Xəbər
Büdcənin yarım ili
Maliyyə Nazirliyi 2020-ci il büdcəsinin yanvar-iyun aylarında necə icra olunduğunu açıqlayıb. Hesabata görə, yarım ildə dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat, xərcləri 11 milyard 730,8 milyon manat olub, 291,9 milyon manat məbləğində artıqlıq yaranıb. İqtisadiyyat Nazirliyi yanında...
İşlə təminat hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, 2020-cu ilin yanvar-iyun aylarında Dövlət Məşğulluq Agentliyi 54 min 137 nəfər işsiz və işaxtaranı münasib işlə təmin edib. Hesabata görə, 12 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, 3500 nəfər proqrama cəlb olunub,...
Su müşavirəsi
AZƏRTAC -ın məlumatına görə, iyulun 23-də prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş video-müşavirə keçirilib. Novator.az bildirir ki, bu il aprelin 15-də sərəncam imzalayan prezident İlham Əliyev ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi...
Cinayət işləri, inzibati cəzalar, naməlumlar
AXCP 14-15 iyul aksiyası dalğasında tutulan şəxslərin siyahısını yayıb. İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub. İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçiri...
Nəqliyyatsızlıq…
Dövlət Statistika Komitəsi nəqliyyat sektorunun yarım illik göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar-iyun aylarında yük və sərnişin daşınması ötən ilin ilk yarısına nəzərən 14,1 və 28,7 faiz azalıb: “Yarım ildə daşınan yüklərin 3,2 faizi dəniz, 7,5 ...
Yaşar Türkazər vəfat edib
Müsavat Partiyasının fəalı Yaşar Türkazər vəfat edib. Müsavat başqanı Arif Hacılı bu itki ilə əlaqədar yaydığı açıqlamasında Yaşar Türkazəri Azərbaycan xalq hərəkatının və Müsavat Partiyasının əfsanəvi simalarından biri, həyatı boyu Azərbaycanın azadlığı, bütövlüyü uğrunda mübarizə aparmış bir şəxs ...
Operativ qərargahın 22 iyul hesabatı
Nazirlər Kabineti yanında operativ qərargahın 22 iyul məlumatına görə, Azərbaycanda daha 391 nəfər koronavirus infeksiyasına yoluxub, 9 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 28633 nəfər göstərilir: onların 385-ı dünyasını dəyişib, 7805-i aktiv xəstədir. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq ...
İnsan alverinə qarşı plan təsdiqlənib
İyulun 22-də sərəncam imzalayan prezident İlham Əliyev Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair milli fəaliyyət planını təsdiqləyib. 2020-2024-cü illəri əhatə edən planda nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirmək Daxili İşlər Naz...
Prezident jurnalistləri mükafatlandırdı
İyulun 22-də prezident İlham Əliyev milli mətbuatın 145 illik yubileyi münasibətilə bir sıra sərəncamlar imzalayıb. Kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Xəlilova Flora Fətula qızına, İsmayılov Dağbəyi Mirzəxan oğluna və Qasımova Tünzalə Yusif qızına Azərbaycan Respublikası...
Cəbhəçinin oğluna koronavirus işi açılıb
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu cinayət məsuliyyətinə cəlb olunub. Novator.az bildirir ki, Məmməd İbrahim 2015-2019-cu illərdə həbsdə olub. O, 2015-ci ilin sentyabrında tutulub, üç nəfəri döymək ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci il sentyabrın...
Anar Kərimov vəzifə başında
Mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Anar Kərimov vəzifə başına keçib. İyulun 20-də fərman imzalayan prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin əsasnaməsini yeniləyib, nazirin birinci müavinlərinin sayı birdən ikiyə çatdırılıb. Dövlət başçısının eyni gündə verdiyi sərəncamlarla Anar Kəri...
46 dollar həndəvərində
Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinin qiyməti 45,74 dollara yüksəlib. Energetika Nazirliyinin 22 iyul məlumatında belə deyilir. Açıqlamaya görə, London birjasında brent markalı neftin bir barreli 44,12 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 41,68 dollara satılır. Novato...
“Torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”
İyulun 21-i Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edən prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böy...
13 xəstə vəfat edib
Azərbaycanda daha 352 nəfər koronavirus infeksiyasına yoluxub, 13 xəstə vəfat edib. İyulun 21-də belə məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 28242 nəfər göstərir: onların 376-sı dünyasını dəyişib, 7927-si aktiv xəstədir. 2019-cu ilin dekabrında Çində üzə ...
Aksiya məhbuslarının sayı artdı
14-15 iyul aksiyasına görə həbs edilən AXCP üzvlərinin sayı artıb. İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir çox hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, eləcə də bir mülki şəxs şəhid olub. İyulun 14-ü axşamdan pa...
Şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillər verilib
İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev təqdimat mərasimində iştirak edib.
Ermənistanın pilotsuz uçuş aparatları məhv edilib
İyulun 21-i Ermənistan Silahlı Qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyinin məlumatına görə, cəhdlərin biri gecə vaxtı cəbhənin Ağdam rayonu istiqamətində, digəri səhər çağı Ermənistan-...
Ali Məhkəmə məcburi müalicəni haqlı saydı
Ali Məhkəmə AXCP fəalı Aqil Hümmətovun şikayəti üzrə qərar çıxarıb. Sosial şəbəkələrdə hakimiyyəti tənqid edən Aqil Hümmətov bu il martın 30-da tutularaq Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Aprelin 1-də Sabunçu Rayon Məhkəməsi onun ruhi xəstə olmadığını əsas gət...
Naxçıvanın sosial-iqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri açıqlanıb. Novator.az bildirir ki, yerli Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin ilk yarısında muxtar respublikada 1,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2019-cu ilin eyni dövrünə nəzərən müqay...
Müdafiə Xətti: Rüfət Səfərov rəhbər seçilib
Bir qrup hüquqçu və ictimai fəal yeni hüquq müdafiə təşkilatı yaradıb: Müdafiə Xətti. İyulun 20-də elan edilən qurumun təsisçiləri Rüfət Səfərov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və Təzəxan Mirələmlidir. Təsisçilərin yığıncağında Rüfət Səfərov Müdafiə Xəttinin...