Xəbər
11 aylıq xarici ticarət
Azərbaycanın 11 aylıq xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 200 ölkə ilə ticarət aparılıb, 31,5 milyard dollarlıq ixrac, 15,8 milyard dollarlıq idxal rəsmiləşib, büdcəyə 5,7 milyard manat vəsait ...
Azərbaycandan neft alan ölkələr
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 15 milyard 99,9 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, İsrail, Hindistan, Almaniya, İspaniya, Çexiya, Türkiyə, Xorva...
“Qarabağ” yolunda
UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” 1/16 finalda (15-22 fevral 2024-cü il) Portuqaliyanın “Braqa” komandası ilə üz-üzə gələcək. Novator.az bildirir ki, 1925-ci ildə yaradılan “Braqa” 3 dəfə Portuqaliya kubokunu, 2 dəfə ölkənin liqa kubokunu qazanıb, 25 mövsüm UEFA-nın klub turnir...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Arsenal” 39 xalla öndədir. “Liverpul” və “Aston Villa” 38, “Mançester Siti” 34, “Tottenhem” 33 xal toplayıb. İspaniya çempionatına 42 xalla “Real” başçılıq edir. “Jir...
2024-cü ilin iş və istirahət təqvimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2024-cü ilin iş vaxtı normasını və istehsalat təqvimini təsdiqləyib. Təqvimə görə, 1, 2 yanvar Yeni il bayramı; 20 yanvar Ümumxalq Hüzn Günü; 8 mart Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart Novruz bayramı; 10, 11 aprel Ramazan bayramı; 9 may Faşizm Üzərində ...
Orta maaş hədləri
Dövlət Statistika Komitəsi 2023-cü il noyabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 921,1 manat (neft-qaz sektorunda 3491,7 manat, başqa sektorlarda 872,1 manat, dövlət müəssisələrində 886,8 manat, özəl müəssisələrdə 958,5 manat) göstərib. İqtisadi fəaliyyət növləri or...
Büdcənin icra statistikası
2023-cü ilin dövlət büdcəsində 33 milyard 890,5 milyon manat gəlir, 36 milyard 624,8 milyon manat xərc nəzərdə tutulur. İlkin hesabata görə, yanvar-noyabr aylarında büdcəyə 29 milyard 642 milyon manat daxil olub, büdcədən 29 milyard 155,2 milyon manat xərclənib. Novator.az Dövlət Statistika Komitəsi...
Demoqrafik hesabat
2023-cü il noyabrın 1-nə Azərbaycan əhalisinin rəsmi sayı 10 milyon 172 min 823 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-oktyabr aylarında 94671 doğulan, 50040 ölən, 44643 nikah, 17988 boşanma qeydə alınıb. 2022-ci ilin yanvar-oktyabr aylarına nəzərən doğumun 8,9 f...
Makroiqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabata görə, yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, bitkiçilik məhsulları istehsalı 2,8 faiz). Nəqliyyat sektorund...
Hakim partiya İlham Əliyevi seçir
Hakim Yeni Azərbaycan Partiyası dövlət başçısı İlham Əliyevi prezidentliyə namizəd göstərib. Qərar İdarə Heyətinin 15 dekabr iclasında qəbul olunub. Prezident seçkisi 2024-cü il fevralın 7-də keçiriləcək. Novator.az bildirir ki, 1961-ci il dekabrın 24-də doğulan İlham Əliyev ali diplomat təhsili alı...
Tofiq Yaqublu: ittihamlar üzə çıxır
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dekabrın 14-ü axşam siyasətçi Tofiq Yaqublunu tutub. “Turan”ın məlumatına görə, siyasətçi külli miqdarda ziyan vurmaqla dələduzluqda, rəsmi sənədləri saxtalaşdırmada və bilə-bilə saxta sənədlərdən istifadə etmədə şübhəli bilinir. Tofiq Yaqublunun Suraxanı...
24 ölkə, 64 komanda
UEFA Avropa Liqasının H qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” son oyununu keçirib. Dekabrın 14-ü Bakıda “Haken”lə (İsveç) görüşən komanda rəqibini üstələyib – 2:1. “Bayer” (Almaniya) – “Molde” (Norveç) matçında 5:1 hesabı qeydə alınıb. Novator.az bildirir ki, “Bayer” qrupda birinci yeri tutaraq...
Avropa yolunda
Gürcüstan dekabrın 14-də Avropa İttifaqı üzvlüyünə namizəd statusu alıb. Ölkə ittifaqa qoşulmaq üçün 2022-ci il martın 3-də rəsmi ərizə verib. Novator.az bildirir ki, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Moldova, Ukrayna, Bosniya və Herseqovina da namizəd statusundadır. Avropa ...
Akif Muradverdiyevə təzminat ödənəcək
Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 14-də sabiq məmur Akif Muradverdiyevin Azərbaycan dövlətindən şikayəti üzrə qərar elan edib. Qərara görə, sabiq məmurun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verib və ona 4 min avro təzminat ödənmə...
Həbs dalğası
Dekabrın 13-də tutulan “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalıya qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb. Hafiz Babalı “Abzas Media” internet nəşrinin əməkdaşı kimi də tanınır. Bu nəşrin direktoru Ülvi Həsənli və onu...
Miqrasiya pozuntuları, qərarlar
Dövlət Miqrasiya Xidməti 2023-cü ilin noyabr ayının statistikasını açıqlayıb. Qanunvericiliyin pozulması hesabatına görə, 465 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 504 qərar ölkədə yaşamağı qanuniləşdirib. 207 qərar ölkədən inzibati qaydada çıxarılmaqla cərimə tətbiqini, 564 qər...
Lirədə eniş
Azərbaycan Mərkəzi Bankı dekabrın 13-də 100 Türkiyə lirəsinin məzənnəsini 5 manat 85 qəpiyə endirib. 2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb. 2023-cü il də devalvasiya ilə keçir: yanvar 9 manat 7 qəpik, fevral 9 manat 4 qəpik, mart 9 manat, aprel 8 ma...
Seçki təqvimindən
2024-cü il fevralın 7-si Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Namizədlərin irəli sürülməsinə dekabrın 9-da start verilsə də, hələ rəsmi iddiaçı yoxdur. Azərbaycan ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququ olan, ağır cinayətə görə məhkum olunmayan, ...
“AzəriLayt” nə qədər ucuzlaşıb?
Energetika Nazirliyinin 13 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 77,82 dollara satılır. Novator.az bildirir ki, bu, ayın start qiymətindən 6,75 dollar aşağı göstəricidir. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,9...
Sərmayə və sənaye statistikası
Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-noyabr aylarında Azərbaycanda 15 milyard 725,9 milyon manat məbləğində, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz çox sərmayə rəsmiləşib, neft-qaz sektoruna yönəldilən vəsait 24,7 faiz, başqa sektorlara yönəldilən vəsait 12,5 faiz artıb. Başqa bi...