Xəbər
Rusiya: təhsil sahəsində nə qədər maaş alırlar?
Rusiyanın “RİA Novosti” agentliyi ölkənin təhsil sahəsində çalışan işçilərin maaşı ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Novator.az bildirir ki, araşdırmaya görə, Rusiyanın təhsil sektorunda 5,5 milyon nəfər çalışır. Tədqiqat zamanı bütün təhsil səviyyələrində (uşaq bağçasından ali məktəbə ...
Prezidentlik yarışındakı 39 nəfər
Ukraynada prezidentliyinə iddiaçıların 39 nəfərlik yekun siyahısı bəlli olub. Novator.az-ın məlumatına görə, ötən həftəsonu Xalq Nəzarəti Partiyasının lideri Dmitri Dobrodomov namizədliyini geri götürərək Vətəndaş Mövqeyi Partiyasının başçısı, deputat Anatoli Qritsenkoya dəstək verib. Daha əvvəl Lvo...
Çingiz və başqaları (“Avroviziya” təmsilçiləri)
Azərbaycanı “Avroviziya 2019” mahnı müsabiqəsində müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək. Novator.az bildirir ki, 1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. İlk on iş...
Azərbaycanın dövlət sərhədinə silahlı hücum: kiçik çavuş şəhid olub
Martın 10-u saat 06:50 radələrində Azərbaycan-İran sərhədində atışma olub. Hadisə Fizuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında baş verib. Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin yaydığı məlumata görə, silahlı sərhəd pozucuları İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edirmiş. Onlar Sə...
Avropa meydanlarında
Novator.az yenidən Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb. 30 oyundan sonra İngiltərə çempionatında “Mançester Siti” 74 xalla öndədir. “Liverpul” 73, “Tottenhem” 61, “Arsenal” 60, “Mançester Yunayted” 58 xal yığıb. 29 oyun keçirən “Çelsi”nin 57 xalı var. İspaniya çempio...
Neft hasilatının göstəriciləri
Energetika Nazirliyinin hesabatına görə, 2019-cu ilin fevralında Azərbaycanın gündəlik neft hasilatı 806 min barrel olub. Gündəlik 572,9 min barrel xam neft, 84 min barrel kondensat, 18 min barrel neft məhsulları ixrac edilib. Yanvarda gündəlik neft hasilatı 793 min barrel göstərilmişdi. Azərbaycan ...
Həftə ucuzluqla başladı
Mərkəzi Bank martın 11-də avronun kursunu 1,9097 manata endirib. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,6335 manat), Rusiya rublu (0,0257 manat) və Türkiyə lirəsi (0,3124 manat) ucuzlaşıb. ABŞ dollarının rəsmi qiyməti 1,7 manat həddində qalıb (Məzənnələr). 2015-ci il fevralın 21-də dolla...
Yardımçı vəzifələrdə maaş artımı
Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının aylıq maaşının minimum məbləği 165 manatdan 200 manata qaldırılıb. Prezident İlham Əliyevin bu barədə sərəncamı martın 1-dən tətbiq ediləcək. Yenilik minimum aylıq əməkhaqqının artırılması ilə bağlıdır. Martın 1-dən minimum aylıq əməkhaqqının məblə...
Problemli kreditlər: yeni rəqəm açıqlanıb
2019-cu il fevralın 1-nə ödəniş vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 569,4 milyon manata düşüb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank belə hesabat yayıb. Yanvarın 1-nə problemli kreditlər 1 milyard 585 milyon manat həddində idi. Prezident İlham Əliyevin 28 fevral fərmanı fiziki şəxslərlə 2...
Mərkəzi Bankın ən yeni hesabatları
Martın 7-də Mərkəzi Bank yeni hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, martın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 761,9 milyon dollar olub. Yanvarın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 622,5 milyon dollar, fevralın 1-nə 5 milyard 655,9 milyon dollar idi. Pul bazasın...
Avropa Məhkəməsi ölkəni məhbus fəala görə cərimələdi
Avropa İnsan Hüquqları Məhkəməsi gənc fəal İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti üzrə qərarını elan edib. Qərar İlkin Rüstəmzadənin 2013-cü ildə qaldırılan cinayət işi çərçivəsində həbsindən verdiyi şikayətə aiddir. Avropa Məhkəməsinin qərarına görə, İlkin Rüstəmzadənin həbsi üçün əsaslı şü...
Şamaxı səfəri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıya baş çəkiblər. Onlar zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar. Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evinə gedən İlham Əliyev və birinci xanım çay süfrəsi arxas...
Vergi ödəyicilərinin sayı açıqlanıb
2019-cu ilin yanvarında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9346 (1243 hüquqi şəxs, 8103 fiziki şəxs) olub, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,5 faiz çoxdur. Vergiler.az-ın məlumatına görə, qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 54,8 faizi regionların payına düşüb. Bununla da 1 ...
“Həsrətindəyəm”in təqdimatı keçirilib
Saatlı rayonunda yazıçı Firuzə Davudqızının “Həsrətindəyəm” kitabının təqdimat mərasimi keçirilib. Müəllifin sosial media meneceri Ayla İsgəndərli Novator.az-a bildirib ki, Firuzə Davudqızı həyat yoldaşının sağlamlığı ilə əlaqədar tədbirdə iştirak edə bilməyib: “Biz onun dərin minnətdarlığını təqdim...
İki nəfərə general poqonu verildi (Başqa təltiflər)
Martın 7-də prezident İlham Əliyev sərəncam imzalayaraq Daxili Qoşunların polkovnikləri Muradov İnqilab Heydər oğluna və Niftaliyev Səlim Cəfər oğluna general-mayor ali hərbi rütbəsi verib. Başqa bir sərəncamla leytenant Xudiyev Vilayət Yunus oğlu və əsgər Qasımov Elşən Oruc oğlu “İgidliyə görə” med...
Qadınlarla bağlı rəsmi arayış
Dövlət Statistika Komitəsi Qadınlar Günü ərəfəsində arayış yayıb. Novator.az-ın məlumatına görə, arayışda qeyd olunur ki, 2019-cu ilin əvvəlinə Azərbaycan əhalisinin 50,1 faizi və ya 4 milyon 999,1 min nəfəri qadınlar olub. Arayışa əsasən, ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poli...
Ermənistanda hansı nazirliklər qalır?
Martın 7-də Ermənistan hökuməti 5 nazirliyin ləğvi barədə layihəni qəbul edərək parlamentin müzakirəsinə göndərmək qərarı çıxarıb. Novator.az-ın məlumatına görə, birləşmələr hesabına nazirliklərin sayını 17-dən 12-yə düşürmək nəzərdə tutulur. Layihə reallaşsa, hökumət Xarici İşlər; Müdafiə; Ədliyyə;...
Hərbçi ali baş komandana dəstək verdi
Ukrayna prezidentliyinə iddiaçı Sergey Krivonos seçki yarışından çəkilib. Novator.az-ın məlumatına görə, Sergey Krivonos namizədliyini dövlət başçısı Pyotr Poroşenkonun xeyrinə geri götürüb. Hərbçi, Donbas müharibəsinin iştirakçısı olan Sergey Krivonos bəyan edib ki, müharibə gedən ölkədə ali baş ko...
Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq
Hüquqşünas Yalçın İmanov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadından şikayət verib. Novator.az-ın məlumatına görə, şikayətə aprelin 2-dən Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qə...
Borcların tənzimlənməsi: layihədə nələr var?
Milli Məclis özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il martın 1-nə olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi qanununu ilk oxunuşda qəbul edib. Qanunun 2019-cu il martın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Novator.az bildirir ki, layihəyə görə, dövlət əmlak...