Xəbər
Yoluxma, itki və peyvənd statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Son rəsmi hesabata görə, ölkədə 492179 nəfər koronavirus infeksiyasına yoluxub, onların 6664-ü vəfat edib. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəl...
Xocavənd görüşündən
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev Xocavəndə 9 oktyabr səfərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı deyib: “Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Biz uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışıq. Döyüşərək, qan ...
Qətər yolçuluğu
Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin yeddi turu geridə qalıb. Novator.az bildirir ki, A qrupunda Serbiya (14 xal), B qrupunda İspaniya (13 xal), C qrupunda İtaliya (14 xal), D qrupunda Fransa (12 xal), E qrupunda Belçika (16 xal), F qrupunda Danimarka (21 xal), G qrupu...
Avstriya hökumətinin başçısı istefa verdi
Avstriya hökumətinin başçısı – kansler Sebastyan Kurts oktyabrın 9-u axşam istefa verib. Novator.az-ın məlumatına görə, siyasətçi qərarını ölkə prokurorluğunun onu, eləcə də yaxın çevrəsindəki doqquz şəxsi korrupsiya və rüşvətdə şübhəli bilərək araşdırma aparması ilə bağlayıb. 1986-cı il təvəllüdlü ...
Azadlıq bölgəsində
Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, Hadrut qəsəbəsində yeni məscidin, “Hadrut” qovşaq yarımstansiyasının təməllərini qoyub...
Karantin dairəsi
2020-ci il martın 31-dən Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi tətbiq olunur. Novator.az bildirir ki, Nazirlər Kabinetinin yenilənmiş qərarına görə, 2021-ci il noyabrın 1-dək ölkə ərazisinə giriş-çıxış məhduddur, mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, t...
Nobel alan yazıçı Əbdülrəzaq Gurnah
2021-ci ilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçı Əbdülrəzaq Gurnah kimdir? Novator.az saytı yazıçının bioqrafiyasına nəzər salıb. Əbdülrəzaq Gurnah 1948-ci ildə Tanzaniyanın Zənzibar vilayətində, müsəlman ailəsində doğulub. 1968-ci ildə Zənzibarda müsəlman ərəblərə qarşı basqılar da...
Ali Radada yeni sədr
Ukrayna parlamenti – Ali Rada oktyabrın 8-də hakim Xalq Xidmətçisi Partiyasının üzvü Ruslan Stefançuku spiker seçib. Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Ruslan Stefançuk bu günə qədər parlament sədrinin müavini postunu tuturdu. Əvvəlki spiker Dmitri Razumkov oktyabrın 7-də vəzifədən kənarl...
Cəbhəçiyə 13 il iş kəsildi
Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP fəalı Niyaməddin Əhmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, da...
Nobel sülh mükafatı jurnalistlərə verildi
2021-ci ilin Nobel sülh mükafatına jurnalistlər Dmitri Muratov və Mariya Ressa layiq görülüblər. Novator.az-ın məlumatına görə, qaliblərin adlarını oktyabrın 8-də Norveç Nobel Komitəsi açıqlayıb. Komitə qeyd edib ki, jurnalistlər demokratiya və davamlı sülhün bünövrəsi olan ifadə azadlığı uğrunda fə...
Mitinq işində yeni məhkəmə
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınıb məhkum olunan şəxslərin işi üzrə növbəti proses təyin edib. Novator.az-ın məlumatına görə, oktyabrın 14-də AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbə...
66-cı “Avroviziya”nın yeri
66-cı “Avroviziya” mahnı müsabiqəsinin dəqiq yeri açıqlanıb: yarışma 2022-ci ilin may ayında İtaliyanın Turin şəhərində, “Pala Alpitur” idman-konsert kompleksində keçiriləcək. Novator.az bildirir ki, 2021-ci il oktyabrın 8-dək “Avroviziya 2022”də iştirak niyyətini ev sahibi İtaliya və daha 32 ölkə t...
Rusiyada etimad sorğusunun nəticələri
Rusiyada əhali ən çox orduya etimad göstərir. Novator.az-ın məlumatına görə, bunu “Levada” sorğu mərkəzinin keçirdiyi sosioloji sorğu təsdiqləyib. Sorğu Rusiyanın 50 bölgəsinin 137 yaşayış məntəqəsində, yaşı 18-dən yuxarı olan 1619 nəfər arasında aparılıb. Avqustun 19-26-da keçirilən sorğunun nəticə...
9 ay, 19 min nəfər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında 19 min nəfərə pensiya kəsilib. Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq. Novator.az bildirir ki, 2021-ci il...
Manatdan baha valyutalar
Novator.az Mərkəzi Bankın rəsmi saytında Azərbaycan manatını üstələyən xarici valyutaların məzənnələrinə nəzər salıb. Oktyabrın 8-də Küveyt dinarı banklara 5,6364 manata satılır. İngiltərə funt sterlinqinə 2,3138, avroya 1,9640, İsveçrə frankına 1,8288 manat qiymət qoyulub. ABŞ dolları 1,7 manatadır...
Zoopark yenilənib
Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Arayışa görə, təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın ümumi ərazisi 4,25 hektara çatdırılıb. Zooparkdakı heyvan növlər...
Avropa Məhkəməsindən təzminat qərarları
Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 7-də Azərbaycanla bağlı iki qərar elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla xəbər verir ki, qərarların biri fəallar Ülvi Həsənov və Məcid Məcidlinin şikayəti əsasında çıxarılıb. Müxalif yönlü bu fəallar 2013-cü ildə Bakı metrosunun “İçərişə...
Rusiyanın ekstremist dediyinə Almaniyada söz azadlığı mükafatı verilib
Rusiyanın hazırda həbsdə olan müxalif lideri Aleksey Navalnı və onun başçılıq etdiyi, Rusiyada ekstremist təşkilat kimi fəaliyyəti rəsmən qadağan edilmiş Korrupsiya ilə Mübarizə Fondu Almaniyada söz azadlğı mükafatına layiq görülüb. Novator.az-ın məlumatına görə, “M100 Media Award” adlı mükafatın tə...
Təbrik zəngi
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev oktyabrın 7-də rusiyalı həmkarı Vladimir Putinə zəng vuraraq onu doğum günü münasibətilə təbrik edib. Liderlərin Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi apardığı bildirilir. Oktyabrın 7-d...
Ukrayna parlamenti spikeri aşırdı
Ukrayna parlamenti – Ali Rada oktyabrın 7-də hakim Xalq Xidmətçisi Partiyasının Dmitri Razumkovu spiker postundan geri çağırmaq təşəbbüsünü səsverməyə çıxarıb. Novator.az-ın məlumatına görə, təşəbbüs 284 səslə dəstək qazanıb. 1983-cü il təvəllüdlü Dmitri Razumkov 2019-cu il avqustun 29-da, Xalq Xidm...