar adları
2017-ci ildə Azərbaycan Respublikasında doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhradır. Novator.az-ın məlumatına görə, bu ad ilin əvvəlindən 2700 qıza qoyulub. Nuray (2072 uşaq) ikinci, Məryəm (1619) üçüncü populyar addır. İlk onluqda bu qız adları da var: Zeynəb – 1620 uşaq, Aylin – 1508, ...
Nazir hospitala baş çəkib
Cəbhə zonasında səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalına da baş çəkib. Rəsmi məlumata görə, müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhh...
Müharibə əlilləri və şəhid ailələri 33 mənzil aldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilən 33 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib. Rəsmi məlumat dekabrın 28-də yayılıb. Nazir müavini İlqar Rəhimov mərasimdə deyib ki, hər i...
Maaş artımı nə qədər müəllimi əhatə edir?
Təhsil Nazirliyinin yeni hesabatına görə, 2017-ci ildə 41 min 360 müəllim diaqnostik qiymətləndirmədən keçib. Bildirilir ki, 2014-cü ildən bəri proses 140 minədək müəllimi əhatə edərək başa çatıb. 2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı artırılıb. 2017-ci ildə dia...
Nardaran işi: daha 12 nəfərə cəza verildi
Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan şəxslərin 2-ci qrupuna hökm oxunub. “Report”un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə “Müsəlman birliyi” adlı hərəkatın sədr müavini Elçin Qasımov və Ağa-Əli Yəhyayevin hər biri 15 i...
Taleh Bağırova yeni ittihamın detalları
Həbsdə olan ilahiyyatçı Taleh Bağırova qarşı yeni cinayət işi üzrə ittihamın detalları bilinib. Taleh Bağırov 2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyinin paytaxtın Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı tutulub, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunla...
Hüquq müdafiəçisi nazirliyi məhkəməyə verə bilər
Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinə müraciət edib. O, 6 ildir ümumvətəndaş pasportu (xarici pasport) ala bilmədiyini bildirir. Oqtay Gülalıyev yazır ki, 2012-ci ildə, aran rayonlarında daşqın yerlərində monitorinq aparan “Kür” Vətəndaş C...