İzmir zəlzələsi: yeni statistika açıqlanıb
- 02 Noyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Dünyanın səsiManşetXəbər
Türkiyədə 30 oktyabr zəlzələsi ilə bağlı yeni statistika açıqlanıb.
Oktyabrın 30-u saat 15 radələrində baş vermiş 6,6 ballıq zəlzələ ən çox İzmir şəhərini vurub. Novator.az bildirir ki, son rəsmi hesabatda İzmirdə həlak olanların sayı 83 nəfər, xəsarət alanların sayı 962 nəfər göstərilir.
58 binanın uçduğu və ya böyük zərər gördüyü bəyan olunub.
Hesabata əsasən, 66 bina orta dərəcədə, 397 bina azacıq zədələnib.