Xəbər
Qiymət, hasilat
Energetika Nazirliyinin 7 may məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 64,94 dollara satılır. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13 dollarla başlayıb. İxracatçıların ...
“Avroviziya”da çıxış ardıcıllığı
İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-nə, ikinci yarımfinalı mayın 15-nə, finalı mayın 17-nə təyin olunub. Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və İtaliya yarımfinaldan azaddır. Hər yarımfinaldan finala 10...
Həmin kurs
Azərbaycan Mərkəzi Bankı mayın 7-də ABŞ dollarının məzənnəsini 1,7 manatda saxlayıb, sabitliyin 7 il 2 ayı tamamlanıb. 2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Manat valyuta hərraclarında qorunur. Dövlət...
Almaniyada yeni hökumət
Almaniyada yeni hökumətin qurulması başa çatıb. Mayın 6-da parlament Xristian Demokrat İttifaqının lideri Fridrix Mertsi hökumət başçısı – kansler seçib, ardınca prezident Frank-Valter Ştaynmayer kabinet üzvlərini təyin edib. Hökuməti 630 nəfərlik Bundestaqda ümumilikdə 328 mandatı olan Xristian Dem...
Ermənistanın istehlak bazarı
Apreldə Ermənistanın istehlak bazarı 2024-cü ilin eyni ayına nəzərən 3,2 faiz bahalaşıb. Statistika Komitəsi ərzaq və spirtsiz içkilərdə qiymət artımını 5,2 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,1 faiz, kommunal xidmətlərdə 0,9 faiz göstərir. Hesabata görə, təhsil sahəsində qiymətlər 7,8 f...
Şuşadakı şəhidlər məzarlığı: daha bir müraciət
Şuşa rayonundan olan bir qrup şəhid ailəsi və qazi prezident İlham Əliyevə müraciət edib. Baş nazir Əli Əsədov, Milli Məclisin Şuşa-Ağdam-Xocavənd dairəsindən deputatı Polad Bülbüloğlu, prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova da ünvanlanan müraciətdə qeyd olunur ki, Şuşa şəhərin...
Türkiyə və Gürcüstanda qiymətlər
Apreldə Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 37,86 faiz artıb. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 121-də bahalaşma, 18-də ucuzlaşma qeydə alınıb, 4-də qiymət dəyişməyib. Azərbaycan Mərkəzi Bankı mayın 5-də 100 Türkiyə lirəsini 4 ma...
Futbol aləmində
Avropanın aparıcı milli futbol çempionatlarının üçündə qalib məlumdur. Fransada PSJ, İngiltərədə “Liverpul”, Almaniyada “Bavariya” qızıl medalları erkən təmin edib. İspaniya çempionatında “Barselona” 79, “Real” 75, “Atletiko” 67, “Atletik” 61, “Vilyarreal” 58, “Betis” 57 xal götürüb. İtaliya çempion...
Prezident seçkisi ikinci tura qaldı
Rumıniyada mayın 4-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, 11 nəfərin yarışdığı birinci turda müxalif Rumınların Birliyi Alyansından Corce Simion 41 faizə yaxın, müstəqil namizəd Nikuşor Dan 21 faizə yaxın səs toplayıb. Onlar mayın 18-nə təyin olunmuş ikin...
Media azadlığı indeksi
Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı indeksi açıqlayıb. 180 ölkənin yer aldığı reytinq siyahısında Estoniya 2-ci, Litva 14-cü, Latviya 15-ci pillədə göstərilir. Ermənistan 34-cü, Moldova 35-ci, Ukrayna 62-ci, Gürcüstan 114...
“Qarabağ” yeni yolda
UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünə 83 komandanın buraxılması gözlənir. Azərbaycan təmsilçisi “Qarabağ” turnirə çempionlar yolunun birinci mərhələsində başlamalıdır. Komandanın mümkün rəqiblərindən bunlar bəllidir: “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya 1999” (Gürcüstan...
Valyuta statistikası
Azərbaycan Mərkəzi Bankı mayın 1-nə valyuta ehtiyatını 11 milyard 62,5 milyon dollar göstərib. 2025-ci il 10 milyard 959,5 milyon dollarla başlamışdı. Statistikaya görə, 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard...
Beşlikdə üçlük
Avropanın aparıcı milli futbol çempionatlarının ikisində qalib məlumdur. Fransada PSJ, İngiltərədə “Liverpul” qızıl medalları erkən təmin edib. İspaniya çempionatında “Barselona” 76, “Real” 72, “Atletiko” 66, “Atletik” 60, “Vilyarreal” 55, “Betis” 54 xal götürüb. İtaliya çempionatında “Napoli” 74, “...
Ən çox qoyulan adlar
2025-ci ilin ötən dövründə Azərbaycanda doğulmuş 336 qıza Zəhra adı qoyulub, Zeynəb adı 308, Melisa adı 307 uşağa məsləhət görülüb. Ədliyyə Nazirliyinin təqdim etdiyi populyar adların ilk onluğunda Məryəm (295 uşaq), Nilay (289), Ayla (287), Aylin (262), İnci (255), Alisa (219), Miray (197) adları d...
Mehmanxana biznesinin durumu
Dövlət Statistika Komitəsi bildirir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan mehmanxanalarında 868,3 min gecələmə keçirilib, bunun 58,2 faizi Bakıda, 10 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 1...
Bank hesabatı
Mərkəzi Bankın hesabatına görə, 2025-ci il aprelin 1-nə Azərbaycanda 27 milyard 877,1 milyon manat kredit, 15 milyard 44 milyon manat əmanət rəsmiləşib. Fəaliyyətdə olan 22 bankın cəmi aktivləri 54 milyard 855,6 milyon manat, cəmi öhdəlikləri 47 milyard 960,7 milyon manat, qaytarılma vaxtı keçmiş kr...
“Qarabağ” möhürü
Azərbaycan milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2024-2025 mövsümünün qalibi müəyyənləşib: “Qarabağ” sona 4 oyun qalmış zirvəni təmin edib. Bu, Ağdam təmsilçisinin 12-ci çempionluğudur. 1992-ci ildən başlayaraq milli çempionatda daha 7 komanda qızıl medallara sahib çıxıb: “Neft...
Finalçılar
Futbol üzrə Azərbaycan kubokunun 2024-2025 mövsümündə finalçılar müəyyənləşib. Mayın 31-nə təyin olunmuş finalda “Qarabağ” və “Sabah” üz-üzə gələcək. Kubokun sahibi 2025-2026 mövsümündə UEFA Avropa Liqasında oynamaq hüququ əldə edir. 1992-ci ildən başlayaraq “Qarabağ” 8, “Neftçi” 6, “Kəpəz” 4, “Bakı...
Aylar üzrə ixrac-idxal
Azərbaycanın Dövlət Gömrük Komitəsi 2025-ci ilin ilk rübü üzrə ixracı 6,4 milyard dollara yaxın, idxalı 5,7 milyard dollara yaxın göstərib. Aylar üzrə statistika belə rəsmiləşib: yanvar – 3 milyard 38,4 milyon dollarlıq ixrac, 2 milyard 52,2 milyon dollarlıq idxal; fevral – 1 milyard 728...
7,25 faiz qərarı dəyişmədi
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25 faizdə saxlayıb. Qərar aprelin 23-də açıqlanıb. Rəsmi qrafikə görə, növbəti qərarlar bu tarixlərdə təqdim ediləcək: 11 iyun, 23 iyul, 10 sentyabr, 22 oktyabr, 10 dekabr. Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir...