Xəbər
İstefa günü açıqlandı
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verəcəyi günü açıqlayıb. Novator.az-ın məlumatına görə, Nikol Paşinyan “France24” telekanalına müsahibəsində oktyabrın 15-də istefa vermək niyyətində olduğunu deyib. O qeyd edib ki, növbədənkənar parlament seçkisinin dekabrın 10-da keçirilməsini istəyir....
Kurs hayanadır?
Oktyabrın 11-də bir çox xarici valyuta bahalaşıb. Novator.az-ın məlumatına görə, avro 1,9655, ingilis funt sterlinqi 2,2478, türk lirəsi 0,2801 manata yüksəlib. Mərkəzi Bank gürcü larisinin kursunu 0,6464, Rusiya rublunu 0,0254 manata endirib, ABŞ dollarını isə yenə 1,7 manata satır (Məzənnələr). 20...
Yoxlamalar qaydasında nələr dəyişir?
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnaməyə dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin imzaladığı fərmanda yenilik insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraql...
Yeni sərəncamlar
Prezident İlham Əliyev sərəncam imzalayaraq vergilər naziri Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (general-mayor) xüsusi rütbəsi verib. 1976-cı il təvəllüdlü Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziridir. O, 2003-cü ildən Azərbaycanda İxracın və İnvestisiyalar...
Ermənistanın daxil olduğu blok təlimə başlayıb
Oktyabrın 10-u Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin birgə hərbi təlimi başlayıb. Novator.az-ın məlumatına görə, Edelveys poliqonunda keçirilən taktiki təlimə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üst-üstə 2000-ə yaxın hərbi ...
Hərrac məlumatları
Əmlak Məsələləri Dövlət Komitəsinin 9 oktyabr hərracında 10 dövlət əmlakı özəlləşdirilib. Rəsmi məlumata görə, Bakının Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazası (ümumi faydalı sahəsi 248,8 kvadratmetr) 45 min manata satılıb. Paytaxtın Bakıxanov qəsəbəsində ümumi faydalı sahəsi 57,8 kvadratmet...
Gündəlik hasilatla bağlı yeni hesabat
Energetika Nazirliyi sentyabr ayı üzrə hesabat yayıb. Rəsmi məlumatda ötən ay üzrə gündəlik neft hasilatı 796 min barrel göstərilir. Bunun 725 min barrelinin xam neft, 71 min barrelinin kondensat olduğu, gündəlik 599 min barrel xam neft, 71 min barrel kondensat, 7 min barrel neft məhsulları ixrac ed...
Məmməd İbrahimi yenə buraxmadılar
Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalmasından ötrü verilən vəsatətə baxılıb. Hakim Hüseyn Səfərov vəsatəti rədd edib. Prosesdə Ədliyyə Nazirliyinin İstintaq...
Jurnalisti öldürən tutulub
Bolqarıstanın hüquq mühafizə orqanları TVN televiziyasının inzibati direktoru və aparıcısı Viktoriya Marinovanın qətli ilə bağlı yeni məlumat yayıb. 1988-ci il təvəllüdlü jurnalistin meyiti oktyabrın 7-si Ruse şəhərində tapılıb. Jurnalistin başına zərbə vurulduğu, zorlandığı, sonra boğulduğu bildiri...
9 ayda qiymətlər nə qədər artıb?
Dövlət Statistika Komitəsi inflyasiya göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qe...
Sadələşdirilmiş vergi: nazir sui-istifadədən gileylənib
Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 9 oktyabr iclasında deyib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Onun sözlərinə görə, ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür. Novator.az bi...
Sərkisyanın partiyası Paşinyanın planına şərtlə razılaşdı
Sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası oktyabrın 9-u axşam bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Nikol Paşinyan istefa verəcəyi təqdirdə partiya baş nazir postuna namizəd irəli sürməyəcək. Növbədənkənar parlament seçkisinin ə...
Məzənnələr necə yenilənib?
Mərkəzi Bank oktyabrın 10-da avronun satış kursunu 1,9561 manata qaldırıb. Novator.az-ın məlumatına görə, ingilis funt sterlinqi (2,2373 manat), Rusiya rublu (0,0257 manat), türk lirəsi də (0,2789 manat) bahalaşıb. Gürcü larisinin rəsmi qiyməti 0,6468 manata düşüb, ABŞ dollarının məzənnəsi isə 1,7 m...
Tapşırıqlar, xəbərdarlıqlar
“Vergidən yayınmaya son qoyulmalıdır”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 oktyabr iclasına yekun vurarkən belə deyib. O qeyd edib ki, vergi və gömrük sistemində islahatlar böyük dəyişikliyə, müsbətə doğru dəyişikliklərə səbəb olur: “İslahatlar davam etdirilməlidir. Bu gün sahibkarları, ic...
Prezident: “Danışıqların formatı dəyişməz qalır”
Nazirlər Kabinetinin 9 oktyabr iclasında çıxış edən prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini vurğulayıb: “Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşüm olub. Doqquz ay ərzində 12 xarici səfər etmişəm, 15 dövlət və hökum...
Rəsmi: Ermənistandan köç azalır
Ermənistanın Ərazi İdarəçiliyi və İnkişafı Nazirliyinin Miqrasiya Xidməti yeni hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2018-ci ilin ilk 6 ayında ölkəni 25 min 649 nəfər tərk edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5204 nəfər azalma deməkdir. Ötən ilin ilk yarısında Erməni...
Hakimlər cəzalandırıldı
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Oktyabrın 9-da yayılan rəsmi məlumata görə, iclasda hakimlər barədə intizam icraatlarına baxılıb: “Qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Qaradağ Ra...
Ölkələrin iqtisadiyyatı: 2019-cu il proqnozları açıqlanıb
Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının icmalını yayaraq 2019-cu ilə proqnozlar verib. Novator.az-ın məlumatına görə, BVF 2019-cu ildə Azərbaycanda ümumi daxil məhsulun (ÜDM) 3,6% artmasını gözləyir. Gürcüstan və Ermənistan iqtisadiyyatının gələn il 4,8%, Rusiya iqtisadiyyatının 1,8% b...
Buraxılış və qəbul imtahanlarının yeni modeli
Ölkədə buraxılış və qəbul imtahanlarının yeni modeli açıqlanıb. Novator.az xəbər verir ki, yeni modeli Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə hazırlayıb. Bu modeli 2019-cu ildə tətbiq etmək nəzərdə tutulur. Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtaha...
Ermənistan: deputatlar parlamentin buraxılmasına çağırır
Oktyabrın 9-da Ermənistan parlamentinin 14 deputatı bəyanat imzalayaraq dekabr ayında növbədənkənar seçki keçirilməsinə tərəfdar olduqlarını açıqlayıblar. Onlar qeyd ediblər ki, baş nazir Nikol Paşinyan istefa verdikdən sonra həmin posta heç kim seçilməməli, parlament buraxılmalı, dekabr ayında qanu...