Xəbər
Ukrayna MDB ilə üzülüşür
Mayın 19-da Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyinin bütün nizamnamə orqanlarındakı təmsilçilərini geri çağıran fərman imzalayıb. Novator.az bildirir ki, MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub. 2...
Naftalanın icra başçısı dəyişdi
Mayın 18-də prezident İlham Əliyev Natiq Musa oğlu Aslanovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısının daha bir sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Natiq Aslanov 2010-cu il yanvarın 25-dən Nafta...
Yadigar Sadıqov Müsavat başqanının müavini vəzifəsindən istefa verib
Yadigar Sadıqov Müsavat başqanının müavini vəzifəsindən istefa verib. Report.az-a danışan Yadigar Sadıqov istefasına partiya başqanı ilə fikir ayrılığının səbəb olduğunu vurğulayıb. O bildirib ki, Divan üzvü kimi fəaliyyətini davam etdirəcək. Novator.az bildirir ki, 2014-cü ilin sentyabr ayından Müs...
Hər yoxlamada 13-dən çox nöqsan üzə çıxıb
2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub. AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin 18 may iclasında 2017-ci ildəki fəaliyyət barədə danışarkən belə deyib. O qeyd edib ki, ötən il Hesablama Palatası 60 nəzarət tədbirini...
Kimlər hökumətdən qıraqda qaldı?
Mayın 18-də Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedyevin təqdimatı ilə hökumət üzvlərini təyin edib. Novator.az-ın məlumatına görə, baş nazirin müavinləri İqor Şuvalov, Arkadi Dvorkoviç, Dmitri Roqozin, Aleksandr Xloponin, kənd təsərrüfatı naziri Aleksandr Tkaçev, tikinti və mənzil-...
Ələt azad iqtisadi zonası: qanunda nələr var?
Milli Məclisin 18 may iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun qəbul olunub. Novator.az bildirir ki, sənədə görə, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan büt...
Hesablama Palatası qanunu ikinci oxunuşdan keçdi
Parlamentin 18 may iclasında “Hesablama Palatası haqqında” qanun ikinci oxunuşda qəbul olunub. Novator.az-ın məlumatına görə, layihə Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv ...
Azərbaycanın BMT-dəki nümayəndəsi nə bəyanat verib?
BMT Təhlükəsizlik Şurası mayın 17-də “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi kontekstində beynəlxalq hüquqa riayət edilməsi” mövzulu açıq iclas keçirib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bəyanatla çıxış edib. Yaşar Əliyev deyib ki, sü...
Ümumi daxili məhsul: dörd ay və əvvəlki dövrlər
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2018-ci ilin yanvar-aprel aylarında ölkədə 22,9 milyard manatlıq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 2346 manata bərabər olub. Novator.az bildirir ki, y...
360 nəfərdən 71-i iş tapdı
Qəbələ Rayon Məşğulluq Mərkəzi əmək yarmarkası keçirib. AZƏRTAC-ın 18 may məlumatına görə, əmək yarmarkasına qatılan şəxslərə 34 idarə, müəssisə və təşkilat 210 boş iş yeri təqdim edib. Vətəndaşlara 150-600 manat arası əməkhaqqı təklif olunub. Yarmarkada iştirak edən 360 nəfər işaxtaran və işsiz vət...
Vergi orqanlarına müraciətlər 11,3% azalıb
2018-ci ilin aprel ayında vergi orqanları 9501 müraciət alıb. Vergiler.az-ın məlumatına görə, bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən 11,3% azdır. Hesabata əsasən, müraciətlərin 94,7%-i ərizə, 5%-i şikayət, 0,3%-i təklifdir. Onların 34,1%-i müxtəlif arayışların alınması, 39,5%-i kameral vergi yoxl...
Yerevanda cəllada dəstək aksiyası
Mayın 18-də bir qrup fəal Ermənistanın paytaxtı Yerevanda Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayana dəstək aksiyası keçirir. Baş Prokurorluğun qarşısına toplaşan aksiyaçılar Samvel Babayanı siyasi məhbus sayır və dərhal azadlığa buraxılmasını tələb edirlər. Novator.az bildirir ...
Neft büdcə qiymətindən 36 dollar 3 sent bahadır
Dünya birjalarında neftin qiyməti artır. AZƏRTAC-ın 18 may məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 2,21 dollar bahalaşaraq 81,03 dollara yüksəlib. Bu, büdcə qiymətindən 36 dollar 3 sent yuxarı qiymətdir. London birjasında brent markalı neftin bir barreli 79,52 dollara, Nyu-York birja...
YAP-ın yeni qərargahı açıldı
Mayın 18-i Bakıda hakim Yeni Azərbaycan Partiyasının təzə qərargahının açılışı olub. AZƏRTAC xəbər verir ki, partiya sədri, prezident İlham Əliyev açılışda iştirak edib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov prezidentə binada yaradılan şərait barədə ...
Ucuzluq günü
Mərkəzi Bank mayın 18-də valyutaların çoxunu ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 2,0069, gürcü larisi 0,6932, ingilis funt sterlinqi 2,2966, Rusiya rublu 0,0273, türk lirəsi 0,3806 manata düşüb. ABŞ dollarının rəsmi kursu isə yenə 1,7 manatdır (Məzənnələr). Mərkəzi Bank dolları martın ...
Metropolitenin sözçüsü işdən gedir
Bakı Metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mayın 31-də işdən ayrılacaq. Bunu Nəsimi Paşayev özü mayın 18-də açıqlayıb. O, istefa ərizəsi yazdığını bəyan edib. Novator.az bildirir ki, Nəsimi Paşayev 1975-ci ildə Yevlax rayonunda anadan olub. Ankara ...
Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru
ABŞ Senatı mayın 17-də prezident Donald Trampın təqdimatına baxaraq Cina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təsdiqləyib. Prezident təyinatı martın 13-də olmuşdu. Novator.az bildirir ki, Cina Haspel 1956-cı ildə Kentukki ştatında, hərbçi ailəsində anadan olub. Orta təhsili Böyü...
Sabirabad forumunda kredit hesabatı
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 17-si Sabirabad rayonunda işgüzar forum keçirib. Rəsmi məlumata görə, forumda çıxış edən icraçı direktor Şirzad Abdullayev deyib ki, indiyədək Sabirabaddan olan 597 sahibkara 15,3 milyon manat güzəştli kredit verilib. İşgüzar forumda Ara...
Binəqədinin icra başçısı vəzifədən getdi
Mayın 17-də prezident İlham Əliyev sərəncam imzalayaraq Xaləddin İsgəndərovu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarıb. Novator.az bildirir ki, İsgəndərov Xaləddin Şahmar oğlu 1962-ci ildə Goranboy rayonunda anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmt...
Azərbaycanda və yaxın ölkələrdə pensiya məbləği
2018-ci il aprelin 1-nə Azərbaycanda pensiyaların orta məbləği 218 manatdır. Novator.az keçmiş SSRİ məkanının bəzi başqa ölkələrinin də pensiya göstəricilərinə nəzər salıb. Rusiyada 2018-ci ildən orta pensiya 14 min rubla (420 manat) çatdırılıb. Qazaxıstanda 2018-ci ilin əvvəlindən orta pensiya məbl...