• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ” yeni yolda

  • 02 May 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünə 83 komandanın buraxılması gözlənir. Azərbaycan təmsilçisi “Qarabağ” turnirə çempionlar yolunun birinci mərhələsində başlamalıdır. Komandanın mümkün rəqiblərindən bunlar bəllidir: “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya 1999” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya), “Virtus” (San Marino).

Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, sonrakı üç mərhələdə ələnənlər Avropa Liqasına köçür. Liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.

Turnir 2025-ci il iyulun 8-də start götürür. Final 2026-cı il mayın 30-na (Budapeşt) təyin olunub.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.

Komanda 11 mövsüm UEFA-nın klub turnirlərinin əsas mərhələlərində yarışıb, iki mövsüm Konfrans Liqasının 1/16 finalına, bir mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

6 mövsümdə “Qarabağ”la oynamış komanda finala çıxıb: Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnərək turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası finala çıxıb; Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) kuboku başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı turnirin qalibi olub; Avropa Liqasının 2023-2024 mövsümündə “Qarabağ”a həm qrupda, həm də 1/8 finalda rəqib olmuş “Bayer” (Almaniya) finalda yer alıb.

Avropa Liqasının 2024-2025 mövsümünün liqa raundunda “Qarabağ”a rəqib olmuş “Tottenhem” (İngiltərə) və “Bode-Qlimt” (Norveç) komandalarından birinin finala çıxacağı dəqiqləşib.

2008-ci ildən “Qarabağ”a Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub, “İnter”də idman direktoru, “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.

Qurban Qurbanov 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.

Valyuta statistikası

  • 01 May 2025
  • comments

150 ilin adamı – Adil müəllim…

  • 02 May 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda