• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Medvedyevi kim əvəzləyir?

  • 16 Yanvar 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması yanvarın 16-da ölkənin yeni baş naziri ilə bağlı təqdimata baxacaq. Novator.az-ın məlumatına görə, prezident Vladimir Putin baş nazir postuna Mixail Mişustini namizəd göstərib.

Yanvarın 15-də parlamentin yuxarı və aşağı palatalarının birgə iclasında – Federal Məclisdə çıxış edən Vladimir Putin ölkə konstitusiyasına yeniliklər təklifi verib. Dövlət başçısı qeyd edib ki, parlamentin səlahiyyətləri artırılmalı, Dövlət Duması baş naziri, baş nazirin müavinlərini və federal nazirləri təsdiqləmək hüququ almalı, prezident parlamentdə təsdiqlənmiş şəxsləri dərhal təyin etməyə borclu olmalıdır.

İclasdan sonra Dmitri Medvedyevin baş nazirlik etdiyi hökumət istefaya gedib. Bu, prezidentə ana qanuna yeniliklər təklifi istiqamətində fəaliyyət imkanı vermək niyyəti ilə əsaslandırılıb.

Prezident istefanı qəbul edərək baş nazir postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb. Mixail Mişustin 1966-cı ildə paytaxt Moskvada doğulub. Moskva Dövlət Texnologiya Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri doktorudur.

1998-ci ildən vergi, daşınmaz əmlakın kadastrı orqanlarında çalışıb, bir müddət Xüsusi İqtisadi Zonaların İdarəçiliyi Agentliyinə başçılıq edib. 2010-cu ildən Federal Vergi Xidmətinin rəhbəridir.

Dmitri Medvedyevə isə Vladimir Putin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib. Bu şuranın sədri postu prezidentə məxsusdur.

1965-ci il təvəllüdlü Dmitri Medvedyev 1999-cu ildən mərkəzi hakimiyyət orqanlarında çalışır. 2005-ci ilin noyabrından baş nazirin birinci müavini olub, sonra baş nazir kürsüsünə gətirilib. 2008-2012-ci illərdə Rusiya prezidenti olub, 2012-ci ildə yenidən baş nazir təyin edilib.

Vladimir Putin 1952-ci ildə doğulub. 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir olub. 2012-ci ildən yenidən prezidentdir. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

Reportyorlar (56)

  • 15 Yanvar 2020
  • comments

9 fevral marafonu: 1396 namizəd var

  • 16 Yanvar 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda