Xəbər
ABŞ-da yeni müdafiə naziri
ABŞ-ın yeni müdafiə naziri Mark Esper and içərək səlahiyyətlərinin icrasına başlayıb. Onun namizədliyini Senat (parlamentin yuxarı palatası) iyulun 23-də təsdiqləyib. 2017-ci il yanvarın 20-dən ABŞ prezidenti olan Donald Trampın komandasında müdafiə naziri postunu əvvəlcə Ceyms Mettis tutub. 2019-cu...
Qubad İbadoğlu görüşlər keçirib
ABŞ-a ezamiyyətini başa vuraraq ölkəyə qayıdan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Bakıda siyasi görüşlər keçirib. 1971-ci ildə anadan olan Qubad İbadoğlu iqtisadçı alim, İqtisadi Tədqiqatlar Mərkəzinin qurucusudur. Uzun illər Müsavat Partiyasının öncül şəxslərindən olub...
Neft bazarından məlumat
Dünya birjalarında neft bahalaşıb. AZƏRTAC-ın 24 iyul məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 64,07 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 57,04 dollara yüksəlib. Bir qədər ucuzlaşan Azərbaycan nefti “AzəriLayt”ın barreli 65,25 dollara təklif olunur....
Avroda beşinci ucuzlaşma
İyulun 24-də avronun rəsmi kursu 1 manat 90 qəpikdən aşağı düşüb. Mərkəzi Bank bu valyutanı 1,8947 manata təklif edir. Avro bu il 25-29 aprel arası, mayın 3-də, 20-24 və 29-31 may arası 1 manat 90 qəpikdən ucuz satılıb. Nağdsız dövriyyəyə 1999-cu ildə buraxılan avro 2002-ci ildən real pul vahidi kim...
Macarıstanla əməkdaşlıq komissiyasında yenilik
Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın tərkibi yenilənib. Novator.az bildirir ki, prezident İlham Əliyevin 23 iyul sərəncamı ilə komissiyanın Azərbaycan tərəfdən həmsədri postu iqtisadiyyat nazirindən əmək və əhalinin sosial müdafiəsi nazirinə keçir...
Hakimlərin maaşı necə artır?
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək yenilik Ali Məhkəmənin sədrinin aylıq vəzifə maaşını (indi 2280 manatdır) Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərləşdirir. M...
Britaniyanın yeni lideri kimdir?
Boris Conson Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri seçilib. Novator.az-ın məlumatına görə, partiya rəhbərliyi iyulun 23-də belə rəsmi açıqlama yayıb. Ölkənin baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan bu il iyunun 7-də istefa verib. Partiyanın sədri vəzi...
Hərrac hesabatı
Əmlak Məsələləri Dövlət Komitəsinin 23 iyul hərracında 27 dövlət əmlakı özəlləşdirilib. Rəsmi məlumata görə, onların arasında yun tədarükü, emalı, yun sapların hazırlanması və əyrilməsi üzrə fəaliyyət göstərən “Yevlax Yun” Açıq Səhmdar Cəmiyyəti də var. Səhm paketi özəlləşdirilən dövlət əmlakının 40...
Rusiyada mühacirlər nə qədər artıb?
Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası Qaydar İnstitutu ilə birgə hesabat açıqlayıb. Novator.az bildirir ki, rəsmi bilgiyə görə, Rusiya 2019-cu ilin yanvar-aprel aylarında 98 min nəfər mühacir qəbul edib. 2018-ci ilin ilk dörd ayında ölkəyə gələn mühacirlərin sayı 57,1 min nəfər həddi...
Polisdən xəbərdarlıq, Qarabağ Komitəsindən yeni qərar
Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi 2018-ci il sentyabrın 29-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) “Qarabağa azadlıq!” devizi ilə sanksiyalaşdırılmış mitinq keçirib. Amma Bakı Şəhər İcra Hakimiyyəti k...
Şakir Yaqubovun yeni kitabı
Görkəmli jurnalist Şakir Yaqubovun “Bir az da futbol(umuz)dan” kitabı çapdan çıxıb. Novator.az-ın məlumatına görə, “3 saylı Bakı Mətbəəsi” ASC-də buraxılan kitabda jurnalistin dünya və Azərbaycan futbolunun bir çox nümayəndəsi haqqında oçerkləri, portret yazıları, dünya futbolunun və milli futbolun ...
Azərbaycanda müvəqqəti yaşamaq qaydası yeniləndi
Miqrasiya Məcəlləsinə dəyişikliklər prezidentin imzası ilə rəsmiləşib. Novator.az bildirir ki, məcəlləyə əlavə edilən yeni maddəyə əsasən, Azərbaycan vətəndaşlığı ilə yanaşı digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan ərazisində olduğu dövrdə Azərbaycan vətəndaşlığına xitam verildi...
Kurs hayanadır?
İyulun 23-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0270 manat) rəsmi məzənnələri sabit qalıb. Mərkəzi Bank dəyər itirən avronu 1,9027, Türkiyə lirəsini 0,2989 manata təklif edir. Gürcüstan larisinin kursu isə 0,5913 manata yüksəlib (Valyutalar). Dolların indiki qiyməti 2018-ci il martın 7...
Dövlət proqramının detalları
Prezident İlham Əliyev narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə proqramını təsdiqləyib. 2019-2024-cü illəri əhatə edən proqramın həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndi...
“Neftçi” və “Qəbələ”nin potensial rəqibləri
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən komandaların növbəti potensial rəqibləri bəlli olub. “Neftçi” ikinci mərhələdə (25 iyul-1 avqust) Rusiyanın “Arsenal” (Tula) klubu ilə, “Qəbələ” Gürcüstan paytaxtının “Dinamo” klubu ilə oynayacaq. Novator.az-ın məlumatına görə, iyulun 22-də üçüncü raundu...
Qurultay: ay bilinir, qalır gün
Müsavat Partiyasının 9-cu qurultayı 2019-cu ilin oktyabr ayında keçiriləcək. Novator.az-ın məlumatına görə, qərar Müsavat Məclisinin 20 iyul iclasında çıxarılıb. İclasda bəyan olunub ki, əksər rayon-şəhər təşkilatında yığıncaq və konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. Qurultay gününü...
AXCP üzvü həbsdə qaldı
Bakı Apellyasiya Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflini həbsdə saxlayıb. Asif Yusifli 2014-cü il noyabrın 25-dən həbsdədir. 2015-ci ildə məhkəmə onu dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7 il 6 ay müddətinə azadlıqdan məh...
Məhkəmə uzandı, məhbus aclığa başladı
İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə prosesi davam etdirib. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri ...
Püşk “Qarabağ” üçün mümkün rəqiblər seçdi
İyulun 22-də UEFA Çempionlar Liqasının üçüncü mərhələsinin püşkü atılıb. Novator.az bildirir ki, püşkün nəticəsinə görə, Azərbaycan təmsilçisi “Qarabağ”a ikinci mərhələdəki APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütlüyünün qalibi rəqib ola bilər. “Qarabağ” ikinci mərhələdə İrlandiyanın “Dandolk” kom...
Ukrayna seçkisindən yeni hesabat
Ukrayna prezidenti Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası iyulun 21-də keçirilmiş parlament seçkisində qalib gəlmək üzrədir. Novator.az-ın məlumatına görə, 450 yerlik parlamentin 225 deputatının seçildiyi proporsional sistemdə Xalq Xidmətçisi Partiyası 42,5% səslə öndə gedir. Ali ...