Xəbər
Bakının sosial-iqtisadi göstəriciləri
Bakı Şəhər Statistika İdarəsi yeni göstəricilər açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında paytaxt sənayesində istehsalın və xidmətlərin həcmi əvvəlki ilin doqquz ayı ilə müqayisədə 0,3 faiz artaraq 29,6 milyard manat olub. Sənayedə qeyri-dövlət se...
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar
“Oqtay koma vəziyyətindədir, ağır durumda qalır”. Beyin əməliyyatı keçirmiş hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva oktyabrın 31-də “Azadlıq” radiosuna belə deyib. Oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada...
Yeni dollar qərarı
ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi oktyabrın 30-da banklara verilən borc üzrə faiz dərəcəsinin – uçot dərəcəsinin yuxarı həddini 2%-dən 1,75%-ə düşürüb. Novator.az-ın məlumatına görə, bu, 2019-cu ildə dolların üçüncü ucuzlaşmasıdır. Əvvəlki qərarlarda da 0,25%-li...
Aksiya xəbərdarlığı
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 2 noyabr aksiyası ilə bağlı xəbərdarlıq yayıb. Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək noyabrın 2-si saat 15-dən 17-dək paytaxtda mitinq keçirmək istədiyini bildirib. Aksiya üçün iki yerdən biri istənib: metronun “28 ...
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 30-u Bakıdakı “City Hospital” xəstəxanasında başından əməliyyat olunub. Əməliyyatın uğurla keçdiyi bildirilir. Hazırda Oqtay Gülalıyev reanimasiya şöbəsindədir. Oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi y...
Yenə Lökbatan
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 2 noyabr mitinqi ilə bağlı müraciətinə cavab verib. Mitinqin saat 15-dən 17-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilməsi məsləhət görülüb. Novator.az...
Mərkəzi Bankdan kredit və əmanət hesabatı
Oktyabrın 30-da Mərkəzi Bank yeni hesabatlar açıqlayıb. Novator.az-ın məlumatına görə, oktyabrın 1-nə kreditlərin məbləği 13 milyard 872,1 milyon manat, əmanətlərin həcmi 8 milyard 605,3 milyon manat göstərilir. Başqa bir hesabata əsasən, oktyabrın 1-nə 1 milyard 442,9 milyon manatlıq ödəniş vaxtı k...
Qızıldan irəli…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni ixrac icmalı açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında 1 milyard 413 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı qeydə alınıb. 9 ayda 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə...
Bakı müzakirələri
Oktyabrın 30-u Bakıda Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iclası keçirilib. İclasa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistanın müdafiə nazirləri, Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi və MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebede...
17 nəfər hələ cəza çəkir
Bakı Apellyasiya Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u paytaxtda keçirdiyi sanksiyasız aksiyadan qabaq tutulan AXCP sədrinin müavini Seymur Həzinin və həmin partiyanın üzvü Nicat Nizamovun 15 günlük inzibati həbs cəzalarını 30 günə qaldırıb. Seymur Həzi 15 sutkalıq cəzanı Xə...
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması hadisəsi ilə əlaqədar cinayət işi başlanıb. Oktyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsi bu haqda açıqlama yayıb. Açıqlamada deyilir ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin...
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Paytaxtdakı “Baku City Hospital” xəstəxanasına yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağırdır. Oktyabrın 29-u axşam saatlarında Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Avtomobilin sürücüsü Oqtay G...
Sabitlik və yeniliklər
Oktyabrın 30-da ABŞ dolları (1,7 manat), BƏƏ dirhəmi (0,4628 manat) və Səudiyyə Ərəbistanı rialının (0,4533 manat) rəsmi qiymətləri sabit qalıb. Mərkəzi Bank kursu dəyişməyən 100 İran rialını 0,0040 manata təklif edir. Novator.az-ın məlumatına görə, avronun məzənnəsi 1,8885, İngiltərə funt sterlinqi...
İstefa ərizəsi
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru Hafiz Paşayev prezident İlham Əliyevə ərizə ilə müraciət edib. APA-nın məlumatına görə, o, xarici işlər nazirinin müavini vəzifəsindən azad olunmasını istəyib. Hafiz Paşayev istefa ərizəsində göstərib ki, Azərb...
Erməni layihəsi dəstəkləndi
ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatası oktyabrın 29-da qondarma erməni soyqırımını tanıyan və pisləyən qətnamə qəbul edib. Novator.az bildirir ki, qətnamə layihəsini 405 konqresmen dəstəkləyib, 11 nəfər sənədin əleyhinə çıxıb, 3 nəfər bitərəf qalıb. Nümayəndələr Palatası 435 nəfərdən...
Məhkəmə cəzaları ikiyə vurdu
Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Seymur Həzi ilə bağlı yeni qərar qəbul edib. Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan iki gün qabaq Bakıda tutulan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb. Xətai Rayon Məhkəməsi onu xırda xuliq...
Tofiq Yaqublunun şikayətinə baxış təxirə düşdü
Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində müsavatçı, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şikayətinə baxış start götürüb. Novator.az-ın məlumatına görə, Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin proses zamanı qaldırdığı vəsatətlərin dəyərləndirilməsi...
“TED kimi danış” və “Şimal şəfəqi”
“Qanun” Nəşrlər Evinin yenicə çap etdiyi “TED kimi danış” və “Şimal şəfəqi” kitabları haqda məlumatları oxuculara təqdim edirik. Karmin Qallo “TED kimi danış” İdeyalar XXI əsrin valyutasıdır, özünüzü və ideyalarınızı satmaq arzularınızı həyata keçirməkdə sizə kömək edəcək ən möhtəşəm bacarıqdır...
Rektora “Şöhrət” ordeni
Prezident İlham Əliyev Heydər Əsədovu “Şöhrət” ordeni ilə təltif edib. Oktyabrın 29-da imzalanan sərəncamda təltif Heydər Əsədovun təhsilin inkişafında xidmətləri ilə əsaslandırılıb. Novator.az bildirir ki, Heydər Əsədov bu il aprelin 3-dən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. Oktyabrı...
Belçikada siftə
Belçikada baş nazir postu ölkənin tarixində ilk dəfə qadına həvalə olunub. Novator.az-ın məlumatına görə, kral Filipp oktyabrın 27-də Sofi Vilmesi hökumət başçısı postuna təyin edib. İslahatçı Hərəkat Partiyasının təmsilçisi olan Sofi Vilmes baş nazir postunda Şarl Mişeli əvəzləyib. 2014-cü ildən ba...