Xəbər
Büdcə zərfi prezidentə göndərilib
2021-ci ilin dövlət büdcəsinin layihəsi və zərfə daxil olan başqa sənədlər prezidentə göndərilib. Qərar Nazirlər Kabinetinin 23 sentyabr iclasında qəbul edilib. Rəsmi məlumata görə, iclasa sədrlik edən baş nazir Əli Əsədov xərclərin səmərəliliyinə və qənaətə çağırıb: “Büdcə təşkilatları cari xərclər...
Rusiyada Qarabağ çağırışı
Rusiya səfərində olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Milli Məclisin sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsi bölgənin inkişafına ciddi maneələr yaradır: “Azərbaycan münaqişənin dinc...
Balaxanıda
Prezident İlham Əliyev sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olub. Xəbəri AZƏRTAC yayıb.
7,4 milyon aktiv xəstə var
Beynəlxalq statistikaya görə, dünyada 7,4 milyon aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, ABŞ 2,5 milyon xəstə ilə ilk sırada durur. Hindistanda 972,8 min, Braziliyada 511,5 min, Fransada 343,1 min nəfər koronavirusdan müalicə alır. Yaxın ölkələr aktiv xəstə sayına görə belə sıralanır:...
And içdi
Altıncı dəfə Belarus prezidenti kürsüsünə sahib çıxan Aleksandr Lukaşenko sentyabrın 23-də rəsmən and içib. Novator.az-ın məlumatına görə, paytaxt Minskdəki İstiqlaliyyət sarayında keçirilən andiçmə mərasiminə parlamentin deputatları, dövlət rəsmiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ...
Fərman: doğum və ölüm şəhadətnamələri elektronlaşır
Sentyabrın 23-də prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsinə fərman verib. Sənədə görə, doğumun və ölümün dövlət qeydiyyatı bunlar təmin edilməklə elektron qaydada həyata keçiriləcək: doğumun və ölümün qeydə ...
Şərti düşmən hədəfləri məhv edilib
Azərbaycan Ordusunun raket və artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Müdafiə Nazirliyinin 23 sentyabr məlumatına görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəal...
Navalnı sağaldı
Rusiyalı siyasətçi Aleksey Navalnı sentyabrın 22-də Almaniyanın paytaxtı Berlindəki “Şarite” klinikasında müalicəsini başa vurub. Novator.az-ın məlumatına görə, klinikadan buraxılan siyasətçinin səhhətinin yaxşı olduğu açıqlanıb. Aleksey Navalnı bəyan edib ki, həkimlər ona gəzmək, ailə ilə vaxt keçi...
Hasilat və qiymət hesabatı
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin rəsmi hesabatına görə, hasilat ötən ilin səkkiz ayı ilə müqayisədə təxminən 1,8 milyon ton az olub. Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixrac edildi...
Yeni agentlik nə iş görəcək?
Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmasına fərman verib. Sentyabrın 22-də imzalanan sənədə görə, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilib. Fərman 2019-cu il yanvarın 14-...
İtalyanlar parlamenti qayçıladı
İtaliyada sentyabrın 20-21-də keçirilmiş konstitusiya referendumunun nəticələri açıqlanıb. Novator.az bildirir ki, rəsmi məlumata əsasən, referenduma qatılanların 69,96%-i, 18 milyona yaxın seçici parlamentin aşağı və yuxarı palatalarının ixtisarına dəstək verib. Yeniliyə görə, aşağı palatada deputa...
“Pikap” tipli avtomobilləri postlarda niyə saxlayırlar?
Son günlər “Pikap” tipli avtomobillər Yol-Patrul Xidməti (YPX) postlarında saxlanır. Sentyabrın 22-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bunun səbəbinə aydınlıq gətirib. Novator.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi bəyan edib ki, “Hərbi nəqliyyat vasitələrinin uç...
Müdafiə Nazirliyi: döyüş vərdişləri təkmilləşdirilir
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər. Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli tex...
Tanışlıq
Sentyabrın 22-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkəyə yeni gətirdiyi təcili tibbi yardım avtomobilləri ilə tanış olublar. Xəbəri AZƏRTAC yayıb. Arayışa görə, yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kim...
Girova yenə razılıq verilmədi
Sentyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində diplomat Eldar Həsənovun şikayətinə baxılıb. Novator.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr qərarından verilmiş şikayət təmin olunmayıb. Nəsimi Rayon Məhkəməsi sentyabrın 12-də Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin götür...
Hakimiyyətdən umacaqlar
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin 21 sentyabr toplantısında ölkədəki səfərbərlik, müharibəyə hazırlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, ordunun döyüş qabiliyyətinin artırılması ilə yanaşı xalqda hakimiyyətə etimadın yaradılması da çox vacibdir. Novator.az-a ver...
Prezident: “Yeganə şərtimiz var”
“Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır”. Sentyabrın 21-i BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən iclasda çıxış edən prezident İlham Əliyev belə deyib. BMT-nin 75 illiyinə həsr ed...
Bayden öndə görünür
Noyabrın 3-ü ABŞ-da prezident seçkisi keçiriləcək. Əsas namizədlər Respublikaçılar Partiyasından indiki dövlət başçısı Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Faynenşl Tayms” qəzeti ABŞ-ın “Real Clear Politic...
Nə gətirmək olar?
Fiziki şəxslərin istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsinin güzəştli və sadələşdirilmiş qaydaları yenilənib. Novator.az bildirir ki, Nazirlər Kabinetinin sentyabrın 21-də qüvvəyə minən qərarına görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəx...
Azərbaycan Ordusunun kiçik çavuşu şəhid oldu
Müdafiə Nazirliyi bəyanat yayıb. Qeyd olunur ki, düşmən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyəti məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirir: “Son zamanlar Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin atəşkəs rejimini kobud ş...