Nazirlər Kabineti yanında operativ qərargahın 22 iyul məlumatına görə, Azərbaycanda daha 391 nəfər koronavirus infeksiyasına yoluxub, 9 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 28633 nəfər göstərilir: onların 385-ı dünyasını dəyişib, 7805-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 172 nəfər koronavirusun qurbanı olub.