Xəbər
ABŞ-ın nüvə arsenalı: yeni rəqəmlər
ABŞ-ın “Bulletin of the Atomic Scientists” elm jurnalı ölkənin nüvə arsenalı barədə hesabat yayıb. Novator.az xəbər verir ki, hesablamaya görə, ölkənin döyüşə tam hazır 1750 nüvə başlığı var, 2050 nüvə başlığı isə ehtiyatdadır. Məhv edilmə üçün ayrılan 2000 nüvə başlığını da nəzərə alanda başlıqları...
Nazirin reydi
Mod.gov.az-ın 16 yanvar məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi hissələrdən birinə baş çəkib. Məruzə edilib ki, tikintisi qısa müddətdə sona çatdırılacaq qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər obyektlər hərbi qulluq...
Elçin Sadıqov cəzadan qurtuldu
Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqova qarşı intizam icraatına xitam verib. Novator.az-ın məlumatına görə, qərar yanvarın 15-də qəbul edilib. Elçin Sadıqovun fərdi fəaliyyətinin davam etdirilməsi barədə müraciəti də təmin olunub. İntizam icraatı ötən ilin payızında baş prokuroru...
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin hesabatı
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2019-cu ilin hesabatını verib. Rəsmi məlumata görə, ötən il idarə vətəndaşların 8447 müraciətinə baxıb, həmçinin 317 cinayət xarakterli materialı araşdırıb: “Həmin materialların 231-i üzrə cinayət işi başlanıb, 86 material üzrə digər proku...
“Son peyğəmbər” kitabı işıq üzü görüb
“Qanun” Nəşrlər Evi klassik Azərbaycan ədəbiyyatı irsindən Məhəmməd Əsəd Bəyin “Son peyğəmbər” əsərini çap edib. Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Məhəmməd peyğəmbərin uşaqlığı, gəncliyi və peyğəmbərliyi və islamın X yüzilliyin əvvəlindəki durumu g...
Neftin qiyməti, hasilat statistikası
London birjasında brent markalı neftin barreli 64,44 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 58,22 dollara satılır. Xəbəri yanvarın 16-da Energetika Nazirliyi yayıb. Novator.az bildirir ki, Azərbaycan nefti “AzəriLayt”ın barrelinə 66,93 dollar qiymət qoyulub. Azərbaycanın 2020-ci il...
Nazirin hesabatı, tapşırıqlar
“Elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun”. Prezident İlham Əliyev yanvarın 15-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşündə belə deyib. Nazir qeyd edib ki, Azərbaycanda 1500 “London taksisi” fəaliyyət ...
Rəsmi məzənnələr
Yanvarın 16-da avronun rəsmi məzənnəsi 1,8958 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank həmçinin Rusiya rublu (0,0277 manat) və Türkiyə lirəsini (0,2892 manat) bahalaşdırıb. ABŞ dollarının kursu dəyişməz qalıb: 1,7 manat. Dəyər itirən Gürcüstan larisi isə banklara 0,5913 manata sa...
9 fevral marafonu: 1396 namizəd var
Azərbaycan parlamentinə – Milli Məclisə seçilmək istəyən şəxslərin dairə seçki komissiyalarında qeydiyyatı yanvarın 16-da başa çatır. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının 15 yanvar hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə qatılan iddiaçıların 1396-sı rəsmən qe...
Medvedyevi kim əvəzləyir?
Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması yanvarın 16-da ölkənin yeni baş naziri ilə bağlı təqdimata baxacaq. Novator.az-ın məlumatına görə, prezident Vladimir Putin baş nazir postuna Mixail Mişustini namizəd göstərib. Yanvarın 15-də parlamentin yuxarı və aşağı palatalarının birgə iclasınd...
Prezident prezidentliyə qadağalar təklif edir
Yanvarın 15-də parlamentin yuxarı və aşağı palatalarının birgə iclasında – Federal Məclisdə çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına yeniliklər təklifi verib. Novator.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, ölkə ərazisində azı 25 il daimi yaşamamış, başqa ölkənin...
“Söyüdlü arx” və “Qadın kimi davran, kişi kimi düşün”
“Qanun” Nəşrlər Evinin çap etdiyi iki kitab haqda məlumatları oxucuların diqqətinə çatdırırıq. İlyas Əfəndiyev, “Söyüdlü arx” “Söyüdlü arx” yazıçının ilk romanıdır və oxucuların böyük sevgisi ilə qarşılanıb. Milli nəsrdə lirik-psixoloji təmayülün əsasını qoymuş bu əsər tezliklə tərcümə edilərə...
Azərbaycan yaxşı ölkələr siyahısında
ABŞ-ın “US News & World Report” jurnalı ən yaxşı ölkələrin siyahısını açıqlayıb. Pensilvaniya Universiteti və BAV Qrupu (hər ikisi ABŞ) ilə birgə hazırlanmış reytinq tərtib olunarkən əsasən siyasi, iqtisadi, sosial, turizm, mədəniyyət kimi sahələrdə vəziyyət nəzərə alınıb. Novator.az-ın məlumatı...
Hazırlıq iclası qərar verdi
Bakı Apellyasiya Məhkəməsində Müsavat Divanının üzvü, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə proses start götürüb. Novator.az-ın məlumatına görə, yanvarın 15-də keçirilən hazırlıq iclasında çəkişmə mərhələsi yanvarın 24-nə təyin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-...
Büdcənin icrası
Maliyyə Nazirliyi illik büdcə hesabatı açıqlayıb. Rəsmi məlumata görə, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 199,6 milyon manat, xərcləri 24 milyard 404,8 milyon manat olub. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 672,1 milyon manat, gömrük orqanlarının xətti ilə 4 mily...
Gələnlərin sayı 11 faiz artıb
Yanvarın 15-də Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Rəsmi məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, 2019-cu ildə ölkəyə daxil olan əcnəbilərin sayı əvvəlki illə müqayisədə 11 faiz, ölkədə müvəqqəti yaşayanların...
Ötən il nə qədər bahalaşma gedib?
Dövlət Statistika Komitəsi inflyasiya göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ildə istehlak qiymətləri 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, ...
099-la başlayan nömrələr satışa çıxdı
Mobil rabitə operatoru “Bakcell” 099 mobil prefiksini istifadəyə verib. Nömrələrin satışı yanvarın 15-dən başlayır. Rəsmi məlumata görə, ilkin mərhələdə “Bakcell” abunəçilərinə 099-la başlayan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmək imkanı veriləcək (Detallar). Azərbaycanda 050, 051, 055, 070...
Magistraturalara qəbulun yenilənmiş qaydaları
Nazirlər Kabineti ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını yeniləyib. Novator.az bildirir ki, sənədə görə, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər...
15-ci günün kursu
Mərkəzi Bank yanvarın 15-də bir çox valyutanı ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 1,8925, Çin yuanı 0,2466, Rusiya rublu 0,0276, Türkiyə lirəsi 0,2888 manata düşüb. ABŞ dollarının rəsmi kursu 1,7 manat səviyyəsində qalıb, dəyər artıran Gürcüstan larisi banklara 0,5916, İngiltərə funt s...