Xəbər
Şimali Kipr: seçim ikinci tura qaldı
Şimali Kipr Türk Respublikasında prezident seçkisi ikinci tura qalıb. Novator.az-ın məlumatına görə, oktyabrın 11-də keçirilmiş ilk tura qatılan 11 namizədin heç biri 50 faiz səs həddini aşmayıb. 32,3 faiz səslə önə çıxan baş nazir Ersin Tatar və 29,8 faiz səs yığan prezident Mustafa Akıncı oktyabrı...
Atəş səngimir
Baş Prokurorluğun son hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12-dək 41 mülki şəxs həlak olub, 207 nəfər xəsarət alıb, 1185 yaşayış evi, 57 çoxmənzilli bina, 148 mülki obyekt dağılıb. 1988-ci i...
Millətlər Liqasında durum
UEFA Millətlər Liqasının qrup mərhələsində üçüncü tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, A divizionunun 1-ci qrupunda İtaliya; 2-ci qrupunda İngiltərə; 3-cü qrupunda Portuqaliya; 4-cü qrupunda İspaniya liderlik edir. Qrupların qalibləri 2021-ci ilin oktyabrına təyin olunan final mərhələsinə ...
Seçkidə müxalif partiya önə çıxdı
Vətən İttifaqı – Xristian Demokratlar Partiyası Litvada oktyabrın 11-də keçirilmiş parlament seçkisində önə çıxıb. Novator.az bildirir ki, Baş Seçki Komissiyasının ilkin hesabatına görə, müxalif qurum 24,7% səs toplayıb. Hakim Kəndlilər və Yaşıllar İttifaqı 17,5% səslə ikinci, Əmək Partiyası 9,4% sə...
Rəhmanın uduşu
Tacikistanda oktyabrın 11-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası beş namizədin qatıldığı marafonda dövlət başçısı, Xalq Demokrat Partiyasının lideri İmaməli Rəhmanın 90,9% səslə önə çıxdığını bəyan edib. İmaməli Rəhman ...
Cəbhədə vəziyyət
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, oktyabrın 12-nə keçən gecə cəbhə boyu gərgin vəziyyət hökm sürüb, Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın cəhdləri göstərib: “Düşmənin xeyli canlı qüvvəsi, 3 ədəd BM...
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
“Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür”. Bunu prezident İlham Əliyev “Tvitter” hesabında yazıb. Dövlət başçısı bildirib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Prezi...
Müdafiə Nazirliyinin bəyanatı
Oktyabrın 11-də Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: “Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir. Oktyabrın 10-u və 11-i tarixl...
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Ermənistan silahlı qüvvələri oktyabrın 11-i gecə saat 4 radələrində Azərbaycanın Mingəçevir şəhərinə raketlər buraxıb. Baş Prokurorluğun açıqlamasına görə, düşmən raketləri atarkən Mingəçevirdəki İstilik Elektrik Stansiyasını hədəfə alıb. Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri raketl...
Düşmən Gəncəni raketlə vurub
Oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri Gəncə şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Son məlumata görə, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. 1988-ci il...
İki oyun, bir hesab
UEFA Millətlər Liqasının qrup mərhələsində üçüncü tur start götürüb. Novator.az-ın məlumatına görə, C divizionunun 1-ci qrupunda yarışan Azərbaycan milli komandası oktyabrın 10-u səfərdə Monteneqro yığmasına 2 cavabsız topla uduzub. Lüksemburq – Kipr oyununda da eyni hesab qeydə alınıb – 2:0. Üç tur...
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Oktyabrın 10-da prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Bakıda birgə mətbuat konfransı keçiriblər. AZƏRTAC-ın məlumatına görə, Hikmət Hacıyev bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya xa...
Eldar Həsənov – 65
Hüquqşünas, dövlət xadimi, alim, diplomat Eldar Həsənovun 65 yaşı tamam olur. Novator.az bildirir ki, Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulub, orada orta təhsil alıb. 1977-ci ildə Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisas...
Razılaşma
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Zöhrab Mnasakanyan oktyabrın 9-u Moskvada bir araya gəliblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə keçirilən görüş 11 saata yaxın çəkib. Oktyabrın 10-na keçən gecə başa çatan görüşdə atəşkəs razılığı əldə o...
Prezident İlham Əliyevin xalqa müraciəti
Oktyabrın 9-da prezident İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC-a istinadla müraciətin videosunu və mətnini təqdim edirik. – Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İş...
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsini və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib. Novator.az-ın məlumatına görə, bunu oktyabrın 9-da prezident İlham Əliyev xalqa müraciətində bildirib. 1988-ci ildə Azərbaycana qarşı...
“Bu, Ermənistanın növbəti təxribatıdır”
“Ermənistan guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raketlə zərbə endirilməsi barədə xəbərlər yayıb. Biz bu xüsusda dünya xristianlarının həssas hisslərinə böyük hörmətlə yanaşırıq. Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan bu mövzuda manipulyasiya və dezinformasiya aparır. Ermənistan...
Aclıqla mübarizə Nobelə layiq bilindi
Oktyabrın 9-da Norveç Nobel Komitəsi 2020-ci ilin sülh mükafatı laureatının adını açıqlayıb. Novator.az bildirir ki, Nobel sülh mükafatı BMT-nin Dünya Ərzaq Proqramına qismət olub. Dünyanın ən böyük humanitar təşkilatı sayılan Dünya Ərzaq Proqramının aclıq təhlükəsi ilə mübarizəyə görə mükafata layi...
Atəş altında
Baş Prokurorluğun 9 oktyabr hesabatına görə, sentyabrın 27-dən bəri erməni silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 164 nəfər yaralanıb, 142 mülki obyekt və 1054 yaşayış evi zərər çəkib. 1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan...
Müdafiə Nazirliyinin döyüş hesabatı
Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 8-i günün ikinci yarısından 9-u səhərədək bütün cəbhə boyu gərgin döyüşlər davam edib: “Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyət...