Xəbər
Təhlükəsiz şəhərlər: Bakı 86-cı yerdədir
Numbeo.com portalı ziyarət üçün təhlükəsiz şəhərlərin reytinqini açıqlayıb. Novator.az-ın məlumatına görə, Bakı 328 şəhərin salındığı siyahıda 86-cı yerdə göstərilir. Gürcüstanın paytaxtı Tbilisi 17-ci, Ermənistanın paytaxtı Yerevan 19-cu, Türkiyənin paytaxtı Ankara 140-cı, Rusiyanın paytaxtı Moskva...
Bakıda piketə cəhd
İyulun 17-si Bakıda, İran səfirliyi qarşısında Müsavatçı Gənclər Təşkilatının təşəbbüsü ilə sanksiyalaşdırılmamış piketə cəhd göstərilib. Novator.az-ın məlumatına görə, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib ki, gənclər təşkilatının sədri Elman Quliyev aksiya başlanm...
Orta maaş: Azərbaycan və…
Novator.az yenidən Azərbaycanın və yaxın ölkələrin orta maaş göstəricilərinə nəzər yetirib. Rəsmi hesabata görə, 2019-cu il iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 584 manata yaxınlaşıb. Ermənistanda həmin müddətə aylıq orta maaş 179,6 min dram (640 manat), Ukraynada 1...
Barışıq neçəyədir? (Nazirlər Kabinetinin qərarı)
Nazirlər Kabineti mediasiya xidmətinin göstərilməsi üzrə haqqın və digər xərclərin məbləğini təsdiqləyib. Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev “Mediasiya haqqında” qanunu bu il aprelin 3-də imzalayaraq tətbiqinə fərman verib. Novator.az-ın məlumatına görə, qanunla medi...
İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Şamaxıda xəstəxanaya yerləşdirilib. Məlumatı iyulun 17-də Novator.az-a sabiq nazirin qohumu verib. Onun sözlərinə görə, Şamaxıda istirahət edən İsgəndər Həmidovun səhhətində müəyyən gərginlik yarandığından həkimlər xəstəxana şəraitində müayinə və müalicəni ...
Ələkbərov ən varlı 59-cu iş adamıdır
Bloomberg.com dünyanın ən varlı iş adamlarının siyahısını yeniləyib. Novator.az xəbər verir ki, 500 nəfərin yer aldığı siyahıda Rusiyanın “Lukoyl” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 59-cu pillədə göstərilir. Onun 17,7 milyard dollar sərvəti var. 1950-ci ildə Bakıda anadan olan ...
17 iyul məzənnələri
İyulun 17-də xarici valyutaların çoxu ucuzlaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dəyər itirən avronu 1,9066, Çin yuanını 0,2470, Gürcüstan larisini 0,5954, İngiltərə funt sterlinqini 2,1114, Rusiya rublunu 0,0270 manata təklif edir. ABŞ dolları (1,7 manat) və BƏƏ dirhəminin (0,4628 manat...
Büdcədə yarım milyard manatdan çox kəsir var
2019-cu ilin yeni makroiqtisadi göstəriciləri açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ilin ilk yarısında ümumi daxili məhsul əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz, sənaye istehsalı 1,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 13 faiz artıb. Hesab...
23 min 684 nikah, 7 min 82 boşanma
Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2019-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,3 faiz artaraq iyun ayının 1-nə 10 milyon 13 min 133 nəfərə çatıb. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır. 5 ayda Ədliy...
Yoxlanış
Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanır. Mod.gov.az-ın məlumatına görə, iyulun 16-da hərbi hissələrdən birinə baş çəkən müdafiə naziri Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırl...
Hərrac yenilikləri
Əmlak Məsələləri Dövlət Komitəsinin 16 iyul hərracında 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəsmi məlumata görə, Bakının Kürdəxanı qəsəbəsində yerləşən kiçik dövlət müəssisəsi (faydalı sahəsi 87,4 kvadratmetr) 6 min 250 manata özəlləşdirilib. Paytaxtın Sabunçu qəsəbəsindəki qeyri-yaşayı...
Gürcüstanın ixracı 11,5% artıb
Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin yanvar-iyun ayları üzrə hesabat açıqlayıb. Novator.az bildirir ki, rəsmi məlumata əsasən, 2019-cu ilin ilk 6 ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% azalaraq 6 milyard dollar həndəvərində olub...
77 nəfər işə bərpa edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin birinci yarısında 77 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini aşkarlayıb. Xidmətin gördüyü tədbirlər nəticəsində həmin işçilərin əvvəlki işlərinə bər...
Türkiyədə 4,2 milyon işsiz var
İyulun 15-də Türkiyənin Statistika Qurumu işsizlik rəqəmləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2019-cu ilin aprel ayında işsizlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artaraq 4 milyon 202 min nəfərə çatıb. Bu, əmək qabiliyyətli əhalinin 13%-i deməkdir. Kiş...
Yaxın ölkələrlə alış-veriş
Novator.az Azərbaycanın yaxın ölkələrlə yarım illik rəsmi ticarət göstəricilərinə nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Türkiyəyə 1 milyard 233,8 milyon dollarlıq məhsul ixrac olunub. Rusiyaya 377,4 milyon dollarlıq, Gürcüstana 316,2 milyon dollar...
Xarici ticarət dinamikası
Dövlət Gömrük Komitəsi Azərbaycanın ixrac-idxal dinamikasını açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan 9 milyard 979 milyon dollarlıq məhsul ixrac olunub. İdxal 7 milyard 15,6 milyon dollar həddində rəsmiləşib. Yanvarın ixracı 1 milyard ...
Yarım ilin gömrük pozuntuları
Gömrük pozuntularının hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-iyun aylarında 311 qaçaqmalçılıq faktı, 206 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 12 aksiz markası olmadan mal idxal etmə faktı, 9 gömrük ö...
Piketə icazə verilməyib
Bakı Şəhər İcra Hakimiyyəti Müsavatçı Gənclər Təşkilatının piketinə razılıq verməyib. Partiyanın sözçüsü Mustafa Hacıbəylinin “Azadlıq” radiosuna dediyinə görə, aksiya İranla Ermənistanın birgə silah istehsalına qarşı keçirilməli idi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti gənclərə etirazlarını İran səfi...
Bank sektorunun göstəriciləri
Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu il iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən 30 bankın üst-üstə 29 milyard 654,4 milyon manat aktivi, 25 milyard 161,6 milyon manat öhdəliyi olub. Banklar üzrə ümumi...
Kurs hayanadır?
Mərkəzi Bank iyulun 16-da avronun məzənnəsini 1,9142 manata endirib. Gürcüstan larisi də ucuzlaşıb: 0,5981 manat. Dəyər artıran Rusiya rublu banklara 0,0271, Türkiyə lirəsi 0,2974 manata təklif olunur. ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində qalıb (Tam siyahı). Bu qiymət 2018-ci il martın 7-də...