Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-noyabr aylarında Azərbaycanda 15 milyard 725,9 milyon manat məbləğində, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz çox sərmayə rəsmiləşib, neft-qaz sektoruna yönəldilən vəsait 24,7 faiz, başqa sektorlara yönəldilən vəsait 12,5 faiz artıb.
Başqa bir hesabata görə, müəssisələr və fərdi sahibkarlar yanvar-noyabr aylarında 60,8 milyard manatlıq, 2022-ci ilin eyni dövrünə nəzərən 1 faiz az sənaye məhsulu istehsal edib. Neft-qaz sektorunda məhsul istehsalının 1,9 faiz azaldığı, qeyri-neft/qaz sektorunda 7,8 faiz artdığı vurğulanır.