Xəbər
Gömrük pozuntularının statistikası
Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-aprel ayları üzrə hüquqpozmaların statistikasını yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, dörd ayda gömrük orqanları 150 qaçaqmalçılıq faktı, 60 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 10 aksiz markası ...
Dörd ayın xarici ticarət hesabatı
2018-ci ilin ilk dörd ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 8 milyard 677,9 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında ixracın həcmi 5 milyard 651,9 milyon dollar, idxalın həcmi 3 milyard 26 milyon dollar göstərilir. Hesabata əsasən, y...
Prezident Naxçıvana səfər edib
Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Naxçıvan şəhərinin hava limanında dövlət başçısını Ali Məclisin sədri Vasif Talıbov, yerli hökumətin üzvləri qarşılayıb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanali...
Yeni məzənnələr
Mərkəzi Bank mayın 16-da bir çox xarici valyutanı ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 2,0115, Rusiya rublu 0,0273, türk lirəsi 0,3821 manata enib. Çin yuanı (0,2669 manat) və ingilis funt sterlinqi də (2,2958 manat) dəyər itirib. Bahalaşan gürcü larisi banklara 0,6996 manata təklif olu...
Parisdə Qarabağ görüşü
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-i Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Rəsmi məlumata görə, görüşdə Azərbaycan və Ermənistanda seçki proseslərinin başa ...
Maliyyə Nazirliyi nə hesabatlar verəcək?
Prezident İlham Əliyev fərman imzalayaraq Maliyyə Nazirliyinin dövlət qurumlarına verdiyi hesabatların formalarını və onların təqdim edilməsi qaydasını təsdiqləyib. Novator.az-ın məlumatına görə, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qayd...
Avropada çempionlar
Novator.az Avropa milli futbol çempionatlarının 2018-ci il qaliblərinin siyahısına nəzərə salıb. İspaniyada “Barselona”, Almaniyada “Bavariya”, İngiltərədə “Mançester Siti”, İtaliyada “Yuventus”, Fransada PSJ çempion olub. Rusiyada qızıl medallara “Lokomotiv” (Moskva), Portuqaliyada “Portu”, Ukrayna...
Süni yağ ölüm riskini 28% artırır
Dünya Səhiyyə Təşkilatı qida təhlükəsizliyi ilə bağlı yeni proqram təqdim edib. Novator.az-ın məlumatına görə, proqram 2023-cü ilə qədər qida sənayesində süni sintezli yağların istifadəsindən tam imtinanı nəzərdə tutur. Ekspertlər bununla hər il 500 min insanın ürək-damar xəstəliyindən xilas olacağı...
Ramazan təqvimi
Həmçinin bax: Ramazan təqvimi: 2021 Qafqaz Müsəlmanları İdarəsi Novator.az saytına 2018-ci ilin Ramazan təqvimlərini təqdim edib. Azərbaycanın paytaxtını və bölgələrini əhatə edən təqvimləri idarə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlayıb. Bu il Ramazan ayının i...
Xarici ticarət və sərmayə göstəriciləri açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 146 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən məhsul alınıb. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, üç ayda xarici ticarət dövri...
Orta əməkhaqqı 532 manatı ötüb
2018-ci il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 532,3 min nəfər olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, onların 888,9 min nəfəri dövlət sektorunda, 643,4 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yanvar-mart...
Müasir Təhsil Kompleksinin yeni binası açılıb
Mayın 15-i Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Aprelin miqrasiya hesabatı
Aprel ayında Dövlət Miqrasiya Xidməti Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 1735 qərar qəbul edib. Rəsmi məlumata əsasən, qərarların 1194-ü cərimə tətbiqini nəzərdə tutur. 489 qərarda ölkə ərazisinə girişə məhdudiyyət qoyulur. Həmin qərarlar əsasında 436 nəfər ölkəd...
Ramazan ayı: günlər və fitrə zəkatının məbləği açıqlandı
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Novator.az-ın məlumatına görə, fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının hesablamasına görə, Ramazan ayının 1-i may ayının 17-nə düşür. Həmin gün Ay görün...
İTV-də yeni dönəm: namizədlik yarışı başladı
Mayın 15-də Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki üçün müsabiqəsi start götürüb. Müsabiqədə iştirak tələblərinə görə, namizəd Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cin...
Neft 79 dolların qapısını döyür
Mayın 15-də Azərbaycan neftinin qiyməti artıb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,81 dollar bahalaşaraq 78,61 dollar olub. London birjasında brent markalı neftin bir barreli 78,17 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 70,88 dollara satılır. Brent ...
Qəzza qırğını
Fələstinin Qəzza bölgəsində İsrail ordusu ilə toqquşmalar 59 nəfərin ölümü ilə nəticələnib. Toqquşmalar mayın 14-də, ABŞ-ın İsraildəki səfirliyi Tel-Əvivdən Yerusəlimə köçürülən gün baş verib. 35 min fələstinli həmin gün Qəzza bölgəsinin İsraillə sərhədində etiraz aksiyası keçirib, ordu bunu odlu si...
Maaşlar necə artıb?
Mayın 1-dən Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2475 manata qaldırılıb. Novator.az bildirir ki, deputatın statusunu tənzimləyən qanun Milli Məclis sədrinin maaşında artımın müəyyən faizlərlə sədrin müavinlərinə, komitə və komissiya rəhbərlərinə, onların müavinlərinə, həmçinin deputatlara tətbiq...
Sabitlik və dəyişmələr
Mayın 15-də ABŞ dollarının rəsmi kursu 1,7 manat, Rusiya rublunun məzənnəsi 0,0275 manat səviyyəsində saxlanıb. Novator.az-ın məlumatına görə, bahalaşan gürcü larisi banklara 0,6974 manata satılır. Avro (2,0252 manat) və türk lirəsi (0,388 manat) isə ucuzlaşıb (Məzənnələr). Mərkəzi Bank dolları mart...
Separatizm ocağında yeni lider
İspaniyanın Kataloniya vilayətinin parlamenti mayın 14-də Kim Torranı hökumət başçısı seçib. O, 135 nəfərlik parlamentdə 66 səs alıb. Kim Torranın namizədliyini Kataloniya hökumətinin sabiq başçısı Karles Puçdemont irəli sürüb. Novator.az bildirir ki, Kim Torra 1962-ci ildə Kataloniyada doğulub. Bar...