• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan Qarabağa gedib məzuniyyətə çıxdı

  • 02 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan noyabrın 1-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edib, işğalçı rejimin başçısı Bako Saakyanla bir araya gəlib.

Noyabrın 2-də isə Nikol Paşinyan “Facebook” səhifəsində açıqlama yayaraq qısamüddətli məzuniyyət götürdüyünü bəyan edib. Novator.az-ın məlumatına görə, o, gələn həftənin birinci günü işə çıxacağını vurğulayıb.

1975-ci il təvəllüdlü Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı aksiyalar keçirib. Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Oktyabrın 16-da o, növbədənkənar parlament seçkisinə yol açmaq üçün istefa verib, ancaq baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır.

Baş nazir istefa verdikdən sonra iki həftə ərzində hökumətin yeni başçısı seçilmədiyi üçün parlament konstitusiyanın hökmü ilə buraxılıb. Növbədənkənar parlament seçkisi dekabrın 9-da keçiriləcək.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Nazir Peyk Rabitəsi İdarəetmə Mərkəzinə baş çəkib

  • 02 Noyabr 2018
  • comments

Qarabağ mitinqinə niyə icazə verilmədi?

  • 02 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda